gundem / siyaset / Cəmiyyət
23.06.2022, 13:49
Paşinyan erməniləri yenidən Qarabağa göndərir - NƏ BAŞ VERİR?
Ermənistan hakimiyyəti müharibə vaxtı Qarabağdan İrəvana qayıdan ermənilərin yenidən bölgəyə göndərilməsi istiqamətində işləyir.
"DogruXeber.az" publika.az-a istinadən xəbər verir ki, ermənilərin Qarabağa getməsi üçün maliyyələşmə İrəvan bələdiyyəsi tərəfindən aparılır.
Bu məqsədlə İrəvan-Xankəndi avtobuslarının pulsuz olmasına yenidən qərar verilib. Ermənistan hökuməti daşınma işlərinə 13,6 milyon dram (32 min dollar) pul ayıracaq.
Qeyd edək ki, Qarabağdan Ermənistana qayıdan ermənilərin əksəriyyəti yenidən Azərbaycan ərazilərinə qayıtmaq istəmir.