gundem / siyaset / dunya
21.06.2022, 18:03
Filippin Prezidenti özünü həm də nazir təyin etdi
Filippinin yeni seçilən Prezidenti Ferdinand Markos qiymətlərin artması fonunda özünü həm də ölkənin kənd təsərrüfatı naziri təyin edib.
"DogruXeber.az" xəbər verir ki, bunu F.Markos iyun ayının 30-na təyin edilən inauqurasiya mərasimi ərəfəsində bildirib.
O bildirib ki, ölkə daxilində qiymətlər xarici amillərlə əlaqədar, o cümlədən Ukraynada baş verən müharibə nəticəsində qlobal tədarük zəncirində yaranan problemlərlə bağlı artmaqda davam edir.