Şəkidə bu səhiyə ocağı AĞLI BAŞDAN ALIR... - Sözün əsl mənasında...

Xeyli müddətdir ki, Şəki şəhəri, Muxtar Hacıyev-14 ünvanında fəaliyyət göstərən Şəki Rayonlararası Psixiatriya Xəstəxanasında qol qoyulan çoxsaylı qanunsuzluqlar, bənzəri olmayan biabırçılıqlar, olmazın həngamələr və s., həm geniş ictimaiyyətin müzakirə etdiyi, həm də əksər media qurumlarının gündəmini zəbt edən əsas mövzulardan birinə çevrilib.

"DogruXeber.az" Atvaktual.az-a istinadən bildirir ki, hər dəfə baş verən iyrəncliklərə bu səhiyyə müəssisəsinin rəhbəri “əlahəzrət” Natiq İsmayılov hansısa “don geydirməyə” çalışsa da, deyəsən artıq bu şəxsin söylədiyi yalanlar “ayaq tutub yerimir”. Onu da unutmaq olmaz ki, Şəki Rayonlararası Psixiatriya Xəstəxanasında baş həkim vəzifəsini daşıyan Natiq İsmayılov, çox zaman fırıldaq əməlləri ilə geniş ictimaiyyəti çaşdırmağı bacarıb. Baxmayaraq ki, bəzi nüfuzlu media qurumlarında yayımlanan məqalələrdə qeyd olunub ki, bu Xəstəxanada müalicə olunan bəzi xəstələrin əməyindən fiziki işlərin görülməsində istifadə olunur, heç bir əsas olmadan xəstələrin yaxınlarından pul alınır, hətta elə hallar da olur ki, xəstələr həkimlərin fiziki zərbələrinə “tuş gəlirlər”.

Natiq İsmayılovun bugünkü fırıldaq əməllərindən biri də, əslən Şəki şəhərindən olan və hal-hazırda “ARB” televiziya kanalının mühasibatlıq şöbəsində yarım ştat vahidi üzrə çalışdığı söylənilən Şamxal adlı şəxslə qurduğu işbirliyinin varlığıdır. O halda sual oluna bilər ki, görəsən hər iki şəxs nə yöndə iş-güc düzüb qoşublar ki, bu gün onların əməlləri daha çox müzakirə obyektinə çevrilib?. Bu yöndə apardığımız araşdırmalar zamanı bəlli oldu ki, daim yerlibazlıq amilini özünün qəlbində və unutmadığı düşüncəsində, eyni zamanda ürək nahiyəsinin sağ və sol cinahında gəzdirməyə qərar verən Natiq İsmayılov, əslən Şəki şəhərindən olan Şamxal adlı şəxsə əməlli-başlıca “yaşıl işıq” yandırıb. Belə ki, o, bu şəxsi həm Şəki Rayonlararası Psixiatriya Xəstəxanasına baş mühasib təyin edib, həm də ona mətbuatın və ictimaiyyətin suallarını cavablandırmaq səlahiyyəti verib. O halda sual oluna bilər ki, görəsən media hara, mühasibatlıq hara? Deməli, Natiq İsmayılovun mediadan və ictimaiyyət nümayəndələrindən “qaçaq düşməsi”nin, həmçinin başqa bir “kölgə”nin altında sığınıb gizlənməsinin müəyyən özəllikləri var. Məsələnin daha maraqlı və düşündürücü tərəfi isə ondan ibarətdir ki, xüsusi səlahiyyətlərə sahib olan Şamxal adlı şəxs, Şəki Rayonlararası Psixiatriya Xəstəxanasına üz tutan media nümayəndələrinə qarşı, sanki “Qoçu Əsgər” rolunda çıxış edir. Bu da o demək olur ki, nə Natiq İsmayılov, nə də ki, Şamxal heç bir qanun-qaydanı, lazımi tələbləri “priznavat” etmirlər. Hələ bunlar harasıdır? Artıq hər kəs tərəfindən Natiq İsmayılovun “görən gözü, vuran qolu” hesab olunan Şamxal adlı şəxs, məhz orda-burda “Mən Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının müfahizə xidmətinə də rəhbərlik edirəm” deməyi də unutmur. Yəni, bu şəxsin söylədiklərinə cavab olaraq o sualı da vermək olar ki, görəsən söhbət hansı mühafizə xidmətindən gedir? Deməli, Natiq İsmayılov Şamxala elə bir ixtiyar verib ki, o, həm özünü “Qoçu Əsgər” hesab edir, həm mühafizə xidmətinin (olmayan mühafizə xidmətinin) rəisi adlandırır, həm də ki, külli-ixtiyar sahibi də hesab edir. Hətta, onun “Bilirsinizmi, mən bir neçə müəssisədə mühasib işləyirəm” deməsi də onu sübut edir ki, bu şəxs daha çox Natiq İsmayılovla işbirliyində olur və hər cür maxinasiyaları yola verməyi də bacarır.

