"Baku Elektroniks"in bitməyən  "macəralar"ı...

DogruXeber.az: - Son 20 ildə Azərbaycanda sürətlə artan şəbəkə mağazalar, şəbəkə marketlər bu sahə ilə məşğul olan kiçik sahibkarliqları demək olar ki, sıxışdırıb aradan tamamilə çıxardı. Az qala hamının evinin qarşısında "çadır quran" marketlər şəbəkəsi tez-tez elan etdiyi endirim kompaniyaları və ucuz qiymətləri ilə insanların gözünü qısa zamanda boyamağı bacardı. O kompaniyaların və ucuz qiymətlərin də hansı formada baş tutduğunu artıq demək olar hər kəs bilir.

Amma, bu "oyanış" üçün deyəsən çox gec qalmışıq. Vitrində malların qarşısında bir qiymət yazıb, kassada başqa qiymət göstərən, 5 (beş) manatlıq malın qarşısında 8 (səkkiz) yazıb üstünə (×) qoyan, "İndi daha ucuz - artıq, 8 deyil, cəmi 5 manata" deyərək, bizə "kələk gələn" market və mağazalar şəbəkələri, adının qarşısında əcnəbi dildə "park", "Mall" sözləri əlavə edilən böyük biznes mərkəzləri özümüz də bilmədən bizim aldadıldığımızı bildiyimiz halda, sevə -sevə getdiyimiz məkanlara dönüşüblər.

Öz aramızdır, görünür böyük bizneslərin sahibləri artıq xalqın "damarını tutub" ki, hansı formada, neçə dəfə aldada biləcəklərinə qədər hesablayıblar. Özü də çox zaman belə böyük şəbəkələrin arxasından yaxınlarda maaşı artırılan, "mövsüm meyvələrinə həsrət" deputatlar və başqa dövlət məmurları çıxır.

Bu dəfə isə bizə göstərdiyi ucuz "şou" ilə "kələk gələn" damarlarında öz qanımız axan iş adamı - Güney Azərbaycanlı soydaşımız Rza Zərrabın bizneslərindən biri olan "Baku Elektroniks" mağazalar şəbəkəsi olub.

Belə ki, sözügedən mağazalar şəbəkəsi təqribən 2-3 gün əvvəl, güya"endirim kompaniyası" keçirib və yüzlərlə insanı toplayıb qapısının önünə. Orada toplaşan insanların bir neçəsinin "DogruXeber.az"a bildirdiyinə görə, bu adla, bu boyda izdiham yaradan mağazadan qarşısında toplaşan insanlardan təqribən cəmi 20-30 nəfəri ancaq nəsə ala bilib. Çünki, içəri girib güya endirimdə olduğu deyilən əşyaları soruşan adamlara "artıq bitdi" cavabı verilib.

Yeri gəlmişkən, onu da qeyd edək ki, əvvəllər belə mağazalar hərəsi ayrı adamın şəxsi idi, aldığımız məhsul keyfiyyətsiz, yaxud qüsurlu olanda, gedib həmin şəxsin "yaxasına yapışıb" xətasını özünə ödətdirirdik. İndi bu kimi şəbəkə mağazalarda isə qaydalar fərqlidir. Bir illik zəmanətlə bir telefon alırsan, iki gün sonra işləmir. Aparırsan aldığın mağazaya, deyir, "Get filan yerdə bizim servisimiz var, ora yaxınlaş." Gedirsən servisə orada da az qala ölmüş əcdadımızın sənədlərinə qədər istəyirlər. 50 yerdən sənədlər toplayırıq, təzədən gedirik, bu dəfə deyirlər "bizdə qalmalıdır, düzələndə sizə məlumat veriləcək".

Beləcə həm yollarda bir telefonun pulunu da əlavə xərcləmiş oluruq. Üstəlik də bəzən o qədər saxlayırlar zəmanət müddətini keçir və təmir pulu da bizdən alınır.

Amma, yenə də bizə dərs olmur...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXebər.az


Oxunub: 178

Son xəbərlər

Şəhid ailələri etiraz aksiyası keçirib - VİDEO

Nazirlik şagirdlərin elektron yerdəyişməsi ilə bağlı məlumat yaydı

Üç güləşçimiz İslamiadada finala yüksəldi

Ermənilər Şuşa üzərində uçuşlar keçirməyə cəhd göstərib

Bloger İşxan Verdyan məhkəməsində iştirak etmək üçün İstanbuldan Yerevana qayıtmağa hazırdır

Kürdəmirdə vətəndaşlara qarşı dələduzluq edən rayon sakini saxlanılıb

Bu müəssisələr keyfiyyətsiz qənd istehsal edir - SİYAHI

"Azərsu" ASC-nin idarə rəisi işdən azad edildi - Köçərili Həsənov kimin əmisi oğlunu yenidən vəzifəyə gətirir?

Sabah temperatur 41 dərəcəyədək yüksələcək

Şirvanda oğurluq və narkotik

Kürdəmir rayon sakininin yaşadığı ünvandan yarım kiloqrama yaxın narkotik və çətənə bitkiləri götürülüb

Əmrləri pozanlara qarşı qətiyyətli tədbirlər davam etdiriləcək - Nazirdən XƏBƏRDARLIQ

Nazir sülhməramlıların yerləşdirildiyi ərazilərlə bağlı GÖSTƏRİŞ VERDİ

Teyyub adlı iş adamı “Aysberq” hoteli bağlanmaqdan necə xilas edə bilib - ARAŞDIRMA

Bəzi xarici jurnalistlərin akkreditasiyasından imtina olunacaq - SİYAHI

“Milyonerlər məhəlləsi”ndə ÖLÜM HADİSƏSİ

Pozduran Dadaş, “Demirören Holding”, “Scientific Games” və milyonlar…

Kim Çen In maska rejimini ləğv etdi

İlham Əliyev Ermənistana xəbərdarlıq edib

Azərbaycan nefti ucuzlaşdı

700 bal toplayan qız Azərbaycan universitetlərindən imtina ETDİ

12 avqust-Beynəlxalq Gənclər Günü münasibəti ilə Zərdabda günərzi yay düşərgəsi təşkil olundu

1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!

"Dağın təpəsinə hansı yoldan çıxarsansa çıx, mənzərə eynidir"- Göyçay RMX-də vəziyyət hər gələn gün ötən günə nisbətən daha da çətinləşir.

Prezidentdən Azərpaşa Nemətovla bağlı SƏRƏNCAM

Prezidentdən 3,2 milyon manatlıq SƏRƏNCAM

Rəisi və Putin istəməsə də:Türkiyə artıq Qafqazdadır - GƏLİŞMƏ

Səfər Mehdiyevin GÖMRÜKDƏKİ LƏPİRİ... - "RAMAL-TRANS" HOQQASI DAVAM EDİR...

"İpoteka kreditinin şərtləri yumşaldılıb" - Mərkəzi Bank

Avstraliya Liberal Partiyasından Azərbaycana qarşı TƏXRİBAT

Bütün xəbərlər