CƏNAB NAZİR, “Taxıl mafiyası” fermerlərə zülm edir... - “Qarşıdan aclıq gəlir”

Son vaxtlar dünya taxıl böhranının Ukraynadan taxıl ixracı ilə həll olunacağı gözlənilir.

Azərbaycan da taxıl idxalçısı olduğu üçün bu böhranın qarşısının alınması istiqamətində tədbirlər həyata keçirməlidir. Mövcud problemin həlli ilə bağlı artıq son dövrlədə taxıl əkininin artırılması prioritetdir.

Lakin bu məhsulun istehsalına yerlərdə necə əməl olunacağı da vacib amildir. Qarşıdakı müddətdə Azərbaycan ərzaq buğdası ilə bağlı problemin öhdəsindən gələ biləcəkmi? İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya bildirdi ki, Azəbaycanda taxılla bağlı vəziyyət gərgindir:

“Ökə daxilində taxıl yığımı başa çatdı. Məhsuldarlıq çox aşağıdır və bu il 30 faizdən də aşağı düşəcək. İşğaldan azad olunmuş ərazilərdə 100 min hektar taxıl sahəsi sıradan çıxıb. Demək olar ki, həmin ərazilərdə əkilən taxıl məhsul verməyib. Çox cüzi miqdarda məhsul olub ki, bu da ərzaqlıq buğdaya uyğun gəlmir.

İşğal altında olan ərazilərdə ermənilərin bol məhsul götürməsi bəlkə də onunla bağlıdır ki, torpağın qayğısına qalmayıblar. Bir ərazidə əkiblər, məhsul yetişmədisə başqa ərazidə əkiblər. Torpaq gücdən düşəndən sonra başqa ərazidə əkin aparıblar. Həmin ərazilərdə əkin işlərinin aparılması üçün torpağın strukturunu da yaxşılaşdırmaq, torpağa qulluq etmək lazımdır. Ermənilər bizim torpaqları necə “göydəndüşmə” ərazilər kimi əkirdilərsə, bizim əkinçilər də o cür yanaşıblar.

Fikirləşirlər ki, xam torpaqlardır, halbuki yoxlamalıdırlar tərkibində nə var, bu torpaq hansı gücə malikdir, burada nə əkmək olar. Hamı taxıl əkir ki, yüsək məhsuldarlıq götürsün.

Bundan başqa həmin ərazilərdə bu il su qıtlığı olub. Azərbaycan sahibkarları işğaldan azad edilmiş torpaqlara laqeyd münasibət bəsləyib. Fikrimcə, belə olmamalıdır, öhdəlikləri olmalıdır. Əgər hökumət torpağı icarəyə verirsə, onlar qarşısında torpağın strukturunun yaxşılaşdırılması, ən azı vəziyyətin müəyyənləşdirilməsi ilə bağlı qarşılarına öhdəlik qoymalıdır. Çünki o sahibkaralara torpağı qəpik-quruşa verirlər. Məndə olan məlumata görə, elə ərazilər var ki, torpağın hektarını illik icarəyə 5 manat 40 qəpiyə veriblər. Azərbaycanda qarşıdan aclıq gəlir. Həmin o aclığı, məsuliyyəti nə hökumət, nə də sahibkar olaraq dərk etmirik”.

Ekspert deyir ki, Ukraynadan buğda idxal etmək imkanımız olmayacağını unutmamalıyıq:

“Qazaxıstan onsuzda ixracı məhduudlaşdırıb və ona görə də çətin ki, böyük pay götürə bilək.

Bizim ən böyük partnyorumuz Rusiyadır ki, ixracı 50 faiz məhdudlaşdırmaq fikrindədir. Yəni əvvəllər 20 milyon ton buğda ixrac edirdisə, indi 10 milyon ton ixrac edəcək.

Yəqin ki, o məhdudiyyəti bütün portnyorlarına qarşı, o cümlədən Azərbaycana da tətbiq edəcək.

Ona görə də Azərbaycanın yeganə çıxış yolu yerli istehsalın artırılmasıdır. Bu istiqamətdə də ciddi addımların atılmasını görmürəm. İndi hökumət elan edib ki, taxılın tonu 580 manata, yəni kiloqramını 58 qəpiyə alacaq. Bu gün bazarda buğdanın qiyməti 55-60 qəpikdir. Hökumət 58 qəpiyə aldığı taxıla standartlar, ən azı buğdanın II-III sinif olmasını tələb edəcək. Çünki buğda III sinifdən sonrakı siniflərə aiddirsə, o artıq ərzaq buğdası sayılmır, yem buğdası sayılır.

