gundem / iqtisadiyyat / sosial
6.08.2022, 10:30
«Electro Service» QSC hansı tenderləri udur? - SİYAHI
Azərbaycanda dövlət tenderlərindən böyük hissəsini əldə edən daha bir şirkət - “tender çempionu” aşkar edilib.
"DogruXeber.az" FED.az-a istinadla xəbər verir ki, bu – "Electro Service" QSC-dir (VÖEN: 1504224741).
Sözügedən şirkət iştirak etdiyi dövlət tenderlərindən 8 milyon 894 min 317 manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 12 tenderlə əldə edib – bir tenderin orta qiyməti 741 min manatdır.
"Electro Service" QSC-nin əsas “müştərisi” "Azərenerji" ASC olub. Şirkət 6 tenderlə bu qurumdan 6 milyon 773 min manat sifariş əldə edib. Bu isə ümumi tenderlərin 76 faizi deməkdir.
Qeyd edək ki, şirkət əsasən, müxtəlif xüsusi geyimlərin satın alınması işləri üzrə xidmət göstərir.