Daha bir Qarabağ əlili ÖLÜM AYAGINDA: “Əlacım bircə..."

"DogruXeber.az" xəbər verir ki, Qaynarxett.az-a müraciət edən Kürdəmir rayonu, Karrar kənd sakini, II qrup Qarabağ əlili Vahidov Taleh Vahib oğlu 14 ildir ki, ona məxsus olan torpaq sahəsinin dələduzluqla əlindən alınmasından şikayət edir. O, deyir ki, 2008-ci ildə ağır xəstələndiyi üçün ona verilmiş 80 hektar torpaq sahəsindən istifadə edə bilmir. Hələ 14 il əvvəl kənd bələdiyyə sədri mərhum Xəqani Qəniyev onu yanına çağıraraq xahiş edir ki, istifadəsində olan həmin sahəni onun tanıdığı bir şəxsə müvəqqəti, heç olmasa 1 illik icarəyə versin. Agır xəstə olan Taleh Vahidov bələdiyyə sədri ilə razılaşır və şifahi olaraq bu işə razılıq verir. Heç 1 il keçməmiş bələdiyyə sədri Xəqani Qəniyev vəfat edir.

Müharibə əlili Taleh Vahidov sağaldıqdan sonra yeni seçilmiş bələdiyyə sədri Cabbar Səlimova müraciət edərək ona məxsus olan torpaq sahəsində işləmək istədiyini bildirir. O, isə mənim heç bir etirazım yoxdur, torpaq sənindir, qoy müqavilənin vaxtı bitsin bu işə baxarıq, deyir.

Sonradan Sahib Cəfərov yeni bələdiyyə sədri seçilir. Qarabağ əlili Taleh Vahidov yeni seçilmiş sədr Sahib müəllimin də yanında olur. Əvvəlcədən qeyd edək ki, Sahib müəllimin Talehlə qohumluq əlaqəsi var. Dərdimi ona danışır. Yeni bələdiyyə sədri deyir ki, vəziyyətindən haliyəm. Ancaq indi sənə məxsus olan həmin sahədə taxıl əkilib. Qoy biçin qurtarsın, sənə köməklik göstərəcəyəm. Qarabağ əlili taxıl biçini qurtarandan sonra yenidən Sahib müəllimə müraciət edir. Onun cavabı isə lap qəribə olur. Sahib Cəfərov ona bildirir ki, sənin 80 hektar torpağının yerinə istəsən 180 hektar torpaq sahəsini başqa yerdən verərəm. Sədr elə yeri göstərir ki, oraya kənddən 1 günə qət etmək olar. II qrup Qarabağ əlili Vahidov Taleh Vahib oğlu bildirir ki, bələdiyyə sədri Sahib Cəfərov Karrar kəndinin 2 min hektar torpaq sahəsini kənar şəxslərə satıb. İndi də onun isifafəsində olan 80 hektar torpağıma göz dikib.

Qarabağ əlili bildirir ki, bu barədə şikayət etmədiyi dövlət qurumları qalmayıb. Dəfələrlə Prezident İlham Əliyevə, Mehriban xanıma müraciətlər edib, cavab gəlsə də, lakin heç bir tədbir görülməyib. Kürdəmir Rayon İcra Hakimiyyətinə ayaq döyməkdən, aldanmaqdan, aşağılamaqdan bezib.

Sonda Kürdəmir rayon, Karrar kənd sakini, II qrup Qarabağ əlili Vahidov Taleh Vahib oğlu intihar edəcəyini vurgulayaraq deyir:

“Mən heç kimin gözünə soxmaq istəmirəm ki, Qarabağ müharibəsində əlil olmuşam, bu mənim vətən borcumdur! Ancaq az-çox olsa da cəmiyyətdə haqq-ədalət tərəzisi olmalıdır. Necə olur ki, mənə məxsus torpaq sahəsinə kənddə vəzifəlilərdən başqa heç kimin tanımadığı, heç bizim rayon qeydiyyatında belə olmayan Bakı şəhər sakini qeyri-qanuni sahib olur?. Bildirirəm ki, artıq mən boğaza yığılmışam. Əlacım bircə intihara qalıb. Buradan məmurlara səslənərək, sadəcə bildirmək istəyirəm ki, sizdən qisas almaq üçün bu yolu secirəm. Gec-tez haqq-ədalət öz yerini tutacaq, sizin üçün də dar ağacı qurulacaq. Ya bu dünyada, ya da axirətdə...

Qaynarxett.az olaraq mövzunu diqqət mərkəzində saxlayacağıq.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.//Qaynarxett.az


Oxunub: 183

Son xəbərlər

Şəhid ailələri etiraz aksiyası keçirib - VİDEO

Nazirlik şagirdlərin elektron yerdəyişməsi ilə bağlı məlumat yaydı

Üç güləşçimiz İslamiadada finala yüksəldi

Ermənilər Şuşa üzərində uçuşlar keçirməyə cəhd göstərib

Bloger İşxan Verdyan məhkəməsində iştirak etmək üçün İstanbuldan Yerevana qayıtmağa hazırdır

Kürdəmirdə vətəndaşlara qarşı dələduzluq edən rayon sakini saxlanılıb

Bu müəssisələr keyfiyyətsiz qənd istehsal edir - SİYAHI

"Azərsu" ASC-nin idarə rəisi işdən azad edildi - Köçərili Həsənov kimin əmisi oğlunu yenidən vəzifəyə gətirir?

Sabah temperatur 41 dərəcəyədək yüksələcək

Şirvanda oğurluq və narkotik

Kürdəmir rayon sakininin yaşadığı ünvandan yarım kiloqrama yaxın narkotik və çətənə bitkiləri götürülüb

Əmrləri pozanlara qarşı qətiyyətli tədbirlər davam etdiriləcək - Nazirdən XƏBƏRDARLIQ

Nazir sülhməramlıların yerləşdirildiyi ərazilərlə bağlı GÖSTƏRİŞ VERDİ

Teyyub adlı iş adamı “Aysberq” hoteli bağlanmaqdan necə xilas edə bilib - ARAŞDIRMA

Bəzi xarici jurnalistlərin akkreditasiyasından imtina olunacaq - SİYAHI

“Milyonerlər məhəlləsi”ndə ÖLÜM HADİSƏSİ

Pozduran Dadaş, “Demirören Holding”, “Scientific Games” və milyonlar…

Kim Çen In maska rejimini ləğv etdi

İlham Əliyev Ermənistana xəbərdarlıq edib

Azərbaycan nefti ucuzlaşdı

700 bal toplayan qız Azərbaycan universitetlərindən imtina ETDİ

12 avqust-Beynəlxalq Gənclər Günü münasibəti ilə Zərdabda günərzi yay düşərgəsi təşkil olundu

1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!

"Dağın təpəsinə hansı yoldan çıxarsansa çıx, mənzərə eynidir"- Göyçay RMX-də vəziyyət hər gələn gün ötən günə nisbətən daha da çətinləşir.

Prezidentdən Azərpaşa Nemətovla bağlı SƏRƏNCAM

Prezidentdən 3,2 milyon manatlıq SƏRƏNCAM

Rəisi və Putin istəməsə də:Türkiyə artıq Qafqazdadır - GƏLİŞMƏ

Səfər Mehdiyevin GÖMRÜKDƏKİ LƏPİRİ... - "RAMAL-TRANS" HOQQASI DAVAM EDİR...

"İpoteka kreditinin şərtləri yumşaldılıb" - Mərkəzi Bank

Avstraliya Liberal Partiyasından Azərbaycana qarşı TƏXRİBAT

Bütün xəbərlər