“Televiziya, media buna qarşı durmaq əvəzinə, təəssüf ki, bəziləri bunu daha da dərinləşdirir...” - Qulu Məhərrəmli

“Buna ancaq təəssüflənmək olur. Sosial şəbəkələri müəyyən mənada anlamaq olur ki, onların bir çoxu şəxsi platformalardır, nə istəyirlər, yazırlar. Hərçənd ki, onun özü də müəyyən qədər ictimaidir, çünki ona da xeyli adam baxır”.
Bunu Moderator.az-a açıqlamasında professor Qulu Məhərrəmli televiziyalarımızda ailə məsələləriylə bağlı məcrasından çıxan problemlər haqqında danışarkən deyib. Q.Məhərrəmli bu cür hallara görə təəssüfləndiyini bildirib:

“Amma televiziyaların bu yolu seçməsini anlamaq olmur. Yəni reytinq xatirinə, reklam gətirmək naminə açıq-saçıq danışıqlar, hərəkətlər, hətta yataq söhbətlərinin ekrana gəlməsi təkcə biabırçılıq deyil, həm də ictimai əxlaqı pozan, dəyərlərə qarşı düşünülmüş, ona qarşı atılan addımlardır. Bunları qəbul etməklə olmur. Söhbət təkcə mühafizəkarlıqda, kiminsə pis, kiminsə yaxşı düşünməyində deyil. Söhbət cəmiyyətin min illər boyu formalaşdırdığı dəyərlərin tapdalanmasından gedir. Ona görə bu tərzi qəbul etmək olmur. Ümumiyyətlə, media haqqında qanunlarda da milli-mənəvi dəyərlər söhbəti xüsusi olaraq vurğulanır. Məncə, bu yolu gedənlər sadəcə olaraq özlərinin şəxsi maraqları naminə bu yola əl atıblar. Bu verilişlərin heç bir ictimai əhəmiyyəti yoxdur.

Əlbəttə ki, cəmiyyətdə problemlər var, indi ailələrin əsası dağıdılır. Çox təəssüf ki, nə qədər gizlədilsə belə, fahişəlik artır. Yəni bunun miqyası, faciənin dərinliyi çox üzücüdür. Televiziya, media, ictimai platformalar buna qarşı durmaq əvəzinə, təəssüf ki, bəziləri bunu daha da dərinləşdirir. Heab edirəm ki, bununla bağlı əlbəttə, xüsusi yanaşmalar olmalıdır. Televiziya rəhbərləri, prodüserlər düşünməlidir. Yəni bu mövzuya sözün həqiqi mənasında sipər çəkmək lazımdır. Elə mövzular var ki, onlar ictimai müzakirə üçün deyil və onun ictimai müzakirəsi də şüurları zədələməkdən başqa heç nəyə xidmət etmir. Bu baxımdan hesab edirəm ki, əlbəttə, bütün bunlara qarşı ictimaiyyətin ciddi təpkisi olmalıdır”.


Oxunub: 86

Son xəbərlər

Bu şəxslər də pensiya ala biləcək

Həbsdə olan vəzifəli şəxsin ailəsindən 52 min alıblar - TƏFƏRRÜAT

Beyləqanda harınlamış məmur... - KİMƏ BELƏ GÜVƏNİR?

Qanun hamı üçün qanundur - Bura Azərbaycandır ! // VİDEO - YENİLƏNDİ

Xorvatiyada təyyarə qəzaya uğradı

Bu ay 32 narkotacir tutulub

"Fəhləni ən aşağı insan kimi qəbul edirlər" - Bazar qəhrəmanları

Tehranda partlayış baş verdi

Putin iqamətgahını tikdirdiyi şəxsi həbs etdirdi - SƏBƏB

Kadırova "stomatologiyada xidmətlərinə görə" ordeni verildi

Tovuzun bu kəndlərində elektrik şəbəkəsi yenidən qurulur

Ruslan Əliyev abonentlərə əlavə borc yazılmasına iddialarına cavab verdi

Uşaqları günvurmadan necə qorumaq olar?

“Nar” eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimləri layihəsinə yenidən start verdi

Tovuzda obyekt yandı

Azərbaycanlı idmançılarla eyni hoteldə qalan ermənilər qorxuya düşdü

Azərbaycanlı idmançılarla eyni hoteldə qalan ermənilər qorxuya düşdü

Qaçqın və məcburi köçkünləri "İNSANİYYƏTDİKDƏN MƏHRUM" adlandıran məmur...

"Suriyada müharibədə 306 mindən çox dinc sakin həlak olub" - BMT

Masallıda ekoloji fəlakət - VİDEO

Genç yaşta büyük başarı ‘Esad Fidan’

Azərbaycanda şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədilir

“turbo.az”, “tap.az” və “bina.az”ın sahibi 1 milyard dollar itirdi - İLGİNC FAKT

OTTO gecə klubu ÇƏKİŞMƏSİ... - TƏFƏRRÜAT

Rusiyada deputat SAXLANILDI

SINMAYAN QADIN

Rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Azərbaycanda gəlini ilə dalaşan qayınata evini YANDIRDI

Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Bakıda fəhlə faciəli şəkildə ÖLDÜ

Bütün xəbərlər