gundem / sosial
26.07.2022, 09:46
2.8 milyon manatlıq tenderin - QALİBİ AÇIQLANDI
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) təmir işləri ilə əlaqədar elan etdiyi tenderin qalibini açıqlayıb.
"DoğruXəbər.az" FED.az-a istinadla xəbər verir ki, 2 882 282 manatlıq tenderin qalibi "KLF Qroup" MMC-dir.
Xatırladaq ki, “KLF Qroup" MMC bundan əvvəl Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 50 №-li yaşayış binasının tikintisi üzrə 3 093 437 manatlıq tenderini qazanıb (04/03/2020).