Düşünürük ki, Nazirlər Kabinetinin 01 yanvar 2020-ci il tarixli qərarı əsasında TƏBİB-in tabeliyinə keçən Şəki Rayonlararası Psixiatriya Xəstəxanasında baş verən hər cür hoqqalar, bu qurumun İdarə Heyətinin sədri vəzifəsini daşıyan cənab Vüqar Qurbanovun diqqətini cəlb edəcək. Yəqin ki, o halda Natiq İsmayılova “dur” da deyiləcək. Yoxsa, ...

Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik. Mövzuya yenidən qayıdacağıq.


Oxunub: 188

Son xəbərlər

Qanla yazılan tarix - VİDEO

Bu kənddən savadlı şagird istəməyin... - REPORTAJ

İrəvanın “fındıq” taktikası... - Ohanesyandan şok faktlar

Ruslan Əliyev Mübariz İbrahimovun ev muzeyini ziyarət edib - FOTOLAR

Vilayət Quliyev etimadnaməsini Bosniya və Herseqovina liderinə təqdim edib

Saatlı rayon Polis şöbəsində şəhidlərin xatirəsi anılıb - FOTO

Kim Çen Inın ictimaiyyətdən gizlədiyi qızı var? — VİDEO

Baha benzin kimlərin MARAĞINDADIR? - ARAŞDIRMA

Arıqlama məhsullarında təhlükəli maddə AŞKARLANDI - RƏSMİ

“AzerGold” QSC Vətən müharibəsinə həsr olunmuş silsilə tədbirlər keçirib

"İcra Hakimiyyəti deyir ki, əvəzində sənə ev vermişik..." - Vətəndaş CANA DOYUB

"Türkiyənin daxili işlər naziri istefa verib" - KİV

Firsənd Qurbanov BU İŞİN ALTINDAN NECƏ ÇIXDI? - İLGİNC İDDİALAR...

Polşa səfərbərlikdən qaçan rusları qəbul etməyəcək

"Düşmənin baş qaldırdığını görsək, hərəkətə keçəcəyik" - Prezident

Sabah hava belə olacaq

Vüqar Qurbanov bu xəstəxanaya baş həkim TƏYİN ETDİ

"Qazaxıstan Kremllə təcili danışıqlar aparacaq" - Tokayev

Naxçıvana qarşı ERMƏNİ HƏMLƏSİ... - ARAŞDIRMA

Daha bir sığorta agentinin - LİSENZİYASI LƏĞV EDİLİB

Məktəb direktoru 140 manat maaş alan xadiməyə BELƏ DAĞ ÇƏKDİ - Prezidentə müraciət olundu

Elm və Təhsil Nazirliyinin idarəsi cari təmirə 3,5 milyon manat xərcləyəcək - TENDER

"Paşinyan KTMT-nin baş katibi ilə görüşdən imtina edib" - KİV

Neft yenidən bahalaşdı

Bu mənzillərin satış qaydası müəyyənləşdi - Əli Əsədovdan QƏRAR

“Tarif Şurası, kasıbları öldürməyin başqa yollarını axtarın” - Nura Suri

"Putin bu şəxsi Krım Federal Dairəsinə rəhbər təyin edəcək" - FOTO

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Bu gün Azərbaycanda Anım Günüdür

Bu gün Yupiter 59 ildən sonra Yerə ən yaxın məsafədə olacaq

Bütün xəbərlər