Yağışa, Küləyə Dözməyən Damlarda Yaşayan Gözdən Əlillər – “Korlar Məhəlləsi”Ndən REPORTAJ + FOTO

DogruXeber.az: - Paytaxtda çoxlarının adını bilmədiyi yaşayış yeri…

Daha dəqiq desək, söhbət Nizami rayonu, Keşlə qəsəbəsindən gedir.

Keşlə məscidindən 200 metr irəlidə bir məhəllə. Buranın sakinlərinin hər birinin sakit dünyası var. Gün işığına həsrət qalsalar da, ruhları azaddır. Amma bədənlərini də məhəllənin “məngənə”ləri sıxır. Söhbət anadangəlmə və sonradan qazanılmış görmə əngəlli insanlardan gedir.

Ərazidə yaşayan insanların çoxu görmə əngəlli olduğu üçün bura “Korlar məhəlləsi” adlanır.

Təxminən 20-30 ailənin yaşadığı məhəllənin sakinləri mənzil şəraitinin yaxşı vəziyyətdə olmadığını deyirlər. Belə ki, ərazi yaşayış üçün nəzərdə tutulmayıb.

Bura Gözdən Əlillər Cəmiyyətinin 1 nömrəli tədris-istehsalat müəssisəsinin ərazisi olub. Ərazidə tikinti materialları, mismar, qıfıllar istehsal olunub.

1993-cü ilə qədər istehsalat müəssisəsi kimi fəaliyyət göstərən ərazi daha sonra bağlanıb. Bənzər müəssisələrdən Nərimanov rayonunda, Maştağa, Zabrat qəsəbələrində də olub. Həmin dövrdə əraziyə gələn gözdən əlilliyi olan şəxslər burada məskunlaşıblar.

Sakinlər deyirlər ki, məhəllənin bir hissəsində gözdən əlillər özləri yaşayırlar, bir hissəsində isə məcburi köçkünlər məskunlaşıblar. Elə evlər də var ki, gözdən əlillərin olsa da, başqa insanlar tərəfindən tutulub.

Evlərdə qışda nəmişlikdən, soyuqdan yaşamaq olmur. Yağış yağanda evlərin damı su keçirir, sakinlərin isə hər dəfə “mənzil”i təmir etməyə imkanı çatmır.

Onlar məsələyə bir əncam çəkilməsini istəyirlər. Aidiyyəti qurumlar tərəfindən onlara şəhərdən çox uzaq ərazilərdə mənzil təklif edilsə də, bəziləri işləri ilə əlaqədar həmin mənzillərdən imtina ediblər. Sakinlərin əksəriyyəti işləmir və aldıqları 248 manata yaxın pensiya dolanışıqlarını təmin etmək üçün kifayət etmir.

Sakinlər deyirlər ki, yaşadıqları yeri ev adlandıra bilmirlər.

“Divarlar çatlayıb, nəmişlikdən canımız xəstəlikdən qurtulmur. Qışda evlərimiz su içində qalır. Biz deyəndə hər kəsə qəribə gəlir, lakin görmə əngəlli insan üçün hər gün yerə döşək salıb, səhər durub, onu yığıb kənara qoymaq çox çətindir. Yoldaşım da, mən də görmə əngəlliyik. Uşaqlar evdə olmayanda sanki əlimiz-ayağımız olmur. Yaş da öz sözünü deyir, illərdir, bu çətinliklə dolanırıq. Heç olmasa, normal şəraitli evimiz olsun, biz də beş-on il ömrümüzdə rahatlıq görək”, – Sabir Tarverdiyev deyir.

Sabir Tarverdiyev deyir ki, illərdir musiqi ilə məşğuldur. Qarmon sinfində təhsilini bitirəndən sonra el şənliklərində çıxış edir:

“Anadangəlmə görmə əngəlliyəm. Orta təhsilliyəm və musiqi sahəsində çalışıram. Müəllimim ustad sənətkar Zaur Rüstəmov olub. Hazırda el şənliklərinə, tədbirlərə gedirik. Əsasən Tünzalə Ağayeva ilə birlikdə, Eyvaz Həşimovla bərabər “Hicaz” qrupunun heyətində çalışıram. Mənim bir çox layihələrim olub. Tanınan sənətkarlar Eyyub Yaqubovla, Nəzakət Teymurova ilə bir sıra layihələrimiz olub. Belə də, kənardan hər-hansı layihə təklif ediləndə çalışırıq”.

Həmsöhbətimiz vurğulayır ki, buna rəğmən, qazancı mənzilini təmir etməyə yetmir.

