“Kəmaləddin Heydərov Ramiz Mehdiyevin oğlunu yanında niyə saxlayıb?!”

DogruXeber.az: - “Əslində Azərbaycan Konstitusiyasına görə hər bir vətəndaşın işləmək hüququ var. Məsələ ondadır ki, bu işləmək hüququ Azərbaycanda ancaq varlıların uşaqlarına, nəvələrinə şamil olunub. Nisbətən orta təbəqə və kasıbların uşaqları xaricdə oxusalar belə, bu “şərəf”ə nail olmurlar. Nə üçün Ramiz Mehdiyevin oğlu general olmalıdır, amma heç bir iş görməməlidir? Nə üçün Mehdiyevin nəvəsi Fövqəladə Hallar Nazirliyində idarə rəisi olmalıdır? Niyə başqaları olmasın? Vallah, Kəmaləddin Heydərovu anlaya bilmirəm. Ramiz Mehdiyev Azərbaycan dövlətinin əleyhinə fəaliyyətlə məşğuldur. Bu məsələ artıq vitse-spiker səviyyəsində qaldırıldı”.

Bunu politoloq Cümşüd Nuriyev deyib.

C.Nuriyev qeyd edib ki, Kəmaləddin Heydərov Prezident İlham Əliyevə ən sadiq şəxslərdən biridir: “Anlamadığım odur ki, belə bir şəraitdə Ramiz Mehdiyevin bütün ailə üzvlərinin hamısı işləyir. Necə olur, bir ailədə neçə nəfər varsa, hamısı işləyir, amma bizim hamımızı 20-25 ildir gözlədirlər. Əvvəl deyirdilər ki, cavansınız, indi deyirlər qocasınız. Necə olur bəs Ramiz Mehdiyevi 80 yaşında AMEA-ya prezident qoydular? Oğlu gözünü açandan generaldır, kürəkəni deputat, qızı da kafedra müdiridir, həyat yoldaşı da...

Nədir bu? Bunlar seçilmiş adamlardırlar ki? Anlamıram, bir adam dövlətin əleyhinə işləyirsə, o dövlətin məmurları niyə dövlət əleyhinə olan adamın bütün kadrlarını dəstəkləyirlər? Əslində onlar heç əvəzolunmaz kadr da deyillər. Düzü, burada bir az “nonsens” yaranır. Çünki dəqiq bilirəm ki, Kəmaləddin Heydərov heç vaxt nə dövlətin, nə də Prezident İlham Əliyevin əleyhinə gedər. Amma niyə Ramiz Mehdiyevin oğlunu yanında saxlayıb, buna özü aydınlıq gətirsə, daha yaxşı olar. Dövlət ayrı-ayrı adamlara deyil, xalqa xidmət etməlidir. Amma bütün vəzifədə olanların uşaqları hər yeri tutub, oturublar. Qalanları çətin vəziyyətdədir...”.(Pravda.az)


Oxunub: 228

Son xəbərlər

Qanla yazılan tarix - VİDEO

Bu kənddən savadlı şagird istəməyin... - REPORTAJ

İrəvanın “fındıq” taktikası... - Ohanesyandan şok faktlar

Ruslan Əliyev Mübariz İbrahimovun ev muzeyini ziyarət edib - FOTOLAR

Vilayət Quliyev etimadnaməsini Bosniya və Herseqovina liderinə təqdim edib

Saatlı rayon Polis şöbəsində şəhidlərin xatirəsi anılıb - FOTO

Kim Çen Inın ictimaiyyətdən gizlədiyi qızı var? — VİDEO

Baha benzin kimlərin MARAĞINDADIR? - ARAŞDIRMA

Arıqlama məhsullarında təhlükəli maddə AŞKARLANDI - RƏSMİ

“AzerGold” QSC Vətən müharibəsinə həsr olunmuş silsilə tədbirlər keçirib

"İcra Hakimiyyəti deyir ki, əvəzində sənə ev vermişik..." - Vətəndaş CANA DOYUB

"Türkiyənin daxili işlər naziri istefa verib" - KİV

Firsənd Qurbanov BU İŞİN ALTINDAN NECƏ ÇIXDI? - İLGİNC İDDİALAR...

Polşa səfərbərlikdən qaçan rusları qəbul etməyəcək

"Düşmənin baş qaldırdığını görsək, hərəkətə keçəcəyik" - Prezident

Sabah hava belə olacaq

Vüqar Qurbanov bu xəstəxanaya baş həkim TƏYİN ETDİ

"Qazaxıstan Kremllə təcili danışıqlar aparacaq" - Tokayev

Naxçıvana qarşı ERMƏNİ HƏMLƏSİ... - ARAŞDIRMA

Daha bir sığorta agentinin - LİSENZİYASI LƏĞV EDİLİB

Məktəb direktoru 140 manat maaş alan xadiməyə BELƏ DAĞ ÇƏKDİ - Prezidentə müraciət olundu

Elm və Təhsil Nazirliyinin idarəsi cari təmirə 3,5 milyon manat xərcləyəcək - TENDER

"Paşinyan KTMT-nin baş katibi ilə görüşdən imtina edib" - KİV

Neft yenidən bahalaşdı

Bu mənzillərin satış qaydası müəyyənləşdi - Əli Əsədovdan QƏRAR

“Tarif Şurası, kasıbları öldürməyin başqa yollarını axtarın” - Nura Suri

"Putin bu şəxsi Krım Federal Dairəsinə rəhbər təyin edəcək" - FOTO

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Bu gün Azərbaycanda Anım Günüdür

Bu gün Yupiter 59 ildən sonra Yerə ən yaxın məsafədə olacaq

Bütün xəbərlər