gundem / iqtisadiyyat / sosial / Cəmiyyət
2.07.2022, 17:59
Marketlərdə şəkər tozu yoxa çıxdı, qiymətlər artacaq? - “Azərsun”dan AÇIQLAMA
DogruXeber.az: - Mağazalarda şəkər tozu qıtlığı yaranıb. Qiymətin yenidən artırılacağı, bu səbəbdən marketlərdən yığışdırıldığı iddia olunur.
Pravda.az-ın əməkdaşı iddiaların doğru olub-olmamasını öyrənmək üçün “Azərsun Holdinq”lə əlaqə saxlayıb.
Holdinqin İctimaiyyətlə Əlaqələr departamentinin bölmə müdiri Xəyal Azəroğlu saytımıza açıqlamasında bu barədə məlumatının olmadığını bildirib: “Bildiyim qədəri ilə, şəkər qıtlığı yoxdur. Qiymətlərin bahalaşacağı barədə isə məlumatlar yanlışdır, elə bir şey yoxdur”.