Qanun hamı üçün qanundur - Bura Azərbaycandır !  // VİDEO - YENİLƏNDİ

DogruXeber.az: - Nə qədər ağrılı bir haldır ki, söhbət rüşvətdən gedəndə çoxumuz rişxəndlə "Bura Azərbaycandır" deyirik.

Halbuki, söhbət igidlikdən, mərdlikdən, gücdən, cəsarətdən, mədəniyyətdən, ismətdən, həmçinin təbiətdən düşəndə də biz bu ifadəni qürurla deyə bilərik. Şükürlər olsun ki, bu sadaladığımız üstünlüklər bizə yad deyil. Amma, görün vəziyyət nə həddə çatıb ki, uşaq-böyük rüşvətdən söz düşəndə, acı təbəssümlə "Bura Azərbaycandır" deyir. Necə ki, ötən həftə "DogruXeber.az" informasiya portalında haqqında bəhs etdiyimiz Akademik Zərifə Əliyeva adına Göz Klinikasının müayinə üçün pul tələb edən tibb bacısı deyirdi - "Elə bil Azərbaycanda yaşamırsıze... Bu həmişə belə olub daa"...

Bəli, təəssüf ki, o haqlı idi. Özü də bilmədən etdiyi etiraf idi. Rüşvət artıq bizim üçün o qədər "doğmalaşıb" ki, hamının ən rahat "çıxış yolu"na çevrilib.

Aşağıda sizə bir videogörüntü təqdim edəcəyik və siz o görüntüləri izlədikdə bu ifadələri işlətməkdə nə qədər haqlı olduğumuzu özünüz də təsdiqləyəcəksiniz.

Diqqət edin!

Balakən rayonunun Qazma kənd sakini Məmmədov Vüqar Ramazan oğlu tərəfindən "DogruXeber.az" redaksiyasına videomüraciət daxil olub.



Gördüyünüz kimi zərərçəkmişin atası Vüqar Məmmədov bildirir ki, hadisəni törədən şəxs puluna o qədər güvənir ki, sahib olduğu maddiyyatı "güc" hesab edir. Üstəlik də pulunun çoxluğu görün ona nə qədər özgüvən verib ki, o, çəkinmədən qanun keşikçilərini - Daxili İşlər Nazirliyi əməkdaşlarını satın alacağını deməklə, onların nüfuzunu ciddi şəkildə zədələməkdən belə çəkinmir.

Yəqin ki, Vüqar Məmmədovun mədəd umduğu Daxili İşlər Nazirliyi tərəfindən məsələ araşdırılacaq və barəsində tədbirlər görüləcəkdir.

Güman edirik, hadisəni törədən şəxs həm törətdiyi qəzaya, həm də hüquq-mühafizə orqanı barəsində işlətdiyi lazımsız ifadəyə görə qanuni cəzasını alacaqdır.

O zaman həmin şəxs də, rişxəndlə "Bura Azərbaycandır" deyənlər də şahidi olacaq ki, bəli, BURA AZƏRBAYCANDIR.
Hüquqi, Demokratik dövlət Azərbaycan.

Biz buna inanırıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

***

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, iyunun 9-da Balakən rayonu Qazma kəndi ərazisində rayon sakini Elmar Göylərov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən piyada Amin Məmmədovu vurub.

Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Balakən Rayon Polis Şöbəsində araşdırma aparılıb və zərərçəkənin xəsarətinin dərəcəsinin müəyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertiza təyin olunub. Ekspertizanın da rəyinə əsasən A.Məmmədovun xəsarətləri sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilib.

Cinayət Məcəlləsinin 263-cü maddəsinə də əsasən avtomobil və digər mexaniki nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır, ağır zərər vurulmasına və ölümünə səbəb olduqda cinayət məsuliyyəti yaranır. Bu səbəbdən E.Göylərov A.Məmmədovun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər yetirdiyindən onun barəsində inzibati icraat işi açılıb.Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.
DogruXeber.az


Oxunub: 344

Son xəbərlər

Şəhid ailələri etiraz aksiyası keçirib - VİDEO

Nazirlik şagirdlərin elektron yerdəyişməsi ilə bağlı məlumat yaydı

Üç güləşçimiz İslamiadada finala yüksəldi

Ermənilər Şuşa üzərində uçuşlar keçirməyə cəhd göstərib

Bloger İşxan Verdyan məhkəməsində iştirak etmək üçün İstanbuldan Yerevana qayıtmağa hazırdır

Kürdəmirdə vətəndaşlara qarşı dələduzluq edən rayon sakini saxlanılıb

Bu müəssisələr keyfiyyətsiz qənd istehsal edir - SİYAHI

"Azərsu" ASC-nin idarə rəisi işdən azad edildi - Köçərili Həsənov kimin əmisi oğlunu yenidən vəzifəyə gətirir?

Sabah temperatur 41 dərəcəyədək yüksələcək

Şirvanda oğurluq və narkotik

Kürdəmir rayon sakininin yaşadığı ünvandan yarım kiloqrama yaxın narkotik və çətənə bitkiləri götürülüb

Əmrləri pozanlara qarşı qətiyyətli tədbirlər davam etdiriləcək - Nazirdən XƏBƏRDARLIQ

Nazir sülhməramlıların yerləşdirildiyi ərazilərlə bağlı GÖSTƏRİŞ VERDİ

Teyyub adlı iş adamı “Aysberq” hoteli bağlanmaqdan necə xilas edə bilib - ARAŞDIRMA

Bəzi xarici jurnalistlərin akkreditasiyasından imtina olunacaq - SİYAHI

“Milyonerlər məhəlləsi”ndə ÖLÜM HADİSƏSİ

Pozduran Dadaş, “Demirören Holding”, “Scientific Games” və milyonlar…

Kim Çen In maska rejimini ləğv etdi

İlham Əliyev Ermənistana xəbərdarlıq edib

Azərbaycan nefti ucuzlaşdı

700 bal toplayan qız Azərbaycan universitetlərindən imtina ETDİ

12 avqust-Beynəlxalq Gənclər Günü münasibəti ilə Zərdabda günərzi yay düşərgəsi təşkil olundu

1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!

"Dağın təpəsinə hansı yoldan çıxarsansa çıx, mənzərə eynidir"- Göyçay RMX-də vəziyyət hər gələn gün ötən günə nisbətən daha da çətinləşir.

Prezidentdən Azərpaşa Nemətovla bağlı SƏRƏNCAM

Prezidentdən 3,2 milyon manatlıq SƏRƏNCAM

Rəisi və Putin istəməsə də:Türkiyə artıq Qafqazdadır - GƏLİŞMƏ

Səfər Mehdiyevin GÖMRÜKDƏKİ LƏPİRİ... - "RAMAL-TRANS" HOQQASI DAVAM EDİR...

"İpoteka kreditinin şərtləri yumşaldılıb" - Mərkəzi Bank

Avstraliya Liberal Partiyasından Azərbaycana qarşı TƏXRİBAT

Bütün xəbərlər