Büdcədən silinən pulların qaranlıq taleyi.. - FOTO

"DogruXeber.az" xəbər verir ki, 01.07.2022-ci il tarixində Dövlət Satınalma Portalında "Azəralüminium" MMC-nin iki xarici şirkətlə - Alman şirkəti "Hoesch Metallurgie GmbH" və Çin şirkəti "Cangzhou DongSheng Metal Co" LTD ilə yüksək məbləğlərin qeyd edildiyi tender müqaviləsi imzaladığı xəbəri qeyd edilmişdir.

Qeyd edək ki, Sözügedən müəssisənin Alman şirkəti ilə bağlanmış "AİTilO və Si2202 şixtə materiallarının satınalınması" (məbləğ - 728042 AZN) və Çin şirkəti ilə imzaladığı Mn75 flyuslu şixtə materiallarının satınalınması" (məbləğ - 199750 AZN) müqavilələri barəsində ətraflı məlumat bölməsi boş saxlanılıb.

Büdcədən silinən pulların qaranlıq taleyi.. - FOTO


Yeri gəlmişkən, onu da vurğulamaq yerinə düşər ki, "Azəralüminium" MMC eyni gündə daha bir şirkətlə - "AzCargo Logistiks and Management Services" MMC ilə 35165 (otuz beş min yüz altmış beş) AZN məbləğin qeyd edildiyi, "Bakı-Gəncə və Gəncə-Bakı marşrutu üzrə müxtəlif yüklərin daşınması xidmətinin (144 maşın) satın alınması" müqaviləsi də imzalayıb. Lakin, yüksək məbləğlərin qeyd edildiyi digər iki müqavilədən fərqli olaraq, bu müqavilə barəsində ətraflı məlumat bölməsi doldurulub.

P.S: "DogruXeber.az" olaraq, məlumatı yayımlamadan öncə, qarşı tərəflə telefon əlaqəsi saxlayıb, xarici şirkətlərlə bağlanmış müqavilələr barəsində "ətraflı məlumat" bölməsinin boş saxlanılmasının səbəbini soruşmaq istədik.
Odur ki, sözügedən müəssisənin rəsmi internet səhifəsində yerləşdirilən telefon nömrəsi ilə əlaqə saxladıq. Telefona cavab verən şəxs bizə "Satınalma məsələlərinə Teymur müəllim baxır" dedi və həmin şəxsin telefon nömrəsini verdi.

Ardından deyilən şəxsə zəng etdik.
Özümüzü təqdim edib, sualımızı verdik.
Teymur müəllim deyilən şəxs bizdən soruşub, Satınalma Portalına daxil oldu və yalnız bu zaman həmin müqavilələri gördü. Teymur müəllimin reaksiyasından bəlli oldu ki, müqavilələrdən ümumiyyətlə xəbərsizdir.

"Qara nida"ları gördükdə isə "həə yoxdur" deyib, təsdiqlədi.
Sonra da başladı məlumatsız olduğu müqavilə barəsində "açıqlama verməyə" ki, "Yəqin yaddan çıxıb. Deyərəm doldurarlar. O yəqin məlumatları yerləşdirənin məsuliyyətsizliyidir"

Sual verdik: - O zaman az məbləğin qeyd edildiyi məlumatları yerləşdirilməsi necə olur yaddan çıxmır?".

Deyir: - "Eyni adamlar deyil. Ayrı -ayri müəssisələrdir."

Soruşduq: - "Teymur müəllim, az öncə məlumatsız olduğunuzu dediniz. Məlumatınız olmayan müqavilə barəsində necə deyə bilərsiniz ki, yaddan çıxıb ".

Bundan sonra Teymur müəllim aqressiv şəkildə, danışmamıza imkan vermədən danışmağa başladı. "Kimsən sən? Nə demək istəyirsən? Biz qara-qura işlərlə məşğul oluruq demək istəyirsən?" və sair...

Doğrusu, suallarımızın cavabı olaraq, Teymur müəllimin qəflətən aqressivləşməsi, səs tonunu qaldırması və dayanmadan təkrar-təkrar "nə demək istəyirsən? Demək istəyirsən ki, biz burda qara-qura işlərlə məşğul oluruq?" deyə soruşması və bizim dilimizdən nələrsə eşitməyə çalışması bizi çox təəccübləndirdi.

