Baş Mil-Muğan Kollektoru qrunt sularını xəzər dənizinə axıdılır

"DogruXeber.az" xəbər verir ki, Baş Mil-Muğan Kollektoru qrunt sularını xəzər dənizinə axıdır.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov "Unikal"a bildirib ki, 1994-cü ildə yaradılan Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin yaradılmasında əsas məqsəd Kür-Araz ovalığından qrunt sularını Baş Mil-Muğan Kollektoru vasitəsilə maneəsiz öz axımı ilə Xəzər dənizinə axıtmaqdır. ​Eyni zamanda kollektorun su tullayıcı qabiliyyəti də mövcuddur. Belə ki, kollektor daşqınlar və su basmalar zamanı artıq suları Xəzər dənizinə sərbəst şəkildə axıdır. İdarə tərəfindən kollektor vasitəsi ilə hər il dənizə 1 milyard 300 milyon kub metr su axıdılır. Ötən il idarə üzrə bu rəqəm 1 milyard 650 milyon kub metr olub. Həmin suların tərkibində minerallıq 5-6 milli qram litr təşkil edib. Atılan duzun miqdarı isə 9 milyon 800 ton olub.

Baş Mil-Muğan Kollektorunun istifadəyə verilməsi bu günə qədər 262 min hektar xidməti ərazidə şoran torpaqların yuyulmasına səbəb olub. Artıq kollektorun sağ və sol sahilində yerləşən torpaqlar münbit bir torpağa çevrilib. Bu torpaqlarda əkin işləri aparılır və pambıq, taxıl, yonca kimi kənd təsərrüfatı bitkiləri əkilir. İdarənin əsas funksiyalarından biri də balansda olan mövcud kollektor-drenaj sistemlərini, hidrotexniki qurğuları saz və işlək vəziyyətdə saxlamaqdır. Bunun üçün hər il hidrotexniki qurğularda, su buraxıcılarda və kollektor-drenaj şəbəkələrində cari və əsaslı təmir işləri aparılır. Ötən il 54 ədəd hidrotexniki qurğuda cari təmir, ondan 3 ədədində isə əsaslı şəkildə təmir işləri aparılıb.

Qeyd edək ki, Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi Salyan, Sabirabad, Neftçala və Saatlı rayonlarına xidmət edir. Baş Mil-Muğan Kollektorunun ümumi uzunluğu 141 km-dir.


Oxunub: 246

Son xəbərlər

Nərimanıv adına NQÇİ-də QOÇƏLİNİN HAVASI... - BU NƏDİ BELƏ?

Masallı fermerləri Rusif Kərimovun 26 milyon ton suyuna həsrətlə baxırlar - YAĞ, EY YAĞIŞ, DURMAGİNƏN...

Qəzənfər Ağayev Astaranı zibilxanaya çevirib... - GİLEY

Azərbaycan öz ərazilərini azad edir - Saakaşvilidən İSMARIC

İqtisadiyyat Nazirliyinin qurumuna rəhbər TƏYİN EDİLDİ - FOTO

Sülhməramlıların ölümünə görə korpus komandiri İŞDƏN ÇIXARILDI

Prezidentin köməkçisindən Yevlax görüşü ilə bağlı AÇIQLAMA

Azərbaycanda orta aylıq əməkhaqqı 980 manata çatacaq

Gələn il pensiya və maaşlar nə qədər artırılacaq?

Bu, qiymətlərin əlavə artımına səbəb ola bilər - Proqnoz

Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini ARTIRIR

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

İlham Əliyev və Putin arasında telefon danışığı oldu

Sülhməramlılar Yevlaxdakı danışıqlarda müsbət münasibət olduğunu bildirdilər

Xankəndidə mülki geyimli silahlı şəxsin görüntüsü - VİDEO

Sülhməramlıların komandanının müavini Qarabağda həlak oldu

Sabah hava necə olacaq?

"Küçədən gələn müxbir Ermənistanı fırladır" - Eks-nazir

"Bəşəriyyət cəhənnəmin qapılarını açıb" - Quterreş

"Azərbaycanın verdiyi siyahıda mən də ola bilərəm" - Seyran Ohanyan

Baş nazir İqtisadi Şuranın iclasını KEÇİRDİ

Ukrayna ABŞ-dən nə istəyir?

"Ermənistan öz öhdəliyini icra etməkdən boyun qaçırıb" - Hikmət Hacıyev

Ərdoğan İlham Əliyevə zəng etdi - Antiterror tədbirləri müzakirə edildi

Qarabağ erməniləri ilə görüşdə Azərbaycanı bu şəxs təmsil edir - FOTO

"İstefa verməyəcəm" - Paşinyan

Moskva aeroportlarında reyslər kütləvi şəkildə ləğv edildi

Qarabağdan təxliyə olunan ermənilərin sayı AÇIQLANDI

Ordumuz 30 il sonra Ağdərənin Çərəkdar kəndinə daxil oldu

“Vaqner” Suriyanı tərk edir

Bütün xəbərlər