Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin müdiri atası yaşında kişiləri təhqir edir... - Çünki təhsil adamı deyil, mühasibdir!

DogruXeber.az: - Təhsil eksperti Kamran Əsədov öz feysbuk səhifəsində paylaşımı ilə diqqət çəkib.

O qeyd edib ki, təhsil sisteminə bu və ya digər şəkildə bağlı olmayan, təhsilləri və iş yerləri təhsil sahəsi ilə əlaqəsi olmayan politoloq və hərbçi hansı mənəvi haqla minlərlə şagirdin təhsil aldığı məktəblərə direktor seçilə bilər?

Mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Etibar Əliyev, bildirib ki, regional idarələrə pedaqoqlar təyin olunmalıdır:

“Regional təhsil idarələrinin rəhbərliyinə heç olmasa uzun müddət təhsil sistemində işləyən, məktəbi bilən adam təyin olunmalıdır. Mənim də bu barədə bir neçə yazım dərc olunub. Gəncə-Daşkəsən regional təhsil idarəsinin müdiri və bir neçə regionlara təyin olunan müdirlər barədə yazmışdım. Bir millət vəkili kimi bu məsələdən çox narahatam. Məsələn, Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin müdiri atası yaşında kişiləri təhqir edir. Çünki təhsil adamı deyil, mühasibdir. Təhsil həm də mədəniyyəti özündə ehtiva edir”.

Etibar Əliyev onu da əlavə etdi ki, bu kimi şikayətlər gəlir, amma təəssüflər olsun ki, diqqətə alınmır:

“Kamran Əsədovun dediklərində həqiqət var. Bunu da qeyd edim ki, məktəbi, ünsiyyəti bilməyən, məktəbi idarə etmədə naşı olan şəxslərin təyinatından mən də narahatam. Bu hallar var. Bu hansı şəraitdə baş verib bunu deyə bilmərəm, amma bütün hallarda bu çox böyük səv addımdır. Əslində məktəbi bilən, idarə etmədə çalışan şəxsin davranışı başqa, buxalterin, aqronomun davranışı isə başqadır. Onlar yalnız və yalnız pul düşünür. Məktəbi bilən şəxslər isə məzmun, davamiyyət, keyfiyyət barədə fikirləşir”. //Redaktor.az//


Oxunub: 122

Son xəbərlər

Şəhid ailələri etiraz aksiyası keçirib - VİDEO

Nazirlik şagirdlərin elektron yerdəyişməsi ilə bağlı məlumat yaydı

Üç güləşçimiz İslamiadada finala yüksəldi

Ermənilər Şuşa üzərində uçuşlar keçirməyə cəhd göstərib

Bloger İşxan Verdyan məhkəməsində iştirak etmək üçün İstanbuldan Yerevana qayıtmağa hazırdır

Kürdəmirdə vətəndaşlara qarşı dələduzluq edən rayon sakini saxlanılıb

Bu müəssisələr keyfiyyətsiz qənd istehsal edir - SİYAHI

"Azərsu" ASC-nin idarə rəisi işdən azad edildi - Köçərili Həsənov kimin əmisi oğlunu yenidən vəzifəyə gətirir?

Sabah temperatur 41 dərəcəyədək yüksələcək

Şirvanda oğurluq və narkotik

Kürdəmir rayon sakininin yaşadığı ünvandan yarım kiloqrama yaxın narkotik və çətənə bitkiləri götürülüb

Əmrləri pozanlara qarşı qətiyyətli tədbirlər davam etdiriləcək - Nazirdən XƏBƏRDARLIQ

Nazir sülhməramlıların yerləşdirildiyi ərazilərlə bağlı GÖSTƏRİŞ VERDİ

Teyyub adlı iş adamı “Aysberq” hoteli bağlanmaqdan necə xilas edə bilib - ARAŞDIRMA

Bəzi xarici jurnalistlərin akkreditasiyasından imtina olunacaq - SİYAHI

“Milyonerlər məhəlləsi”ndə ÖLÜM HADİSƏSİ

Pozduran Dadaş, “Demirören Holding”, “Scientific Games” və milyonlar…

Kim Çen In maska rejimini ləğv etdi

İlham Əliyev Ermənistana xəbərdarlıq edib

Azərbaycan nefti ucuzlaşdı

700 bal toplayan qız Azərbaycan universitetlərindən imtina ETDİ

12 avqust-Beynəlxalq Gənclər Günü münasibəti ilə Zərdabda günərzi yay düşərgəsi təşkil olundu

1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!

"Dağın təpəsinə hansı yoldan çıxarsansa çıx, mənzərə eynidir"- Göyçay RMX-də vəziyyət hər gələn gün ötən günə nisbətən daha da çətinləşir.

Prezidentdən Azərpaşa Nemətovla bağlı SƏRƏNCAM

Prezidentdən 3,2 milyon manatlıq SƏRƏNCAM

Rəisi və Putin istəməsə də:Türkiyə artıq Qafqazdadır - GƏLİŞMƏ

Səfər Mehdiyevin GÖMRÜKDƏKİ LƏPİRİ... - "RAMAL-TRANS" HOQQASI DAVAM EDİR...

"İpoteka kreditinin şərtləri yumşaldılıb" - Mərkəzi Bank

Avstraliya Liberal Partiyasından Azərbaycana qarşı TƏXRİBAT

Bütün xəbərlər