BÖHRAN: Azərbaycanda un qıtlığı yaranıb - ÇÖRƏK SEXLƏRİ UNU LİMİTLƏ ALIR

"DogruXeber.az" xəbər verir ki, un istehsalı ilə məşğul olan dəyirmanlarda qıtlıq olması barədə yeni xəbərlər yayılıb.

Un satışı ilə məşğul olan bəzi mağazalar satışı limitə keçirib.

Çörək istehsalı ilə məşğul olan müəssisələr də unu limitlə aldıqlarını təsdiqləyib.

Həmin müəssisələrdən bildirilir ki, gündəlik 20 kisə aldıqları mağazalar indi bu rəqəmi 3 dəfə azaldıb.

Ancaq Gununsesi.info-nun sorğusuna cavab olaraq, un istehsalı ilə məşğul olan dəyirmanlar ölkədə qıtlığın olması barədə iddialarla razılaşmayıb.

Bununla belə iddialara görə, yaranmış duruma səbəb kimi Azərbaycan Ukraynadan buğda idxal etməsində yaranmış çətinliklər göstərilir. Dia.az xəbər verir ki, kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmli Gununsesi.info-ya açıqlamasında Azərbaycanda buğda probleminin olub-olmaması barədə danışıb.

Vahid Mərrəmli deyib ki, Azərbaycan Ukraynadan buğda idxal etmirdi:

“Azərbaycan əsasən Rusiyadan idxal edir və bu il bir hissəsini də Qazaxıstandan idxal edir. Azərbaycan üçün buğda idxalı üçün elə bir ciddi porblem hələ ki yaranmayıb. Əgər Rusiyada problem yaranarsa , bir hissəsini Qazaxıstandan idxal edə bilərik. Ancaq ümumilikdə Azərbaycan idxal etdiyi buğdanın həcmi çox yüksəkdir. Yəni təxminən 1,5-1,6 milyon tona çatır. Yəni burada risk kifayət qədər yüksəkdir. Əgər gələcəkdə bizi bu gün buğda ilə müəyyən qədər ixrac edən Rusiyada problemlər yaranarsa , Azərbaycan üçün çox ciddi problemlər yarana bilər. Onu da deyim ki, Rusiyanı gələcəkdə buğda istehsalı ilə bağlı ciddi problemi yaranacaq. Bu nə ilə bağlıdır? Rusiya əsasən toxumluq buğdanı xaricdən idxal edir. Əgər Rusiyaya həmin toxum materiallarını ixracına müəyyən məhdudiyyətlər qoyulsa , qadağa tətbiq edilsə Rusiyada məhsuldarlıq kəskin şəkildə aşağı düşəcək. Rusiya yalnız özünü təmin edə biləcək həcmdə buğda istehsal edə biləcək . Onu da deyim ki, Qazaxıstanın da imkanları məhduddur. Son zamanlar da onlar da istehsalı azldıb. Bu Azərbaycan üçün ciddi problem yarada bilər. Ona görə də Azərbaycan hazır olmalıdır ki, daxili istehsal hesabına heç olmasa özünün ərzaq buğdasına olan tələbatını 80 faiz ödəsin”. //Gununsesi.info//


Oxunub: 123

Son xəbərlər

Şəhid ailələri etiraz aksiyası keçirib - VİDEO

Nazirlik şagirdlərin elektron yerdəyişməsi ilə bağlı məlumat yaydı

Üç güləşçimiz İslamiadada finala yüksəldi

Ermənilər Şuşa üzərində uçuşlar keçirməyə cəhd göstərib

Bloger İşxan Verdyan məhkəməsində iştirak etmək üçün İstanbuldan Yerevana qayıtmağa hazırdır

Kürdəmirdə vətəndaşlara qarşı dələduzluq edən rayon sakini saxlanılıb

Bu müəssisələr keyfiyyətsiz qənd istehsal edir - SİYAHI

"Azərsu" ASC-nin idarə rəisi işdən azad edildi - Köçərili Həsənov kimin əmisi oğlunu yenidən vəzifəyə gətirir?

Sabah temperatur 41 dərəcəyədək yüksələcək

Şirvanda oğurluq və narkotik

Kürdəmir rayon sakininin yaşadığı ünvandan yarım kiloqrama yaxın narkotik və çətənə bitkiləri götürülüb

Əmrləri pozanlara qarşı qətiyyətli tədbirlər davam etdiriləcək - Nazirdən XƏBƏRDARLIQ

Nazir sülhməramlıların yerləşdirildiyi ərazilərlə bağlı GÖSTƏRİŞ VERDİ

Teyyub adlı iş adamı “Aysberq” hoteli bağlanmaqdan necə xilas edə bilib - ARAŞDIRMA

Bəzi xarici jurnalistlərin akkreditasiyasından imtina olunacaq - SİYAHI

“Milyonerlər məhəlləsi”ndə ÖLÜM HADİSƏSİ

Pozduran Dadaş, “Demirören Holding”, “Scientific Games” və milyonlar…

Kim Çen In maska rejimini ləğv etdi

İlham Əliyev Ermənistana xəbərdarlıq edib

Azərbaycan nefti ucuzlaşdı

700 bal toplayan qız Azərbaycan universitetlərindən imtina ETDİ

12 avqust-Beynəlxalq Gənclər Günü münasibəti ilə Zərdabda günərzi yay düşərgəsi təşkil olundu

1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!

"Dağın təpəsinə hansı yoldan çıxarsansa çıx, mənzərə eynidir"- Göyçay RMX-də vəziyyət hər gələn gün ötən günə nisbətən daha da çətinləşir.

Prezidentdən Azərpaşa Nemətovla bağlı SƏRƏNCAM

Prezidentdən 3,2 milyon manatlıq SƏRƏNCAM

Rəisi və Putin istəməsə də:Türkiyə artıq Qafqazdadır - GƏLİŞMƏ

Səfər Mehdiyevin GÖMRÜKDƏKİ LƏPİRİ... - "RAMAL-TRANS" HOQQASI DAVAM EDİR...

"İpoteka kreditinin şərtləri yumşaldılıb" - Mərkəzi Bank

Avstraliya Liberal Partiyasından Azərbaycana qarşı TƏXRİBAT

Bütün xəbərlər