“Səfalı“ MTK Sakinləri Necə Aldadıb? – Ev Alanlar Diqqətli Olun

DogruXeber.az: - Paytaxtın tikinti sektorunda qayda-qanun yaratmaq üçün görülən tədbirlərə və tikinti şirkətlərinin rəhbərlərinin çoxsaylı həbslərinə baxmayaraq bəzi şirkətlərin intizamsızlığı və öhdəliyin yerinə yetirməməsi davam edir. 32gun.az-a məlumat verən şikayətçilər iddia edir ki, belə şirkətlərdən biri “Səfalı” MTK-dır.

Şikayətçilərin iddiasına görə, şirkət rəhbərliyi pilot layihə əsasında illər öncə tikintisinə başladığı bina hələ də problemləri həll etməyib.

İşlərin səliqəsiz və plansız görülməsi də sakinləri hiddətləndirib, onlar ümumilikdə inşa edilən binanın və mənzillərin bərbad vəziyyətdə olduğunu bildirirlər.

Şikayətçi bildirir: “Bəzi mənzillərə su sayğacları hələ indi – 5-ci ildə qoyulub. Təsəvvür edin ki, mənzildə havalandırma sistemini səhv olduğuna görə başqa yerə çəkiblər, köhnə yarıq isə hələ də qalır. Oradan da qonşunun evinə asanlıqla keçə bilərsən. Yəni belə biabırçı vəziyyət yaranıb”.

“Problemlərdən qalmışıq yollarda. Sakin olaraq tələb edirəm ki, mənzilimiz müqavilədə yazıldığı kimi təhvil verilsin”.

Sakinləri hiddətləndirən digər məsələ, tikinti şirkətində normal məlumat ala bilməmələridir. Sakinlərin bildirdiyinə görə yaxın zamanda aidiyyatı qurumlara şikayət məktubları ünvanlayacaqlar.

Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçi Allahyar Mirzəyev Adaşil oğludur.

Qeyd edək ki, Allahyar Mirzəyev Adaşil oğlunun adı mətbuatda vergi cinayətlərində hallanıb.

Yeni alıcıların şikayətinə görə isə, reklamlarda “qiymətdə 15.000 AZN endirim olundu təcili satılır” deyilsə də vədə əməl edilmirş heç bir endirim edilmir. İddiaya görə, bəzi mənzillərin isə çıxarışları hələ sakinlərə təqdim olunmayıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.//Xəbəral.az


Oxunub: 126

Son xəbərlər

Şəhid ailələri etiraz aksiyası keçirib - VİDEO

Nazirlik şagirdlərin elektron yerdəyişməsi ilə bağlı məlumat yaydı

Üç güləşçimiz İslamiadada finala yüksəldi

Ermənilər Şuşa üzərində uçuşlar keçirməyə cəhd göstərib

Bloger İşxan Verdyan məhkəməsində iştirak etmək üçün İstanbuldan Yerevana qayıtmağa hazırdır

Kürdəmirdə vətəndaşlara qarşı dələduzluq edən rayon sakini saxlanılıb

Bu müəssisələr keyfiyyətsiz qənd istehsal edir - SİYAHI

"Azərsu" ASC-nin idarə rəisi işdən azad edildi - Köçərili Həsənov kimin əmisi oğlunu yenidən vəzifəyə gətirir?

Sabah temperatur 41 dərəcəyədək yüksələcək

Şirvanda oğurluq və narkotik

Kürdəmir rayon sakininin yaşadığı ünvandan yarım kiloqrama yaxın narkotik və çətənə bitkiləri götürülüb

Əmrləri pozanlara qarşı qətiyyətli tədbirlər davam etdiriləcək - Nazirdən XƏBƏRDARLIQ

Nazir sülhməramlıların yerləşdirildiyi ərazilərlə bağlı GÖSTƏRİŞ VERDİ

Teyyub adlı iş adamı “Aysberq” hoteli bağlanmaqdan necə xilas edə bilib - ARAŞDIRMA

Bəzi xarici jurnalistlərin akkreditasiyasından imtina olunacaq - SİYAHI

“Milyonerlər məhəlləsi”ndə ÖLÜM HADİSƏSİ

Pozduran Dadaş, “Demirören Holding”, “Scientific Games” və milyonlar…

Kim Çen In maska rejimini ləğv etdi

İlham Əliyev Ermənistana xəbərdarlıq edib

Azərbaycan nefti ucuzlaşdı

700 bal toplayan qız Azərbaycan universitetlərindən imtina ETDİ

12 avqust-Beynəlxalq Gənclər Günü münasibəti ilə Zərdabda günərzi yay düşərgəsi təşkil olundu

1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!

"Dağın təpəsinə hansı yoldan çıxarsansa çıx, mənzərə eynidir"- Göyçay RMX-də vəziyyət hər gələn gün ötən günə nisbətən daha da çətinləşir.

Prezidentdən Azərpaşa Nemətovla bağlı SƏRƏNCAM

Prezidentdən 3,2 milyon manatlıq SƏRƏNCAM

Rəisi və Putin istəməsə də:Türkiyə artıq Qafqazdadır - GƏLİŞMƏ

Səfər Mehdiyevin GÖMRÜKDƏKİ LƏPİRİ... - "RAMAL-TRANS" HOQQASI DAVAM EDİR...

"İpoteka kreditinin şərtləri yumşaldılıb" - Mərkəzi Bank

Avstraliya Liberal Partiyasından Azərbaycana qarşı TƏXRİBAT

Bütün xəbərlər