Şagirdlərə “mərsiyə” ifa etdirən müəllimdən növbəti təhlükəli ÇAĞIRIŞ - BU QADIN TƏHLÜKƏLİDİR!!!

DogruXeber.az: - Yevlax şəhər Sahib Əliyev adına 1 nömrəli məktəbin riyaziyyat müəllimi Nailə Babayevanın şagirdlərinə dərs zamanı İmam Zamana həsr olunan “Salam Fərmandeh” (Salam komandir) mahnısını ifa etdirməsi məsələsi yenidən aktuallaşıb.

Qeyd edək ki, bununla bağlı yayılan videogörüntülərdə müəllimin hicablı olması, dini görüşlərini şagirdlər arasında təbliğ etməsi və ən əsası masasında Azərbaycan bayrağının tərsinə qoyularaq islamçılığın qabardılması diqqət çəkib.

Yayılan görüntülərdən sonra Yevlax Təhsil Şöbəsi müəllimlə söhbət aparıb və qadın pedaqoqun izahatı alınıb. Amma Nailə Babayeva ilə bağlı hər hansı cəza tədbiri görülməyib.

Şagirdlərə “mərsiyə” ifa etdirən müəllimdən növbəti təhlükəli ÇAĞIRIŞ - BU QADIN TƏHLÜKƏLİDİR!!!

Nailə Babayeva növbəti dəfə “Facebook” hesabında din pərdəsi adı altında dövlətçiliyə xələl gətirən təhlükəli paylaşımı ilə gündəmə gəlib. O, “Azərbaycanda şiə qətliamı gözlənilir” adı altında çağırışlar edərək öz ideologiyasına uyğun kütləni əhatəsinə toplayıb.

Məsələnin aktuallığını nəzərə alaraq Təhsil Nazirliyi əlaqə yaratdıq. Nazirliyin mətbuat katibi Cəsarət Valehov Bizim.Media-ya açıqlamasında faktın araşdırıldığını və yaxın vaxtda açıqlama verəcəklərini bildirib.

Yevlax şəhər Sahib Əliyev adına 1 saylı tam orta məktəblə də əlaqə saxladıq. Zəngimizə cavab verən xanım müəllimlərdən biri “bu barədə məlumat verə bilmərik” deyə aqressiv şəkildə danışığı yarımçıq kəsib. Sonrakı zənglərimizə isə cavab verilməyib.

Xatırladaq ki, hadisə Yexlax şəhər Sahib Əliyev adına 1 saylı məktəbin riyaziyyat müəllimi Babayeva Nailə Ağaməmməd qızının dərs dediyi 6a sinifində qeydə alınıb.

Nailə Babayeva izahatında bildirib ki, bu addımı dini təbliğ etmək üçün yox, şagirdlərə təhsildən əlavə maraqlı məlumatlar öyrətmək məqsədilə atıb.

Ümid edirik ki, Daxili İşlər Nazirliyi də məsələni nəzarətə götürəcək. Həmçinin dövlət maraqlarına əks və zərərli çağırışlar edən müəllim barədə ciddi tədbir görüləcək.


Oxunub: 173

Son xəbərlər

Şəhid ailələri etiraz aksiyası keçirib - VİDEO

Nazirlik şagirdlərin elektron yerdəyişməsi ilə bağlı məlumat yaydı

Üç güləşçimiz İslamiadada finala yüksəldi

Ermənilər Şuşa üzərində uçuşlar keçirməyə cəhd göstərib

Bloger İşxan Verdyan məhkəməsində iştirak etmək üçün İstanbuldan Yerevana qayıtmağa hazırdır

Kürdəmirdə vətəndaşlara qarşı dələduzluq edən rayon sakini saxlanılıb

Bu müəssisələr keyfiyyətsiz qənd istehsal edir - SİYAHI

"Azərsu" ASC-nin idarə rəisi işdən azad edildi - Köçərili Həsənov kimin əmisi oğlunu yenidən vəzifəyə gətirir?

Sabah temperatur 41 dərəcəyədək yüksələcək

Şirvanda oğurluq və narkotik

Kürdəmir rayon sakininin yaşadığı ünvandan yarım kiloqrama yaxın narkotik və çətənə bitkiləri götürülüb

Əmrləri pozanlara qarşı qətiyyətli tədbirlər davam etdiriləcək - Nazirdən XƏBƏRDARLIQ

Nazir sülhməramlıların yerləşdirildiyi ərazilərlə bağlı GÖSTƏRİŞ VERDİ

Teyyub adlı iş adamı “Aysberq” hoteli bağlanmaqdan necə xilas edə bilib - ARAŞDIRMA

Bəzi xarici jurnalistlərin akkreditasiyasından imtina olunacaq - SİYAHI

“Milyonerlər məhəlləsi”ndə ÖLÜM HADİSƏSİ

Pozduran Dadaş, “Demirören Holding”, “Scientific Games” və milyonlar…

Kim Çen In maska rejimini ləğv etdi

İlham Əliyev Ermənistana xəbərdarlıq edib

Azərbaycan nefti ucuzlaşdı

700 bal toplayan qız Azərbaycan universitetlərindən imtina ETDİ

12 avqust-Beynəlxalq Gənclər Günü münasibəti ilə Zərdabda günərzi yay düşərgəsi təşkil olundu

1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!

"Dağın təpəsinə hansı yoldan çıxarsansa çıx, mənzərə eynidir"- Göyçay RMX-də vəziyyət hər gələn gün ötən günə nisbətən daha da çətinləşir.

Prezidentdən Azərpaşa Nemətovla bağlı SƏRƏNCAM

Prezidentdən 3,2 milyon manatlıq SƏRƏNCAM

Rəisi və Putin istəməsə də:Türkiyə artıq Qafqazdadır - GƏLİŞMƏ

Səfər Mehdiyevin GÖMRÜKDƏKİ LƏPİRİ... - "RAMAL-TRANS" HOQQASI DAVAM EDİR...

"İpoteka kreditinin şərtləri yumşaldılıb" - Mərkəzi Bank

Avstraliya Liberal Partiyasından Azərbaycana qarşı TƏXRİBAT

Bütün xəbərlər