gundem / hadise
28.06.2022, 14:50
Azərbaycanda şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədilir
Azərbaycan məktəbində şagirdlərə İranın ali dini lideri Xameneyiyə həsr olunan mahnı oxudulması görüntüləri araşdırılır.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən Dogruxeber.az-a bildirilib ki, nəticə barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, görüntülərin Yevlax rayonundakı məktəblərin birində çəkildiyi güman olunur. Videoda müəllim şagirdlərlə birlikdə Xameneyiyə həsr olunmuş “Salam fərmandeh” mahnısını ifa edir. Görüntülər sosial etiraza səbəb olub.