"Müharibəmiz müxtəlif ölkələrin ali məktəblərinin dərsliklərindədir" - İlham Əliyev

"Bizim şanlı müharibəmiz indi müxtəlif ölkələrin ali məktəblərinin hərbi dərsliklərindədir və bunu bir çox hərbi ekspertlər qeyd edirlər. Çox çətin relyefi olan ərazini, Şuşa kimi alınmaz qalanı cəmi 44 gün ərzində azad etmək ancaq Azərbaycan əsgərinin ruhu, gücü hesabına mümkün olmuşdur".

"DogruXeber.az" xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə deyib.

"Biz bütün dünyaya göstərdik ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən böyük xalqıq. Biz bu gün qalib insanlar kimi yaşayırıq. Bütün dünya azərbaycanlıları yaşadıqları yerlərdə başlarını dik tutub qalib xalqın nümayəndələri kimi yaşayırlar. Biz tarix qarşısında, əcdadlarımızın ruhu qarşısında və gələcək nəsillər qarşısında tarixi missiyanı icra etdik. Bu tarixi Qələbə daim bizim tariximizdə olacaq. Biz daim bu tarixi Qələbə ilə fəxr edəcəyik.

Ermənistan ordusu 44 gün ərzində demək olar ki, məhv edilmişdir. Ermənistan ordusunda panika, isterika vüsət almışdı. Özlərinin etirafına görə, 10 min fərari olmuşdu. Azərbaycan Ordusunda bir nəfər də döyüş meydanından qaçmadı. Budur Azərbaycan övladının ruhu, Vətənə olan bağlılığı. Qarabağın tacı olan Şuşanı - bu alınmaz qalanı alaraq biz Şuşada Azərbaycan bayrağını ucaltdıq. Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb və o vaxt işğal altında qalan ərazilərdən çıxmağa məcbur olub", - Prezident vurğulayıb.


Oxunub: 123

Son xəbərlər

Azərbaycan-Misir sənədləri imzalandı

Sumqayıtın bitməyən dərdi - "Şikayətimizi kimə deyək?" // VİDEO

Ermənistanda qadınlar üçün könüllü hərbi xidmət yaradılır

78 müharibə iştirakçısı etiraza qalxdı - VİDEO

Azərbaycanda 48 mindən çox uşaqda xəstəlik aşkarlanıb - RƏSMİ

Bölmələrimiz döyüş hazırlığı üzrə məşğələlər keçir - VİDEO

Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən Vasif əməliyyat olundu

Misir Prezidentinin rəsmi qarşılanma mərasimi olub

İspaniya yazda Ukraynaya Leopard tankları göndərəcək

Neft ucuzlaşdı

Donald Gerye Bakıdadır

Göyçayın bu sakin Azərbaycana gələ bilmir - Yeniləndi

Xırdalanda su kəsiləcək

Azadlıq Partiyasının səfirliyə hücumla bağlı bəyanatı

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı yaralananların vəziyyəti AÇIQLANDI

Dolların məzənnəsi sabit qaldı

Şəhid olan Orxan Əsgərovun qohumlarının fəryadı — VİDEO

Abşeronda qəriibə hadisə

"Xain hücuma görə bütün məsuliyyət İran tərəfinin üzərinə düşür" - Milli Məclis

“Azərbaycan səfirliyinə hücum xəbərindən sarsılmışıq” - Rusiya səfirliyi

Göyçayın bu sakin Azərbaycana gələ bilmir - VİDEO

Asteroid 2023 BU: Kosmik qaya bəzi peyklərdən daha yaxından keçir - FOTO

SENSASSİYA! Azərbaycan səfirliyinə xain hücumu bu ölkə təşkil edib

Təmizlik işciləri dayanacaqlarda toz qaldırırlar - GİLEY

"Azneft"də sürücülər NİYƏ NARAZIDIR?.. - YEYİNTİ İTTİHAMI...

"Bizim pullarla Türkiyədə özünə villa, ev, obyekt alır" - "Korkmaz Group"un sahibindən şikayət

Fond Əhməd Əhmədzadənin oğlunun şirkətindən ofis icarəyə götürür – 90 minə...

YAP İrandakı səfirliyimizə silahlı hücumla bağlı bəyanat yayıb

"Doğru söylədi, dolasığa düşdü"- FOTO

Sabah hava yağmursuz olacaq

Bütün xəbərlər