"Mədəni cibgirlik"  -  Hər  ay "Həmkarlar"a niyə pul ödənilir ?!

Səttar Möhbalıyevin rəhbərliyi ilə Həmkarlar İttifaqları Konfederasiyasının xalqın başına "hördükləri corablar"dan "DogruXeber.az" olaraq biz də, digər sosial medialar da dəfələrlə bəhs etmişik. Ancaq, nə yazıq ki, yazmaqla da bitmir. Hər dəfə yenilənən məlumatlar, bizi yenidən mövzuya qayıtmağa vadar edir.

Möhbalıyevin "menyu"sundan...

Möhbalıyevin AHİK "səltənəti"ndən kimlər yararlanır ?

Səttar Möhbalıyevlə bağlı İLGİNC İDDİALAR... - VAXTI YETİŞİB...

Həmkarlar ittifaqları konfederasiyasının müqaviləsində üzvlüyün könüllü olduğu yazılsa da, dövlət idarələrində çalışanlar demək olar ki, buna məcbur edilir. Məsələn, bu barədə "DogruXeber.az"a danışan bir orta məktəbin müəllimi deyir, - "Hər ay əmək haqqımdan həmkarlara 2% tutulur. Mənə zərrə qədər xeyri olmayan bu quruma mən niyə pul ödəməliyəm?

Uzun illərdir çalışıram və hər ay da həmkarlara pul ödəyirəm, cəmi bircə dəfə mənə hədiyyə veriblər. Gəlib qutunu evdə açıb baxıram ki, baqquş, saqqız, sovurma... Hesabladım, cəmi 70 qəpiklik uşaq şirniyyatları. Əsəbləşib ərizə yazdım ki, "mən Həmkarlar təşkilatına üzvlükdən imtina edirəm". Məktəbimizdə fəaliyyət göstərən Həmkarlar təşkilatının sədri az qala mənə yalvardı ki, çıxmayım. Hətta, bunun üçün mənə pul da təklif etdi. Deyir, "Sən çıxsan mənə töhmət gələcək". Ona görə məcbur olub, ərizəmi geri götürdüm".

Dövlət Xəstəxanalarından birində çalışan həkim deyir: - "Naftalana gedəndə mən cibimin pulunu xərcləyirəm, baxmayaraq ki, illərdir həmkarlar təşkilatına hər ay əmək haqqımın iki faizini köçürürəm. Həmkarlar təşkilatının xətti ilə gedəndə oradakı müalicə prosedurlarının hamısı daxil deyil. Heç elə olanda normal xidmət də göstərilmir. Bir sözlə verdiyim pula dəymir. Bilmirəm bizim adımızı o təşkilata niyə yazıblar?!".

Başqa bir xəstəxanada məsul vəzifələrdən birində çalışan digər həkim deyir, - "Bircə dəfə həmkarlardan putyovka istədim. Dedilər "Naftalana yoxdur". Qubaya verdilər. Getdim gördüm nə xidmət , nə də şərait heç putyovkaya verdiyim pula dəymir. Sonradan eşitdim ki, sən demə Naftalana putyovka var imiş, <bizə vermirlər. Bizim adımızla götürüb 1200 (min iki yüz) manata başqalarına satırmışlar.
İşə alınan kimi birinci növbədə həmkarlara üzv edirlər, maaşımızdan hər ay çıxırlar. Bizim xeyrimiz nədir bəs burda?"

Bəli, qeyd edək ki, sözügedən qurumdan bu cür narazı olan vətəndaşların sayı minlərlədir. Onları dinlədikcə, adamı maraq götürür.
Doğrudan da Həmkarlar İttifaqları Konfederasiyasına üzv olmaq bu insanların nəyinə lazımdır ki, dövlət idarələrində hər kəs ora üzv edilir? Və qanunlarına görə könüllü olan bu quruma, dövlət idarələri niyə işə alınan şəxsləri avtomatik üzvlüyə cəlb edir?

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


Oxunub: 228

Son xəbərlər

Bu şəxslər də pensiya ala biləcək

Həbsdə olan vəzifəli şəxsin ailəsindən 52 min alıblar - TƏFƏRRÜAT

Beyləqanda harınlamış məmur... - KİMƏ BELƏ GÜVƏNİR?

Qanun hamı üçün qanundur - Bura Azərbaycandır ! // VİDEO - YENİLƏNDİ

Xorvatiyada təyyarə qəzaya uğradı

Bu ay 32 narkotacir tutulub

"Fəhləni ən aşağı insan kimi qəbul edirlər" - Bazar qəhrəmanları

Tehranda partlayış baş verdi

Putin iqamətgahını tikdirdiyi şəxsi həbs etdirdi - SƏBƏB

Kadırova "stomatologiyada xidmətlərinə görə" ordeni verildi

Tovuzun bu kəndlərində elektrik şəbəkəsi yenidən qurulur

Ruslan Əliyev abonentlərə əlavə borc yazılmasına iddialarına cavab verdi

Uşaqları günvurmadan necə qorumaq olar?

“Nar” eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimləri layihəsinə yenidən start verdi

Tovuzda obyekt yandı

Azərbaycanlı idmançılarla eyni hoteldə qalan ermənilər qorxuya düşdü

Azərbaycanlı idmançılarla eyni hoteldə qalan ermənilər qorxuya düşdü

Qaçqın və məcburi köçkünləri "İNSANİYYƏTDİKDƏN MƏHRUM" adlandıran məmur...

"Suriyada müharibədə 306 mindən çox dinc sakin həlak olub" - BMT

Masallıda ekoloji fəlakət - VİDEO

Genç yaşta büyük başarı ‘Esad Fidan’

Azərbaycanda şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədilir

“turbo.az”, “tap.az” və “bina.az”ın sahibi 1 milyard dollar itirdi - İLGİNC FAKT

OTTO gecə klubu ÇƏKİŞMƏSİ... - TƏFƏRRÜAT

Rusiyada deputat SAXLANILDI

SINMAYAN QADIN

Rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Azərbaycanda gəlini ilə dalaşan qayınata evini YANDIRDI

Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Bakıda fəhlə faciəli şəkildə ÖLDÜ

Bütün xəbərlər