Görünür, Teymur müəllimi hövsələdən çıxaran suallara cavab verməkdə çəkdiyi çətinlik idi. Odur ki, daha da çətinliyə salmadan, təşəkkür edib, sağollaşdıq. Amma, deyəsən Teymur müəllimin narahatlığı keçməmişdi, o hələ də sağollaşmaq istəmirdi. Hətta, sağollaşmadan əvvəl bizi təhdid etməyi də unutmadı. "Əgər, bilmədiyiniz şeyləri yazsanız, mən bilirəm nə edəcəm. Hüquq -mühafizə orqanlarına şikayət edəcəm"- deyib, sonra sağollaşdı.

QEYD: Qeyd edək ki, sözügedən məlumatla bağlı Azərbaycan Respublikası Maliyyə nazirliyinə, eyni zamanda İqtisadiyyat Nazirliyinə göndərilməsi üçün redaksiyamız tərəfindən rəsmi müraciətlər hazırlanır.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


Oxunub: 260

Son xəbərlər

“Üç övlad atası idim, birini şəhid verdim, oğlum başımı uca etdi, az yaşadı, amma kişi kimi yaşadı”

Səfirliyə hücum edənlərin biznes şəbəkəsi: Bakıdakı restoranlar da ona aiddir?

Rusiyada alim vətənə xəyanət ittihamı ilə SAXLANILDI

Yaranmış problemə nazirliyin münasibəti

3 gün ərzində 7 marşrut xəttinin hərəkət sxemi dəyişəcək - SİYAHI

"Rublla bağlı razılığa gəldik” - Ərdoğan

Nazirlik ilanbalığının ovuna icazə verilməsinin səbəbini AÇIQLADI

Baş nazirdən Pərviz Şahbazovla bağlı SƏRƏNCAM

CƏNAB NAZİR, “Taxıl mafiyası” fermerlərə zülm edir... - “Qarşıdan aclıq gəlir”

Buzduxda Azərbaycan bayrağı qaldırıldı - VİDEO

Yağıntılı və küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

Londondakı səfirliyimizə hücumla bağlı CİNAYƏT İŞİ BAŞLANILDI

Bu yüksəkliklər Ordumuzun NƏZARƏTİNƏ KEÇDİ

“Samirin şəhadətə ucaldığını “Instagram”da gördüm” - Şəhid qardaşı

Çin XİN-dən ABŞ-a XƏBƏRDARLIQ

«Electro Service» QSC hansı tenderləri udur? - SİYAHI

Azərbaycan nefti bahalaşdı

İsmayıl Hüseynovun Praqada otelləri üzə çıxdı - İLGİNC FAKT

Azərbaycanın QƏRBİ AZƏRBAYCAN ARZULARI... NƏ QƏDƏR REALDIR?

Bakıda "Qazel" yandı

Xankəndini görürük... XANKƏNDİYƏ GƏLİRİK... - Başqa yolu YOXDUR!

REKLAM AGENTLİYİ: YARITMAZ, YOXSA KORRUPSİYALAŞMIŞ QURUM? – 8 il balıq evindən “haqq alan” Agentlik inad edir...

Mətbuat Şurası jurnalistə güc tətbiq edən DSX mayoru ilə bağlı BƏYANAT YAYDI

“Onu Azərbaycana təhvil versəniz Rusiya səfirliyini partladacağıq…” - ŞOK TƏHDİD

Ermənilərin Laçından çıxarılmasına vaxt verildi

Dolların 3 günlük məzənnəsi

BÖHRAN: Azərbaycanda un qıtlığı yaranıb - ÇÖRƏK SEXLƏRİ UNU LİMİTLƏ ALIR

“Təhsil” istirahət mərkəzidir, yoxsa islah koloniyası? – NARAZILIQ VAR!

Nazirlər Kabinetinin qərarının icra edilməməsi kimlərin maraqlarına uyğundur?

İllər ərzində AzTV-dən oğurlanan pullar... - GÖRÜN HARDAN ÇIXDI...

Bütün xəbərlər