"Görünən dağa  nə bələdçi?!" - FOTO

İslam, həyatın hər mərhələsində və hər vəziyyətdə ədalətli davranmağı əmr edir.
Allahın razı olduğu şəkildə yaşamaq, ancaq haqq və ədalət tarazlığına riayət ölçüsündə reallaşar.

Bəs haqq -ədalət nədir?

Haqq-ədalət - Hər kəsə və hər şeyə layiq olduğu şəkildə rəftar etmək, barəsində doğru hökm vermək, balanslı və ölçülü davranmaqdır.

Biz "DogruXeber.az" olaraq, bir neçə dəfə vəzifə borcunu vicdanla və olmalı olduğu kimi İcra edən az sayda səlahiyyətli şəxslər və qurum rəhbərləri barəsində material dərc etmişik. Haqqında bəhs etdiyimiz bu cür işinə məsuliyyətlə yanaşan qurumlardan biri də tibb sahəsində yeni yaradılmış Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyidir (TƏBİB).

"Görünən dağa  nə bələdçi?!" - FOTO

Quruma hazırda rəhbərlik edən, daha doğrusu İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov da sözügedən vəzifənin ona həvalə edildiyindən bugünə qədər peşəkar komanda ilə əl-ələ, baş-başa verib öhdəsindən layiqincə gəlməyə çalışır və gəlir də.

"Görünən dağa  nə bələdçi?!" - FOTO

Ən əsası isə bu qurumun bir çox qurumların mətbuatla və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşlarına örnək olacaq İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Adilova və kordinator Kənan Kərimovun mətbuat nümayəndələri və ictimaiyyətlə qurduqları səmimi, sağlam əlaqələri istər qurumun fəaliyyətinin şəffaf şəkildə sərgilənməsində, istərsə də TƏBİB-in tabeçiliyində olan tibb müəssisələrində yaranmış problemlərin dərhal və lazımi qaydada öz həllini tapmasında mühüm əhəmiyyət kəsb edir.

"Görünən dağa  nə bələdçi?!" - FOTO

Bundan əlavə, yalnız TƏBİB-in tabeçiliyində olan tibb müəssisələrində çalışan - Travmatologiya Xəstəxanasında İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Günay Quluzadə, Respublika Neyrocərrahiyyə xəstəxanasında İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis Aynur Məmmədova, Bakı Baş Səhiyyə Mərkəzinin ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin aparıcı mütəxəssisi Günel Fərəcova, 38 saylı şəhər poliklinikasının baş həkimi Reyhan Əkbərova, eləcə də digər həkim kollektivinin fəaliyyəti sözün əsl mənasında alqışadəyərdir.

Aynur Məmmədova, Günel Fərəcova və Günay Quluzadənin adlarını təkrar və xüsusi olaraq vurğulamağı özümüzə borc bilirik. Çünki, hər üç gənc və bacarıqlı xanımların o qədər işin, müraciətlərin çoxluğuna baxmayaraq, istər mətbuat nümayəndələrinin, istərsə də sıravi vətəndaşların müraciətlərinə tək-tək araşdırıb, aydınlıq gətirmək, hər hansı bir anlaşılmazlıq yaranıbsa, onları razı salacaq dərəcədə həllinə çalışmaq üçün hamısına vaxt ayırmaları və müsbət nəticə ilə bütün bunların öhdəsindən gəlmələri zərif çiyinlərində qürurla daşıdıqları böyük məsuliyyətin öhdəsindən çox böyük hünərlə gəlmələri onların yüksək səviyyəli bacarıqlarının və vəzifələrinə böyük məsuliyyətlə yanaşmalarının göstəricisidir.