Məhəlləyə gəldikdə isə ərazidə görmə əngəlli şəxslərin hərəkəti üçün heç bir infrastruktur yoxdur. Sadəcə onlar bu ərazidə yaşaya-yaşaya, necə deyərlər, yıxıla-dura yolları, döngələri əzbərləmiş kimi hərəkət edirlər. Yaxınlıqda gözümüzə iri market belə dəymədi. Elə ailələr var ki, bütün üzvləri görmə əngəllidir, eləsi də var ki, onlara kömək edən insanlar var. Lakin sözügedən məhəllədə görmə əngəllilərin həyat şəraitini yaxşılaşdırmaq üçün heç bir imkan yoxdur. Görmə əngəlli insanların hərəkətini yaxşılaşdırmaq üçün taktil plitələr belə, mövcud deyil.

Ailələrin son ümidi problemlərinin ictimailəşməsi və onların mənzil təminatının, yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün aidiyyəti qurumların ailələrə dəstək verməsidir.//xeberal.az

Yağışa, Küləyə Dözməyən Damlarda Yaşayan Gözdən Əlillər – “Korlar Məhəlləsi”Ndən REPORTAJ + FOTO

Yağışa, Küləyə Dözməyən Damlarda Yaşayan Gözdən Əlillər – “Korlar Məhəlləsi”Ndən REPORTAJ + FOTO

Yağışa, Küləyə Dözməyən Damlarda Yaşayan Gözdən Əlillər – “Korlar Məhəlləsi”Ndən REPORTAJ + FOTO

Yağışa, Küləyə Dözməyən Damlarda Yaşayan Gözdən Əlillər – “Korlar Məhəlləsi”Ndən REPORTAJ + FOTO

Yağışa, Küləyə Dözməyən Damlarda Yaşayan Gözdən Əlillər – “Korlar Məhəlləsi”Ndən REPORTAJ + FOTO

Yağışa, Küləyə Dözməyən Damlarda Yaşayan Gözdən Əlillər – “Korlar Məhəlləsi”Ndən REPORTAJ + FOTO

Yağışa, Küləyə Dözməyən Damlarda Yaşayan Gözdən Əlillər – “Korlar Məhəlləsi”Ndən REPORTAJ + FOTO


Oxunub: 192

Son xəbərlər

Kamran Əliyev Şabranın prokurorunu İŞDƏN ÇIXARDI

Şuşada bina tikmək istəyənlərin nəzərinə - Şərtlər açıqlandı

“Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşuldu

Şagirdlərə “mərsiyə” ifa etdirən müəllimdən növbəti təhlükəli ÇAĞIRIŞ - BU QADIN TƏHLÜKƏLİDİR!!!

Sabah Qaradağ rayonunun bəzi yerlərində qaz olmayacaq

Təhsildə HAVARİ ÜSULU: 10 minə imtahan pulu... - İLGİNC İDDİA

Peşəkar vəkil Adəm Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü seçildi-Foto

"Baku Elektroniks"in bitməyən "macəralar"ı...

Namiq Zeynalovun “qara kassası” olan Elnarə Həsənova kimdir? - İTTİHAM VAR!

İcra başçısı 40 min rüşvət istəyir… - “Binəqədinin də öz prezidenti var”

Prezidentdən 1,4 milyonluq SƏRƏNCAM

Məhkəmə Sahil Babayevin DTX tərəfindən saxlanılan əmisi oğlu ilə bağlı QƏRAR VERDİ

İlham Əliyev dövlət büdcəsinə dəyişiklikləri TƏSDİQLƏDİ

Rusiya quru sərhədlərini açır

Bakıda adam oğurluğu - Saxlanılanlar var

Ginekoloq - cərrah Elnurə Mustafayevanın həyata keçirdiyi süni mayalanma əməliyyatının ağır fəsadları - İDDİA

İki ildə Qarabağın bərpasına nə qədər pul ayrılıb?

Seda Seyan ilk dəfə qayınanası ilə fotosunu paylaşdı

I və IV ixtisas qrupları üzrə imtahana qeydiyyat başa çatır

35 yaşlı qadın ATU-nun klinikasında İNTİHAR ETDİ

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Neft ucuzlaşdı

Ukraynanın Lisiçansk şəhəri Rusların əlinə keçdi

Ceyhun Bayramov İrana getdi

Marketlərdə şəkər tozu yoxa çıxdı, qiymətlər artacaq? - “Azərsun”dan AÇIQLAMA

AİJF-nin adı dəyişdirilib, quruma yeni prezident seçilib

Azərbaycan-Türkiyə birgə peşə məktəblərinin fəaliyyətə başlayacağı vaxt bəlli oldu

Operativ Qərargah TƏCİLİ MƏLUMAT YAYDI: BU GÜN...

Laçın şəhəri bu tarixdə Azərbaycana veriləcək - BÜTÜN DETALLAR AÇILDI

Azərbaycana ən çox dollar gətirən 10 şəxs kimdir? – Adlar

Bütün xəbərlər