Mərhum qazinin ailəsi 9 ildir sığorta pulu ala bilmir - GİLEY

“Həyat yoldaşım Pirişov Əbil Qurbanəli oğlu I Qarabağ müharibəsi qazisi idi. Müharibədən sonra qaraciyərinin üçdə bir hissəsini kəsib götürmüşdülər, I qrup əlil idi. 2013-cü ildə qaraciyər sirrozundan vəfat edib, lakin hələ də sığorta pulu ala bilməmişəm”.

Bu barədə “Qafqazinfo”ya mərhum döyüşçünün həyat yoldaşı Fəxrəndə Pirişova bildirib. Onun sözlərinə görə, Əbil Pirişova hərbi xidmət zamanı əlil olduğuna görə verilməli olan sığorta ödənişi ilə bağlı məhkəməyə də müraciət edib: “Nəsimi Rayon Məhkəməsi ötən il avqustun 2-də sığorta pulunun ödənilməsi ilə bağlı qətnamə çıxarıb. Prezidentin 23 dekabr 2021-ci il tarixli fərmanında qeyd edilir ki, Ədliyyə Nazirliyi qətnaməsi olanların siyahısını bir ay ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. Lakin qətnamə hələ də icra olunmur. ƏƏSMN ilə dəfələrlə əlaqə saxlamışıq, bildiriblər ki, hələ mexanizim hazır deyil”.

Məsələ ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondundan sorğumuza cavab olaraq bildirildi ki, 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə birdəfəlik ödəmənin verilməsi üçün hazırlıq işləri artıq yekunlaşır. Birdəfəlik ödəmənin verilməsi ilə bağlı təqdim edilmiş təkliflər əsasında müvafiq qayda təsdiq edildikdən sonra ödənişlərə başlanacaq: “1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdən hansı şəxslər ki, vəfat edib, həmin şəxslərin ailə üzvlərinə bu ödənişlər ediləcək. I Qarabağ müharibəsində yaralanaraq birinci dərəcə əlilliyi olmuş, 2013-cü ildə vəfat etmiş Pirişov Əbil Qurbanəli oğlunun da ailəsi bu ödənişi alacaq”.

Qeyd edək ki, ödənişin məbləği I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manatdır.


Oxunub: 103

Son xəbərlər

Şəhid ailələri etiraz aksiyası keçirib - VİDEO

Nazirlik şagirdlərin elektron yerdəyişməsi ilə bağlı məlumat yaydı

Üç güləşçimiz İslamiadada finala yüksəldi

Ermənilər Şuşa üzərində uçuşlar keçirməyə cəhd göstərib

Bloger İşxan Verdyan məhkəməsində iştirak etmək üçün İstanbuldan Yerevana qayıtmağa hazırdır

Kürdəmirdə vətəndaşlara qarşı dələduzluq edən rayon sakini saxlanılıb

Bu müəssisələr keyfiyyətsiz qənd istehsal edir - SİYAHI

"Azərsu" ASC-nin idarə rəisi işdən azad edildi - Köçərili Həsənov kimin əmisi oğlunu yenidən vəzifəyə gətirir?

Sabah temperatur 41 dərəcəyədək yüksələcək

Şirvanda oğurluq və narkotik

Kürdəmir rayon sakininin yaşadığı ünvandan yarım kiloqrama yaxın narkotik və çətənə bitkiləri götürülüb

Əmrləri pozanlara qarşı qətiyyətli tədbirlər davam etdiriləcək - Nazirdən XƏBƏRDARLIQ

Nazir sülhməramlıların yerləşdirildiyi ərazilərlə bağlı GÖSTƏRİŞ VERDİ

Teyyub adlı iş adamı “Aysberq” hoteli bağlanmaqdan necə xilas edə bilib - ARAŞDIRMA

Bəzi xarici jurnalistlərin akkreditasiyasından imtina olunacaq - SİYAHI

“Milyonerlər məhəlləsi”ndə ÖLÜM HADİSƏSİ

Pozduran Dadaş, “Demirören Holding”, “Scientific Games” və milyonlar…

Kim Çen In maska rejimini ləğv etdi

İlham Əliyev Ermənistana xəbərdarlıq edib

Azərbaycan nefti ucuzlaşdı

700 bal toplayan qız Azərbaycan universitetlərindən imtina ETDİ

12 avqust-Beynəlxalq Gənclər Günü münasibəti ilə Zərdabda günərzi yay düşərgəsi təşkil olundu

1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!

"Dağın təpəsinə hansı yoldan çıxarsansa çıx, mənzərə eynidir"- Göyçay RMX-də vəziyyət hər gələn gün ötən günə nisbətən daha da çətinləşir.

Prezidentdən Azərpaşa Nemətovla bağlı SƏRƏNCAM

Prezidentdən 3,2 milyon manatlıq SƏRƏNCAM

Rəisi və Putin istəməsə də:Türkiyə artıq Qafqazdadır - GƏLİŞMƏ

Səfər Mehdiyevin GÖMRÜKDƏKİ LƏPİRİ... - "RAMAL-TRANS" HOQQASI DAVAM EDİR...

"İpoteka kreditinin şərtləri yumşaldılıb" - Mərkəzi Bank

Avstraliya Liberal Partiyasından Azərbaycana qarşı TƏXRİBAT

Bütün xəbərlər