Hesab edirik ki, bir çox dövlət qurumları və xüsusilə də qurumların mətbuatla və ictimaiyyətlə əlaqələr şöbələri adlarını çəkdiyimiz Kənan Kərimov və Zamirə Adilova başda olmaqla Günel Fərəcova, Aynur Məmmədova və Günay Quluzadə, həmçinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov,

"Görünən dağa  nə bələdçi?!" - FOTO

Ombudsman aparatının rəhbəri Səbinə Əliyeva

"Görünən dağa  nə bələdçi?!" - FOTO

və Ombudsman Aparatının şöbə müdiri Rəşid Rumzadə

"Görünən dağa  nə bələdçi?!" - FOTO

kimi öz işlərinə məsuliyyətlə yanaşarlarsa, həmin qurumlar barəsində nə mətbuatda mənfi məlumatlar yer alar, nə də vətəndaşlar arasında qurumların fəaliyyəti barəsində mənfi fikir formalaşar.

Dövlət qurumlarında çalışan səlahiyyət sahibləri, eləcə də mətbuatla və ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslərin ictimaiyyətlə qurduqları səmimi əlaqələri daha çox həmin qurumların özü üçün daha vacib və gərəklidir. Əgər, zamanında vətəndaş dinlənilib, onu narahat edən probleminin həlli üçün müəyyən tədbirlər görülsə, yaxud mətbuatın sualları vaxtında doğru-dûrüst cavablandırılarsa, yaxud araşdırmalı məsələlər olduqda, araşdırılıb aydınlıq gətirilərsə, cəmiyyətimizdə müxtəlif qurumlar barəsində yaranmış narazılıqlar azalar.

DogruXeber.az


Oxunub: 369

Son xəbərlər

Qanla yazılan tarix - VİDEO

Bu kənddən savadlı şagird istəməyin... - REPORTAJ

İrəvanın “fındıq” taktikası... - Ohanesyandan şok faktlar

Ruslan Əliyev Mübariz İbrahimovun ev muzeyini ziyarət edib - FOTOLAR

Vilayət Quliyev etimadnaməsini Bosniya və Herseqovina liderinə təqdim edib

Saatlı rayon Polis şöbəsində şəhidlərin xatirəsi anılıb - FOTO

Kim Çen Inın ictimaiyyətdən gizlədiyi qızı var? — VİDEO

Baha benzin kimlərin MARAĞINDADIR? - ARAŞDIRMA

Arıqlama məhsullarında təhlükəli maddə AŞKARLANDI - RƏSMİ

“AzerGold” QSC Vətən müharibəsinə həsr olunmuş silsilə tədbirlər keçirib

"İcra Hakimiyyəti deyir ki, əvəzində sənə ev vermişik..." - Vətəndaş CANA DOYUB

"Türkiyənin daxili işlər naziri istefa verib" - KİV

Firsənd Qurbanov BU İŞİN ALTINDAN NECƏ ÇIXDI? - İLGİNC İDDİALAR...

Polşa səfərbərlikdən qaçan rusları qəbul etməyəcək

"Düşmənin baş qaldırdığını görsək, hərəkətə keçəcəyik" - Prezident

Sabah hava belə olacaq

Vüqar Qurbanov bu xəstəxanaya baş həkim TƏYİN ETDİ

"Qazaxıstan Kremllə təcili danışıqlar aparacaq" - Tokayev

Naxçıvana qarşı ERMƏNİ HƏMLƏSİ... - ARAŞDIRMA

Daha bir sığorta agentinin - LİSENZİYASI LƏĞV EDİLİB

Məktəb direktoru 140 manat maaş alan xadiməyə BELƏ DAĞ ÇƏKDİ - Prezidentə müraciət olundu

Elm və Təhsil Nazirliyinin idarəsi cari təmirə 3,5 milyon manat xərcləyəcək - TENDER

"Paşinyan KTMT-nin baş katibi ilə görüşdən imtina edib" - KİV

Neft yenidən bahalaşdı

Bu mənzillərin satış qaydası müəyyənləşdi - Əli Əsədovdan QƏRAR

“Tarif Şurası, kasıbları öldürməyin başqa yollarını axtarın” - Nura Suri

"Putin bu şəxsi Krım Federal Dairəsinə rəhbər təyin edəcək" - FOTO

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Bu gün Azərbaycanda Anım Günüdür

Bu gün Yupiter 59 ildən sonra Yerə ən yaxın məsafədə olacaq

Bütün xəbərlər