Sahibkara heç bir standart tələbi olmadan 55-60 qəpiyə bazarda satmaq sərfəlidir, yoxsa 58 qəpiklə standart tələbi ilə hökumətə satmaq səmərəli olar? Yəni hökumətin bu təklifi cəlbedici deyil. Hökumət əslində bazar qiymətlərindən ən azı 30-40 faiz yüksək qiymət təklif etməli idi ki, sahibkarlar ona satmaqda maraqlı olsunlar. Subsidiyalaşmanın da həcmində də ciddi artım yoxdur. Bu yaxınlarda məhsula görə 100 manat məbləğində subsidiyanın deyildi ki, bu yaxşıdır.

Ancaq hökumət həmişə addım atanda 5 addım atmaq əvəzinə 1-ni atır. Bir tərəfdən buğdanın alış qiyməti yüksək olmalıdır. Digər tərəfdən sahibkara dəstək göstərilməlidir. Həm maarifləndirmə, həm toxum təminatı olmalıdır.

Daxili bazarı buğda ilə təmin etmək istəyiriksə, hərtərəfli şəkildə vacib olanları etməliyik. Elə bil ki, onlar qarşıdan gələn böhranı. Aclığı hiss etmirlər, nəyəsə arxayındırlar. Mən bugünlərdə rayonlarda olarkən gördüm ki, su qıtlığı ilə bağlı taxılın yerində qarğıdalı əkmək istəyirlər.

Fermerlərə icazə vermirlər ki, qarğıdalı əksin. Qarğıdalı müəyyən mənada ərzaq buğdasını əvəz edə bilir. Ancaq belə məhdudiyyətlər var və fermerlərin əl-qolunu açmaq əvəzinə bağlayırlar ki, fəaliyyəti zəifləyir”.


Oxunub: 161

Son xəbərlər

Kim Çen In maska rejimini ləğv etdi

İlham Əliyev Ermənistana xəbərdarlıq edib

Azərbaycan nefti ucuzlaşdı

700 bal toplayan qız Azərbaycan universitetlərindən imtina ETDİ

12 avqust-Beynəlxalq Gənclər Günü münasibəti ilə Zərdabda günərzi yay düşərgəsi təşkil olundu

1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!

"Dağın təpəsinə hansı yoldan çıxarsansa çıx, mənzərə eynidir"- Göyçay RMX-də vəziyyət hər gələn gün ötən günə nisbətən daha da çətinləşir.

Prezidentdən Azərpaşa Nemətovla bağlı SƏRƏNCAM

Prezidentdən 3,2 milyon manatlıq SƏRƏNCAM

Rəisi və Putin istəməsə də:Türkiyə artıq Qafqazdadır - GƏLİŞMƏ

Səfər Mehdiyevin GÖMRÜKDƏKİ LƏPİRİ... - "RAMAL-TRANS" HOQQASI DAVAM EDİR...

"İpoteka kreditinin şərtləri yumşaldılıb" - Mərkəzi Bank

Avstraliya Liberal Partiyasından Azərbaycana qarşı TƏXRİBAT

Çörəyin qiyməti bahalaşa bilərmi? - AÇIQLAMA

Azərbaycanda benzin və dizel istehsalı AZALIB

Respublika Dəri-Zöhrəvi Mərkəzi XƏSTƏLİK YAYIR - İLGİNC FAKTLAR

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Azərbaycanda qaz tarifləri dəyişdirilir? - RƏSMİ AÇIQLAMA

Şənbə gününə olan hava proqnozu

Azərbaycanda dollar bahalaşa bilərmi? - AÇIQLAMA

Cinayət törədən qadınların sayı artıb

Azərbaycan-İran sərhədində atışma: Yaralanan var

Məktəbli Formalarının Satışa Çıxarılacağı Vaxt Açıqlanıb

Qafqazda ruslara ən çox bu millət NİFRƏT EDİR...

Prezident və xanımı Qobustana getdi

"Türkiyə bilməlidir ki, odla oynayır" - İranlı diplomat

İnternet niyə bahalaşdı? - Nazir müşavirindən AÇIQLAMA

Kür çayının sahilində narkotik yetişdirən Neftçala rayon sakini saxlanılıb

BMT-dən ciddi xəbərdarlıq

Mənzil bazarında bahalaşma olacaq - ARAŞDIRMA

Bütün xəbərlər