Zəngəzur dəhlizi niyə İranı bu qədər narahat edir?: - “Azərbaycan bu məsələsini silahla həll edərsə..”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehranda İranın ali dini rəhbəri Ayətullah Seyid Əli Xamneyi ilə görüşündə diqqət çəkən əsas məqam Zəngəzur dəhlizi ilə bağlı olub”.

"DogruXeber.az" xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, dini rəhbərin səsləndirdiyi fikirlər Tehranın bu dəhlizə qarşı olduğunu ortaya qoyub:

“Seyid Əli Xamneyi, "Təbii ki, işin içində İran-Ermənistan sərhədinin bağlanması siyasəti gündəmdədirsə, İran İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd minilliklərin kommunikasiya yoludur”, deyə söyləyib. Göründüyü kimi İranın dini rəhbəri konkret olaraq Zəngəzur dəhlizinə qarşı çıxır. Amma Azərbaycan bu dəhlizdən İranın istifadə etməsini daima qeyd edir. Təbii ki, burada Tehran Türkiyənin bu dəhliz vasitəsilə Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətindən narahatdır. Bundan əlavə, İranın dini rəhbəri Qarabağın işğaldan azad olunmasının məmnunluğunu qeyd etsə də, bu işin içində Zəngəzur dəhlizinin olmasından narahatlığını ifadə edib. Tehran hesab edir ki, bu dəhliz İran-Ermənistan sərhədini bağlayır. Xamneyinin bu yanaşması İranın Azərbaycana və Türkiyəyə düşmənçilik siyasətinin bariz nümunəsidir”.

Müsahibimiz deyib ki, bu illər ərzində İran Azərbaycan ərazilərinin işğalında maraqlı olub:

“Artıq işğal sona çatıb, Tehran əlavə bəhanələr ortaya atır. Demək olar ki, İran "Zəngəzur" dəhlizinə qarşıdır. 10 noyabr Birgə Bəyannamənin 9-cu bəndinə əsasən dəhlizin verilməsi ilə bu ərazi Ermənistanın nəzarətindən çıxır və birbaşa dəhlizə Rusiya FTX nəzarət edəcək. Rusiya da dəhlizdə maraqlı deyil. Sadəcə, kommunikasiyaların açılmasını vurğulayır. Azərbaycan dəhliz məsələsini silahla həll edərsə, önümüzdə İran olsa, qarşısında Türkiyə olacaq. Sonda, İran məğlub olacaq”.


Oxunub: 133

Son xəbərlər

“1 manatlıq” taksilər yığışdırılır? — BNA rəsmisi danışdı

DSX-nin Akademiyasının binası YANIR

Xaricdən qanunsuz pul köçürmələri edənlər cəzalandırılacaq

Arzu Rəhimov onları rəis TƏYİN ETDİ

“Qarabağda azərbaycanlı qardaşlarımızla birlikdə olduq” - Ərdoğan

Şəhid Raquf Orucovun xanımına vəzifə verildi

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Zakir Sultanov Ali Məhkəməyə müraciət etdi

Azərbaycanda polkovnik ürəktutmasından vəfat etdi

Nazirin oğluna vəzifə verildi

Zelenski Donbasa getdi

Vilayət Eyvazovdan yeni rəis TƏYİNATI

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

"Tası dəyişsə də hamam köhnə hamamdı" - Şəmkirin su dərdi bitmir ki, bitmir... //VİDEO

Prezident Maqomed Səidoviç Qurbanova “Şöhrət” ordenini təqdim etdi

Ordumuzun əsgəri özünü güllələyərək ÖLDÜRDÜ

Aktrisa xərçəngdən öldü

Sabah yolları buz bağlayacaq

Putin Qırğızıstana səfər edəcək

Texnoloji nəhəng “Lenovo” Bakıda regional mərkəz yaradır - FOTOLAR

İlham Əliyev Dağıstanın rəhbərini qəbul etdi

"Tərtər işi" üzrə azadlığa buraxılan 19 nəfərin SİYAHISI

İlon Mask və Cef Bezos Bakıya gələ bilər

Dövlət bu borcları silə bilər - VİDEO

Milli Məclisin iclası başladı

Ermənistanda daha bir deputat mandatından istefa verdi

"Tərtər işi" ilə bağlı 10 nəfərə bəraət verildi

Pensiyalar bu tarixdə ödəniləcək

BMT Təhlükəsizlik Şurası yenidən toplanır

Bütün xəbərlər