Həbsdə olan vəzifəli şəxsin ailəsindən 52 min alıblar - TƏFƏRRÜAT

DogruXeber.az: - Korrupsiyada təqsirləndirilən və ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə 11 il həbs cəzası alan Azərbaycan Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri Lütfi Qədirovun ailəsi dələduzluqla qarşılaşıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, L.Qədirovun qardaşı və həyat yoldaşı ibtidai istintaq və məhkəmə prosesi zamanı onun həbsdən azad edilməsi, daha yüngül cəza almasına nail olmaq məqsədilə keçmiş polis zabiti, 1969-cu il təvəllüdlü Xanlar Əliyevə 52 500 manat pul veriblər. X.Əliyev vəd etdiyi işi 100 min manata həll edəcəyini, Lütfi Qədirovun azadlığa çıxmasından sonra onun ailəsindən daha 50 min manat alacağını bildirib. L.Qədirovun ailəsi də bu vədlə razılaşıb.

L.Qədirovun məhkəmələrində iştirak edən, onu yüksək vəzifəli şəxslərin vasitəsilə həbsdən azad etdirəcəyini bildirən Xanlar Əliyev vədinə əməl etməyib. Belə ki, L.Qədirova məhkəmənin hökmü ilə 11 il həbs cəzası verilib. Bundan sonra zərərçəkmiş tərəf prokurorluğa müraciət edib.

Araşdırmalar zamanı məlum olub ki, L.Qədirovun qardaşı Şirxan Qədirov Xanları sinif yoldaşı Əlifəttah vasitəsi ilə tapıb. Əlifəttah əvvəllər polis orqanlarında işləyib, hazırda isə onunla balıq ticarəti ilə məşğul olan Xanların bu işi müsbət həll edə biləcəyini deyib və tərəflər arasında vasitəçilik edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Xanlar və Əlifəttah Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) və 32.4,312.2-ci (rüşvət vermədə iştirak) maddələri ilə təqsirləndiriliblər. Məhkəmənin 21 iyun 2022-ci il tarixli hökmü ilə Xanlar Əliyevə 8 il həbs cəzası verilib. Tərəflər arasında vasitəçilik etmiş Əlifəttaha qarşı isə 8 min manat cərimə cəzası tətbiq edilib.

Xatırladaq ki, ötən il Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin uzun illər bədii rəhbəri olmuş Lütfi Qədirova 11 il həbs cəzası verilib. Məhkəmənin qərarı ilə iş üzrə təqsirləndirilən Orkestrin təsərrüfat işləri üzrə müdiri olmuş Nəzakət Zairova isə şərti cəza alıb.

Lütfi Qədirov qarşı qaldırılan 355 minlik mülki iddia da təmin edilib.


Oxunub: 87

Son xəbərlər

Şəhid ailələri etiraz aksiyası keçirib - VİDEO

Nazirlik şagirdlərin elektron yerdəyişməsi ilə bağlı məlumat yaydı

Üç güləşçimiz İslamiadada finala yüksəldi

Ermənilər Şuşa üzərində uçuşlar keçirməyə cəhd göstərib

Bloger İşxan Verdyan məhkəməsində iştirak etmək üçün İstanbuldan Yerevana qayıtmağa hazırdır

Kürdəmirdə vətəndaşlara qarşı dələduzluq edən rayon sakini saxlanılıb

Bu müəssisələr keyfiyyətsiz qənd istehsal edir - SİYAHI

"Azərsu" ASC-nin idarə rəisi işdən azad edildi - Köçərili Həsənov kimin əmisi oğlunu yenidən vəzifəyə gətirir?

Sabah temperatur 41 dərəcəyədək yüksələcək

Şirvanda oğurluq və narkotik

Kürdəmir rayon sakininin yaşadığı ünvandan yarım kiloqrama yaxın narkotik və çətənə bitkiləri götürülüb

Əmrləri pozanlara qarşı qətiyyətli tədbirlər davam etdiriləcək - Nazirdən XƏBƏRDARLIQ

Nazir sülhməramlıların yerləşdirildiyi ərazilərlə bağlı GÖSTƏRİŞ VERDİ

Teyyub adlı iş adamı “Aysberq” hoteli bağlanmaqdan necə xilas edə bilib - ARAŞDIRMA

Bəzi xarici jurnalistlərin akkreditasiyasından imtina olunacaq - SİYAHI

“Milyonerlər məhəlləsi”ndə ÖLÜM HADİSƏSİ

Pozduran Dadaş, “Demirören Holding”, “Scientific Games” və milyonlar…

Kim Çen In maska rejimini ləğv etdi

İlham Əliyev Ermənistana xəbərdarlıq edib

Azərbaycan nefti ucuzlaşdı

700 bal toplayan qız Azərbaycan universitetlərindən imtina ETDİ

12 avqust-Beynəlxalq Gənclər Günü münasibəti ilə Zərdabda günərzi yay düşərgəsi təşkil olundu

1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!

"Dağın təpəsinə hansı yoldan çıxarsansa çıx, mənzərə eynidir"- Göyçay RMX-də vəziyyət hər gələn gün ötən günə nisbətən daha da çətinləşir.

Prezidentdən Azərpaşa Nemətovla bağlı SƏRƏNCAM

Prezidentdən 3,2 milyon manatlıq SƏRƏNCAM

Rəisi və Putin istəməsə də:Türkiyə artıq Qafqazdadır - GƏLİŞMƏ

Səfər Mehdiyevin GÖMRÜKDƏKİ LƏPİRİ... - "RAMAL-TRANS" HOQQASI DAVAM EDİR...

"İpoteka kreditinin şərtləri yumşaldılıb" - Mərkəzi Bank

Avstraliya Liberal Partiyasından Azərbaycana qarşı TƏXRİBAT

Bütün xəbərlər