«City Garden Nərimanov»da BAHALAŞMA - il ərzində 2 dəfə qiymət artımı olub

"DogruXeber.az"ın bildirdiyinə görə, «Kristal Abşeron» tikinti şirkətinin Nərimanov rayonunda metro stansiyasının yaxınlığında yerləşən yeni yaşayış kompleksində qiymətlər növbəti dəfə artırılıb.

FED.az-a verilən məlumata görə, «City Garden Nərimanov» layihəsində hər kvadratmetr üçün qiymətlər son bir həftədə sadə mənzillər üçün 30 manat qalxıb. Belə ki, layihədə buna qədər il ərzində 2 dəfə qiymət artımı olub. May ayının əvvəlinə kimi 1-5-ci mərtəbələrdə yerləşən təmirli mənzillərin kvadratının ən aşaqı qiyməti 2100 manatdan başlayırdırsa, ayın ortalarında bu qiymət 2110 manata qalxdı. Hazırda isə qeyd olunan mərtəbələr üzrə mənzillərin hər kvadratmetri üçün qiymət 30 manat qalxaraq 2140 manat olub. Bu hesabla məsələn, 140 kvadratmetrlik mənzilin qiyməti may ayında 294 min manat idisə, hazırda bu qiymət 299 600 manata yüksəlib.

6-10-cu mərtəbələr üçün qiymətlər daha sürətlə artır. Belə ki, indiyə qədər 6-10-cu mərtəbələrdə yerləşən mənzillərin kvadratmetrinin qiyməti 1-5-ci mərtəbələrdən 50 manat fərqlənirdisə, indi qiymət fərqi 50-70 manata yüksəlib.

Terraslı mənzillərin qiymətində isə mayın əvvəllərində 30 manat artım olmuşdu. Yəni, 3-cü mərtəbədə yerləşən terraslı mənzilin qiyməti 2 650 manat idisə, mayın ortalarında bu qiymət 2 680 manat idi. O vaxtdan ötən dövrdə terraslı mənzillərin qiymətində artım olmayıb.

Terrasların sahəsi 40 kvadratmetrdən başlayaraq 150 və daha artıq ola bilər. Amma terrasın ölçüsü mənzilin qiymətinə təsir etmir.

İpoteka kreditlərinin faiz dərəcəsində də dəyişiklik yoxdur. Qey dedək ki, bu kreditlər Beynəlxalq Bank tərəfindən təqdim edilir və illik faiz dərəcəsi 6-10% arasında dəyişir. Minimum ilkin ödəniş kimi yenə də ümumi məbləğin 30 %-i tələb olunur. İpoteka kreditinin faizi onun müddətindən asılı olaraq 1 ildən 20 ilə kimi dəyişir. Belə ki, kreditin müddəti 3 ilədək olanda faiz kredit 6 faizlə, kredit 5 ilə kimi olduqda 7 faizlə, 10 ilə kimi olduqda 8 faizlə, 10 ildən yuxarı olduqda isə 10 faizlə hesablanır. İpoteka kreditinin müddəti 1-20 il arası dəyişir.


Oxunub: 127

Son xəbərlər

Şəhid ailələri etiraz aksiyası keçirib - VİDEO

Nazirlik şagirdlərin elektron yerdəyişməsi ilə bağlı məlumat yaydı

Üç güləşçimiz İslamiadada finala yüksəldi

Ermənilər Şuşa üzərində uçuşlar keçirməyə cəhd göstərib

Bloger İşxan Verdyan məhkəməsində iştirak etmək üçün İstanbuldan Yerevana qayıtmağa hazırdır

Kürdəmirdə vətəndaşlara qarşı dələduzluq edən rayon sakini saxlanılıb

Bu müəssisələr keyfiyyətsiz qənd istehsal edir - SİYAHI

"Azərsu" ASC-nin idarə rəisi işdən azad edildi - Köçərili Həsənov kimin əmisi oğlunu yenidən vəzifəyə gətirir?

Sabah temperatur 41 dərəcəyədək yüksələcək

Şirvanda oğurluq və narkotik

Kürdəmir rayon sakininin yaşadığı ünvandan yarım kiloqrama yaxın narkotik və çətənə bitkiləri götürülüb

Əmrləri pozanlara qarşı qətiyyətli tədbirlər davam etdiriləcək - Nazirdən XƏBƏRDARLIQ

Nazir sülhməramlıların yerləşdirildiyi ərazilərlə bağlı GÖSTƏRİŞ VERDİ

Teyyub adlı iş adamı “Aysberq” hoteli bağlanmaqdan necə xilas edə bilib - ARAŞDIRMA

Bəzi xarici jurnalistlərin akkreditasiyasından imtina olunacaq - SİYAHI

“Milyonerlər məhəlləsi”ndə ÖLÜM HADİSƏSİ

Pozduran Dadaş, “Demirören Holding”, “Scientific Games” və milyonlar…

Kim Çen In maska rejimini ləğv etdi

İlham Əliyev Ermənistana xəbərdarlıq edib

Azərbaycan nefti ucuzlaşdı

700 bal toplayan qız Azərbaycan universitetlərindən imtina ETDİ

12 avqust-Beynəlxalq Gənclər Günü münasibəti ilə Zərdabda günərzi yay düşərgəsi təşkil olundu

1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!

"Dağın təpəsinə hansı yoldan çıxarsansa çıx, mənzərə eynidir"- Göyçay RMX-də vəziyyət hər gələn gün ötən günə nisbətən daha da çətinləşir.

Prezidentdən Azərpaşa Nemətovla bağlı SƏRƏNCAM

Prezidentdən 3,2 milyon manatlıq SƏRƏNCAM

Rəisi və Putin istəməsə də:Türkiyə artıq Qafqazdadır - GƏLİŞMƏ

Səfər Mehdiyevin GÖMRÜKDƏKİ LƏPİRİ... - "RAMAL-TRANS" HOQQASI DAVAM EDİR...

"İpoteka kreditinin şərtləri yumşaldılıb" - Mərkəzi Bank

Avstraliya Liberal Partiyasından Azərbaycana qarşı TƏXRİBAT

Bütün xəbərlər