gundem / siyaset / sosial / Cəmiyyət
31.07.2022, 19:40
Balababa Rzayevin qardaşı vergidən niyə yayınır? - Külli miqdarda borcu üzə çıxdı (FOTOFAKT)
Göknur Baki Ltd" MMC-nin dövlətə külli miqarda vergi borcu üzə çıxıb.
"DogruXeber.az"ın 32gun.az-a istinadən əldə etdiyi məlumata görə, şirkətin bu günə olan vergi borcu 300 min manatdan çoxdur (303411.55 AZN)
Bildirək ki, "Göknur Baki Ltd" MMC – Şirkətin qanuni təmsilçisi Rahib Rzayev Hüseynağa oğludur. Rahib Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Rzayevin qardaşıdır. MMC-nin nizamnamə kapitalı 6 mln 349 min dollardır.
Qeyd edək ki, məbuatda gedən məlumata görə, şirkətin əsas sahibi Balababa Rzayevin özüdür. 2003-cü ildə yaradılmış “Gök-Nur Bakı LTD”-nin keçmiş Vergilər Nazirliyi reyestrindən çıxarılmış sənədlərində də Baba Rzayev təsisçi olaraq göstərildiyi iddia edilirdi.