Dövlət qurumlarının zara gətirdiyi məcburi köçkün mətbuatdan imdad diləyir - VİDEO

DogruXeber.az: - Ağdam rayonunun Qiyaslı kəndindən məcburi köçkün düşmüş və hazırda Bərdə rayonunda məskunlaşmış Orucov Telman İldırım oğlu tərəfindən "DogruXeber.az" redaksiyasına yenidən müraciət daxil olmuşdur.

Xatırladaq ki, Telman Orucov 2021-ci ildə də redaksiyamıza müraciət etmişdi.

O zamanlar 44 günlük müharibə zamanı, mənfur düşmənlərimizin yaşayış məntəqələrini balistik roket atəşinə tutması nəticəsində onun da yaralanmasından, ciddi bədən xəsarətləri almasından, eyni zamanda şəxsi avtomobilinin yararsız hala düşməsindən gileylənən Telman Orucov, maddi imkanlarının artıq tükəndiyindən, müalicələrini davam etdirmək, eyni zamanda avtomobilini təmir etdirmək üçün rayon İcra Hakimiyyəti, eləcə də Dövlətin müharibə zamanı dəymiş ziyanların aradan qaldırılması üçün pul ayırdığı qurumların onun müraciətlərinə məhəl qoymadığından narazılıq edirdi.

Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO

Bəli, artıq 44 günlük müharibədən iki ilə yaxın müddət keçməsinə baxmayaraq, fəsadları hələ də qalmaqda davam edir. Çünki, bu problemləri, bu fəsadları aradan qaldırmalı olan dövlət qurumları və qurumlarda çalışan səlahiyyət sahibləri bunun üçün lazım olduğu kimi fəaliyyət göstərmirlər.
Məhz bunun nəticəsidir ki, hələ də tez-tez qazi və şəhid ailələrinin etiraz aksiyalarının, həmçinin intihar edən qazilərin, müharibə iştirakçılarının xəbərini alırıq.

Əsas etiraza səbəb olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və səhiyyə müəssisələridir ki, onlar da vəzifə borclarından fərqli olaraq, nəinki müharibə iştirakçılarını, demək olar ki, ümumilikdə 10 milyonluq xalqı narazı salmağı mükəmməl bacarırlar. Bu davranışları ilə xalqı hakimiyyətdən də, vətəndən də, vətən sevgisindən də incik salırlar.

Baxın !



Gördüyünüz kimi Telman Orucov haqqı xaricində heç nə tələb etmir. Üstəlik bu həlli mümkünsüz böyük problem də deyil. Sadəcə, qurum və müəssisə əməkdaşlarının özlərinin yaratdığı kiçicik sənəd problemidir ki, bunu da artıq, bir ildir ki, özləri aradan qaldıra bilmirlər. Ya da qaldırmaq istəmirlər.

Ümumiyyətlə, bu demək olar qlobal bir problemə çevrilib ki, dövlət müəssisələrində çalışanların birinin yazdığı sənədi, digəri qəbul etmir.

Biri yazır, deyir, "Apar filan idarəyə təqdim et, ordan sənə filan sənədi verəcəklər". Vətəndaş gedir, sənədi deyilən yerə təqdim edir, 1-2 saat (bəzən daha çox) gözlətdikdən sonra cavab alır ki, "filan şey düzgün yazılmayıb, biz bu sənədi qəbul edə bilərik."

Vətəndaş kor-peşiman qayıdır həmin sənədi ona verən idarəyə. Sənədi yazan səxs də başlayır özünə haqq qazandırmağa ki, "Mən düz yazmışam. O filan şey yazmalı idi, yazmayıb. Get ona denən filan yazsın".

Vətəndaş gedir, deyilənləri çatdırır. Qarşı tərəf deyir, "Axı, orda filan yazılmalıdır ki, mən də siz deyəni yazım". (Hətta, bəzən bir -birilərini savadsızlıqda belə ittiham edirlər).

Beləcə... başlayırlar vətəndaşı araya salıb, ötür-ötür oynamağa. Eynilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə poliklinikalar kimi.
Nazirlik deyir, natamam doldurulub, polikilinika deyir onlar bəhanə edirlər.

Arada əziyyət çəkən kim olur?

Təbii ki, vətəndaş.

Amma, bilənlərdən aldığımız məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən bütün idarələrdə çalışanların əksəriyyəti, nəinki özləri, hətta, az qala hər birinin bütün nəsil üzvləri belə müxtəlif diaqnozlarla, pensiya alırlar. Maraqlıdır, görəsən necə olur ki, onların sənədləri tamam doldurulmuş olur, digər vətəndaşlarınkı natamam?

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


Oxunub: 389

Son xəbərlər

Kamran Əliyev Şabranın prokurorunu İŞDƏN ÇIXARDI

Şuşada bina tikmək istəyənlərin nəzərinə - Şərtlər açıqlandı

“Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşuldu

Şagirdlərə “mərsiyə” ifa etdirən müəllimdən növbəti təhlükəli ÇAĞIRIŞ - BU QADIN TƏHLÜKƏLİDİR!!!

Sabah Qaradağ rayonunun bəzi yerlərində qaz olmayacaq

Təhsildə HAVARİ ÜSULU: 10 minə imtahan pulu... - İLGİNC İDDİA

Peşəkar vəkil Adəm Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü seçildi-Foto

"Baku Elektroniks"in bitməyən "macəralar"ı...

Namiq Zeynalovun “qara kassası” olan Elnarə Həsənova kimdir? - İTTİHAM VAR!

İcra başçısı 40 min rüşvət istəyir… - “Binəqədinin də öz prezidenti var”

Prezidentdən 1,4 milyonluq SƏRƏNCAM

Məhkəmə Sahil Babayevin DTX tərəfindən saxlanılan əmisi oğlu ilə bağlı QƏRAR VERDİ

İlham Əliyev dövlət büdcəsinə dəyişiklikləri TƏSDİQLƏDİ

Rusiya quru sərhədlərini açır

Bakıda adam oğurluğu - Saxlanılanlar var

Ginekoloq - cərrah Elnurə Mustafayevanın həyata keçirdiyi süni mayalanma əməliyyatının ağır fəsadları - İDDİA

İki ildə Qarabağın bərpasına nə qədər pul ayrılıb?

Seda Seyan ilk dəfə qayınanası ilə fotosunu paylaşdı

I və IV ixtisas qrupları üzrə imtahana qeydiyyat başa çatır

35 yaşlı qadın ATU-nun klinikasında İNTİHAR ETDİ

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Neft ucuzlaşdı

Ukraynanın Lisiçansk şəhəri Rusların əlinə keçdi

Ceyhun Bayramov İrana getdi

Marketlərdə şəkər tozu yoxa çıxdı, qiymətlər artacaq? - “Azərsun”dan AÇIQLAMA

AİJF-nin adı dəyişdirilib, quruma yeni prezident seçilib

Azərbaycan-Türkiyə birgə peşə məktəblərinin fəaliyyətə başlayacağı vaxt bəlli oldu

Operativ Qərargah TƏCİLİ MƏLUMAT YAYDI: BU GÜN...

Laçın şəhəri bu tarixdə Azərbaycana veriləcək - BÜTÜN DETALLAR AÇILDI

Azərbaycana ən çox dollar gətirən 10 şəxs kimdir? – Adlar

Bütün xəbərlər