Xətai İcra Hakimiyyəti şəhid ailələrini sakinlərlə üz-üzə qoyur - NARAZILIQ VAR!

DogruXeber.az: - Xətai rayon İcra Hakimiyyəti Şəhid ailələrini sakinlərlə üz-üzə qoymaq istəyir. Belə ki, icra hakimiyyəti 4 binanın arasında uşaqların oynadığı meydançanı sökərək Şəhidlər üçün abidə qoyur. Halbuki Xətai rayonu, Məhəmməd Hadi küçəsi 81, 83, 77 və 79 ünvanında yerləşən binaların yanında baxımsız vəziyyətdə qalan yaşıllıqda Şəhidlərin xatirəsinə abidə ucaltmaq və gözəl bir park salmaq olardı. Görünür, şəhərin bahalı yerlərindən biri olan sözügedən ərazidə yaşıllığı məhv edib gələcək perspektivdə satmaq planları buna mane olub…

Həzi Aslanov metrosunun yanında, el arasında “Kvadrat” deyilən məhəllənin sakinləri AzToday.az-a bildirib ki, Xətai rayon İcra Hakimiyyəti illərdir başqa məhəllərdə abadlaşdırma işləri görüb, amma adıçəkilən ünvanda indiyə kimi heç bir iş görməyib. Son bir-neçə gündə icra hakimiyyəti abadlaşdırma adı altında 4 binanın həyətində uşaqlarin oynaması üçün nəzərdə tutulan meydançanı söküb Şəhidlər üçün kompleks hazırlamağa başlayıb. Sakinlər deyir ki, dairəvi meydançada azyaşlılar illərdir oynayıblar:

“Həyətdə başqa boş ərazi yoxdur. İndi Şəhidlər üçün kompleks hazırlamaqla bərabər dairəvi meydançanı qazonlaşdırmaq fikrindədirlər. Bundan sonra uşaqlarımız harada oynayacaqlar? Şəhidlərin xatirəsi hamımız üçün əzizdir, millət və dövlət olaraq özümüzü onlara həmişə borclu hiss etməliyik. Ancaq Şəhid adından istifadə edib kiməsə narahatlıq yaratmaq və qonşuları üz-üzə qoymaq mənəviyyatsızlıqdır. Uşaqlara daim nəzarər etmək mümkün deyil. Bundan sonra kompleksin ərazisinə girən və ona xəsarət yetirən uşaqlara görə biz sakinlər illərdir mehriban qonşuluq şəraitində yaşadığımız şəhid ailələri ilə üz-üzə qala bilərik. Çünki doğmalarını itirən həmin ailələr təbii olaraq Şəhidlərin adına olan yerlərə bizdən daha çox həssaslıqla yanaşacaqlar. Ümid edirik ki, Xətai rayon İcra Hakimiyyəti kompleksi qorumaq üçün nəzarətçi də ayıracaq…”

İcra Hakimiyyəti sakinlərin haqlı şikayətləri qarşısında geri çəkilmək əvəzinə onları aldatmağa da çalışır. Guya binaların arxasında baxımsız vəziyyətdə qalan yaşıllığı uşaqlar üçün oyun meydançası edəcəklər. Halbuki həmin yaşıllığı abadlaşdırıb gözəl bir park edib Şəhidlərin adına vermək daha məntiqli olardı. Sakinlər icra hakimiyyətinin bu vədini növbəti oyun hesab edirlər:

“Orada meydança salınmalı olsa, gərək çox illik agacların əksəriyyəti kəsilsin. Amma orada gözəl bir park salıb, Şəhidlərin xatirəsinə də gözəl bir abidə qoymaq olardı. Onda həmin parkda istirahət edən şəxslər hər addımda Şəhidlərin ruhuna dualar oxuyacaqdı…”.

Xətai İcra Hakimiyyəti şəhid ailələrini sakinlərlə üz-üzə qoyur - NARAZILIQ VAR!

Xətai İcra Hakimiyyəti şəhid ailələrini sakinlərlə üz-üzə qoyur - NARAZILIQ VAR!


Oxunub: 104

Son xəbərlər

Bu şəxslər də pensiya ala biləcək

Həbsdə olan vəzifəli şəxsin ailəsindən 52 min alıblar - TƏFƏRRÜAT

Beyləqanda harınlamış məmur... - KİMƏ BELƏ GÜVƏNİR?

Qanun hamı üçün qanundur - Bura Azərbaycandır ! // VİDEO - YENİLƏNDİ

Xorvatiyada təyyarə qəzaya uğradı

Bu ay 32 narkotacir tutulub

"Fəhləni ən aşağı insan kimi qəbul edirlər" - Bazar qəhrəmanları

Tehranda partlayış baş verdi

Putin iqamətgahını tikdirdiyi şəxsi həbs etdirdi - SƏBƏB

Kadırova "stomatologiyada xidmətlərinə görə" ordeni verildi

Tovuzun bu kəndlərində elektrik şəbəkəsi yenidən qurulur

Ruslan Əliyev abonentlərə əlavə borc yazılmasına iddialarına cavab verdi

Uşaqları günvurmadan necə qorumaq olar?

“Nar” eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimləri layihəsinə yenidən start verdi

Tovuzda obyekt yandı

Azərbaycanlı idmançılarla eyni hoteldə qalan ermənilər qorxuya düşdü

Azərbaycanlı idmançılarla eyni hoteldə qalan ermənilər qorxuya düşdü

Qaçqın və məcburi köçkünləri "İNSANİYYƏTDİKDƏN MƏHRUM" adlandıran məmur...

"Suriyada müharibədə 306 mindən çox dinc sakin həlak olub" - BMT

Masallıda ekoloji fəlakət - VİDEO

Genç yaşta büyük başarı ‘Esad Fidan’

Azərbaycanda şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədilir

“turbo.az”, “tap.az” və “bina.az”ın sahibi 1 milyard dollar itirdi - İLGİNC FAKT

OTTO gecə klubu ÇƏKİŞMƏSİ... - TƏFƏRRÜAT

Rusiyada deputat SAXLANILDI

SINMAYAN QADIN

Rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Azərbaycanda gəlini ilə dalaşan qayınata evini YANDIRDI

Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Bakıda fəhlə faciəli şəkildə ÖLDÜ

Bütün xəbərlər