“Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşuldu

“Nar” KSM istiqamətində gördüyü işləri yeni mərhələyə qaldıraraq dünyanın sosial məsuliyyətli bizneslərini bir araya toplayan Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə qoşuldu.
“Nar”ın icraçı direktoru Qunnar Pankenin bildirdiyinə görə, BMT-nin Qlobal Sazişində iştirak etməklə “Nar” sosial, iqtisadiyyat və insan rifahı üzrə korporativ məsuliyyətini daha da sistemləşdirməyi hədəfləyir. “Uzun illərdir ki, davamlı inkişaf və məsuliyyət prinsipini rəhbər tutan bir şirkət olaraq BMT Qlobal Sazişinin bir hissəsi olmaqdan qürur duyuruq. Cəmiyyətə faydalı olmaq üçün etdiyimiz KSM layihələr ilə daha yaxşı gələcəyə öncüllük edəcəyimizə inanırıq. Bu sazişə qoşulmağımız da yolumuza sadiqliyin nümunəsidir”, - deyə o qeyd edib.
DogruXeber.az: - “Azərbaycan cəmiyyəti getdikcə qlobal davamlılığa ümumi prioritet kimi yanaşır və bu yanaşma cəmiyyətin bütün kəsimlərini - fərdi, ailə, dövlət və müxtəlif ölçülü biznesləri və sənaye müəssisələrini əhatə edir. "Azerfon" şirkətinin BMT-nin Qlobal Sazişi üzrə öhdəlikləri buna əyani sübutdur. Bunlar hələ qarşıda duran mühüm hədəflər olduğundan, mən əminəm ki, “Nar”, onun rəhbərliyi və bütün şirkət əməkdaşları Azərbaycanda korporativ davamlılığın nümunəvi şəkildə formalaşması və təşviqində aparıcı mövqe tutacaq”, - deyə BMT Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov bildirib.
Qeyd edək ki, BMT Qlobal Sazişinin 10 prinsipini KSM strategiyasına, əmək siyasətinə və müxtəlif prosedurlarına tətbiq etməklə bu sazişə qoşulan şirkətlər cəmiyyət və planet qarşısında məsuliyyətlərini qoruyurlar. “Nar” üçün Qlobal Sazişin dayanıqlı inkişaf prinsiplərinin ən önəmli maddələrindən olan insan hüquqları, əmək və ətraf mühit sahəsində öhdəliyi xüsusi əhəmiyyət kəsb edir. BMT Qlobal Sazişində Azərbaycanı təmsil edən ilk telekommunikasiya şirkəti olaraq, “Nar” təhsilin inkişafına dəstək, işçilər üçün rahat əmək şəraitinin yaradılması, gender bərabərliyi istiqamətində layihələrə dəstək verilməsinə fokuslanır.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.
BMT Qlobal Sazişi 2000-ci ildən fəaliyyətə başlayan, 160-dan çox ölkədə yerləşən 13000-dən çox şirkət, 3800 qeyri-biznes tərəfdaşı və 69 yerli şəbəkə ilə dünyanın ən böyük korporativ davamlılıq təşəbbüsüdür.
“Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşuldu


Oxunub: 112

Son xəbərlər

Şəhid ailələri etiraz aksiyası keçirib - VİDEO

Nazirlik şagirdlərin elektron yerdəyişməsi ilə bağlı məlumat yaydı

Üç güləşçimiz İslamiadada finala yüksəldi

Ermənilər Şuşa üzərində uçuşlar keçirməyə cəhd göstərib

Bloger İşxan Verdyan məhkəməsində iştirak etmək üçün İstanbuldan Yerevana qayıtmağa hazırdır

Kürdəmirdə vətəndaşlara qarşı dələduzluq edən rayon sakini saxlanılıb

Bu müəssisələr keyfiyyətsiz qənd istehsal edir - SİYAHI

"Azərsu" ASC-nin idarə rəisi işdən azad edildi - Köçərili Həsənov kimin əmisi oğlunu yenidən vəzifəyə gətirir?

Sabah temperatur 41 dərəcəyədək yüksələcək

Şirvanda oğurluq və narkotik

Kürdəmir rayon sakininin yaşadığı ünvandan yarım kiloqrama yaxın narkotik və çətənə bitkiləri götürülüb

Əmrləri pozanlara qarşı qətiyyətli tədbirlər davam etdiriləcək - Nazirdən XƏBƏRDARLIQ

Nazir sülhməramlıların yerləşdirildiyi ərazilərlə bağlı GÖSTƏRİŞ VERDİ

Teyyub adlı iş adamı “Aysberq” hoteli bağlanmaqdan necə xilas edə bilib - ARAŞDIRMA

Bəzi xarici jurnalistlərin akkreditasiyasından imtina olunacaq - SİYAHI

“Milyonerlər məhəlləsi”ndə ÖLÜM HADİSƏSİ

Pozduran Dadaş, “Demirören Holding”, “Scientific Games” və milyonlar…

Kim Çen In maska rejimini ləğv etdi

İlham Əliyev Ermənistana xəbərdarlıq edib

Azərbaycan nefti ucuzlaşdı

700 bal toplayan qız Azərbaycan universitetlərindən imtina ETDİ

12 avqust-Beynəlxalq Gənclər Günü münasibəti ilə Zərdabda günərzi yay düşərgəsi təşkil olundu

1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!

"Dağın təpəsinə hansı yoldan çıxarsansa çıx, mənzərə eynidir"- Göyçay RMX-də vəziyyət hər gələn gün ötən günə nisbətən daha da çətinləşir.

Prezidentdən Azərpaşa Nemətovla bağlı SƏRƏNCAM

Prezidentdən 3,2 milyon manatlıq SƏRƏNCAM

Rəisi və Putin istəməsə də:Türkiyə artıq Qafqazdadır - GƏLİŞMƏ

Səfər Mehdiyevin GÖMRÜKDƏKİ LƏPİRİ... - "RAMAL-TRANS" HOQQASI DAVAM EDİR...

"İpoteka kreditinin şərtləri yumşaldılıb" - Mərkəzi Bank

Avstraliya Liberal Partiyasından Azərbaycana qarşı TƏXRİBAT

Bütün xəbərlər