SON DƏQİQƏ! “Bandotdel” əməliyyat keçirdi, Aqşin Bədəlov saxlanıldı - VİDEO

DogruXeber.az: - Daxili İşlər Nazirliyinə son dövrlərdə daşınmaz əmlak və avtomobil satışı ilə bağlı elan saytlarında şirnikləndirici vədlər verildiyi və müraciət edən şəxslərin pullarının müxtəlif kart əməliyyatları vasitəsi ilə ələ keçirildiyi barədə zərərçəkənlərdən çoxsaylı şikayətlər daxil olur.

DİN-in mətbuat xidmətindən "Azərbaycan Reallığı"na verilən xəbərə görə, bu məlumatlar Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində hərtərəfli araşdırılıb. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində vətəndaşların kart məlumatlarını və kartlardakı pulları ələ keçirməklə onlara qarşı dələduzluq edən əvvəllər məhkum olunmuş Aqşin Bədəlov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs elan saytlarında dəyərindən qat-qat aşağı qiymətə əslində mövcud olmayan saxta avtomobil və mənzil satışı ilə bağlı məlumatlar yerləşdirib. Həmin elanlardakı şirnikləndirici təklifləri görən vətəndaşlar isə Aqşin Bədəlovla əlaqə saxlayaraq həmin daşınar və ya daşınmaz əmlakı almaq istədiklərini bildiriblər. Bu zaman Aqşin Bədəlov izi itirmək məqsədi ilə müxtəlif şəxslərin adına əldə etdiyi bank kartlarını müştərilərə göndərək ora təcili pul köçürülməsini tələb edib. Əks halda isə elandakı evi və ya avtomobili başqa şəxsə satacağını bildirib. Pulu əldə edəndən sonra isə o, kartlardakı vəsaitləri öz hesabına yönləndirərək nağdlaşdırıb zərərçəkənlərin onu tapmaması üçünsə onları nömrələrini bloklayıb. Bank kartlarındakı pulları ələ keçirmək məqsədi ilə onlayn dələduzluq sxemi quran Aqşin Bədəlov bu müddət ərzində ona müraciət 450 nəfərə maddi ziyan vurub. Saxlanılan şəxsdən çoxsaylı bank kartları, elan saytlarında yerləşdirdiyi mobil telefon nömrələri və iş üzrə əhəmiyyət kəsb edən digər elektron sübutlar aşkar olunaraq götürülüb.

SON DƏQİQƏ! “Bandotdel” əməliyyat keçirdi, Aqşin Bədəlov saxlanıldı - VİDEO

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Qeyd olunub ki, Aqşin Bədəlovun ətrafında əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davan etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.

DİN vətəndaşlara onlayn elan saytlarında yerləşdirilən məlumatlarla tanış olan zaman maksimum diqqətli olmağı, şirnikləndirici elanlarla rastlaşdıqda isə bank kartlarında olan məlumatları qarşı tərəfə verməməyi tövsiyə edir.


Oxunub: 550

Son xəbərlər

Oğuzda çayın yatağından kimlər qanunsuz daşınma edir?-Araşdırma

Oğuzda çayın yatağından kimlər qanunsuz daşınma edir?-Araşdırma

Prezidentdən Anar Quliyevlə bağlı SƏRƏNCAM

Mətin Eynullayevin aktivində DAHA BİR NÜANS... - ÇAY YATAĞI SATIŞA ÇIXARILDI

İnformasiyalar işarət dilinə tərcümə ediləcək - Televiziyalara yeni tələb

İlham Əliyevdən ADY ilə bağlı FƏRMAN

Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....

6 nəfərlik dəstə ölkədən 254 milyon 409 min 947 manat “qara pulu” belə çıxarıb

Eldar Əzizovla Yasin Molanovu nə bağlayır?

Azərbaycanda bələdiyyələr xərclərinin yarıdan çoxunu əməkhaqqına sərf edib

“Tərtər işi”nə görə tutulanlarla bağlı qərar verildi

Minsk qrupunun ləğvinin vaxtı çoxdan çatıb - PREZİDENT

Hikmət Sabiroğlu ermənilərin MƏHKƏMƏSİNDƏ

Prezident İlham Əliyev Aİ-nin ali nümayəndəsi Kaya Kallası qəbul edib

"Medaura" klinikasından Nigar Məhəmmədova növbəti qurbanlarına çağırış etdi- Video

İranda nə baş verir?- Kəşfiyyat qurumları ayaqda

Daha bir tikinti şirkəti QALMAQALI… Nə qədər cərimələnəcək?

Pakistanda daha bir terror aktı törədildi - Ölənlər var

İcra başçısının sərvət artımı məhz bu yollardan keçir - VİDEO

İlham Əliyev Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində oldu

İyunda 13 gün iş olmayacaq

İş adamı satığı mağazalara görə müştəriyə kompensasiya ödəyəcək - 22 minlik məhsul geri qaytarılmır

60 həkim baş psixiatrdan nazirə şikayət etdi: "Aqressivlik edir..."

Stomatologiya sahəsində monitorinqlər aparılacaq

Kürdəmir İcra Hakimiyyətindən qəribə addım: Novruz şənliyi üçün apreldə tender keçirib

“Atlant işi”ndə dava düşdü

Kimlərin maaşı və neçə faiz artırılır?- DEPUTATDAN AÇIQLAMA

Azərbaycanda bu gündən hava pisləşir

DİN kibertalamalarla bağlı vətəndaşlara çağırış etdi

Qaradağda bələdiyyə sədrinin yalanı belə ifşa edildi - VİDEO

Bütün xəbərlər