"Görülən tədbirlər ərzaq təhlükəsizliyinə yetərli deyil” - Çörəyin qiyməti artır?

"Rusiya müharibəyə başlayan kimi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO dünya ərzaq ehtiyatları barədə dəhşətli proqnozlar verməyə başladı. Bu, ciddi yanlışlıq idi. Çünki iqtisadiyyat qorxulu proqnozları sevmir. İqtisadi sistem immun sistemi kimidir, qorxu bu sistemi dağıdır. Tələbi kəskin artırır və nəticədə qiymətlər daha çox yüksəlir”.

"DogruXeber.az" teleqraf.com-a istinadən xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.

Ekspert bildirib ki, Rusiya ilə Ukrayna arasında davam edən müharibə fonunda bazarda taxıl qıtlıq yaranması ilə bağlı proqnozlar səngimədi: “Əvvəl Rusiya, daha sonra Qazaxıstan, Hindistan taxıl satışını məhdudlaşdırdı. Çin isə əhalisinin çoxluğun nəzərə alıb ən baha qiymətə taxıl almağa başladı. Beləcə bazarlarda ciddi təklif artıqlığı yaratdılar və qiymət yüksəldi. Amma sonra dünya gördü ki, BMT daha çox hay-küyçüdür, bir az sakitləşdilər.

Rəsmi rəqəmlərə nəzər salsaq görərik ki, BMT-nin hay-küyü ilə 1 ton ərzaqlıq buğda mayın 1-də 403 dollara qalxıb. Amma sonra hər ay qiymətlər endi - iyunda 380 dollar, iyulda 334 dollar, avqustda isə 328 dollara düşdü.

İndi də BMT-nın FAO-su elan edir ki, iyulda ərzaq qiymətləri indeksi 8,6% azalıb. Belə ki, iyunda 154,3 olan göstərici iyulda 140,9-a enib.

Daha 2 hadisə böhranı yumşaldan amil olmaqdadır. Belə ki, Ukrayna taxılının qardaş Türkiyə sayəsində ixraca istiqamətlənməsi və ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yumşaldıldığını açıqlaması - Rusiyadan gübrə, qida, toxum, dərman və tibbi avadanlıqla bağlı əməliyyatlara qoyulmuş sanksiyaların aradan qaldırılması dünyanı böhran mövzusunda nisbi rahatladan faktorlardır”.

İqtisadçı deyir ki, Azərbaycan 75% ərzaqlıq buğda idxalından asılıdır: “Ötən il 572 min hektardan 1,887 milyon ton buğda istehsal etmişik. Arpa isə 374 min hektardan 1,147 milyon ton yığılıb. Göründüyü kimi ümumi 1 milyon hektara çatmır. Amma bu il 1 milyon 9 min hektarda təxminən 6:4 nisbətində buğda və arpa əkilib.

İşğaldan azad edilmiş ərazilərimizdə 50 min hektarda taxıl əkilib. Minalardan tam təmizlənmə aparılarsa, potensial 200 min hektara bərabərdir.

Hökumət çörəyin və buğdanın qiymətlərini nəzarətdə saxlamaq üçün bir sıra addımlar atır. Hər hektar taxıl əkin sahəsi üçün fermerlərə subsidiya verilir. Bu il bu subsidiya məbləğ artırılaraq hər hektar 210 manat müəyyən edilib. 2023-ci ildən başlayaraq, yeni subsidiya növü müəyyən edilib. Bu məhsul subsidiyasıdır. Belə ki, əgər indiyə qədər verilən subsidiyalar əkin sahələrinin becərilməsi üçün nəzərdə tutulurdusa, ikinci subsidiya ərzaqlıq buğda istehsalından əldə edilən məhsula görə veriləcək. Həmin subsidiya 1 ton üçün 100 manat məbləğində hesablanacaq. Bu, Prezidentin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” bu ilin iyulun 19–da verdiyi Fərmanından irəli gələn tələblərlə müəyyən edilib.

Amma bu ilkin mərhələdə pilot layihə olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya aid edilir. Gələn ildən (2023) başlayacaq bu məhsul subsidiyasının 5 il verilməsi nəzərdə tutulur.

Bundan əlavə Dövlət Ehtiyatlar Agentliyi hər il qiymət artımlarına uyğun olaraq, fermerlərdən aldığı buğdanın qiymətini qaldırır, yəni baha qiymətə alır. Belə ki, 2019-cu ildə 300 manata, 2020-ci ildə 380 manata, 2021-ci ildə 500 manata alırdısa, bu il bir ton buğda üçün fermerlərə 580 manat ödəyəcəyi bildirilib. Bu da ötən illə müqayisədə 16%-lik artım deməkdir.

Beləliklə, Azərbaycanda çörəyin qiymətinin qalxmaması üçün bir sıra tədbirlər görülüb və görülməkdədir”.

Eldəniz Əmirov qarşıdakı aylarda çörəyin qiymətinin qalxması ilə yayılan xəbərləri ciddi hesab etmədiyin deyir: “Amma onu da mütləq qeyd etmək lazımdır ki, bu tədbirlər daim dəyişən və vaxtaşırı yeni təhdidlər doğan dünyada tam təhlükəsizliyə nail olmaq üçün yetərli deyil. Yəni, gələcəkdə daha sərt təhdidlərdən ölkənin ərzaq təhkükəsizliyini sığortalamaq gücündə deyil. Buna görə də, ölkə başçısı vaxtaşırı bu məsələdə hələ görülməli işlərin çox olduğunu, ən əsas da idxaldan asılılığın ciddi azaldılmalı olduğunu vurğulayır”.


Oxunub: 100

Son xəbərlər

“1 manatlıq” taksilər yığışdırılır? — BNA rəsmisi danışdı

DSX-nin Akademiyasının binası YANIR

Xaricdən qanunsuz pul köçürmələri edənlər cəzalandırılacaq

Arzu Rəhimov onları rəis TƏYİN ETDİ

“Qarabağda azərbaycanlı qardaşlarımızla birlikdə olduq” - Ərdoğan

Şəhid Raquf Orucovun xanımına vəzifə verildi

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Zakir Sultanov Ali Məhkəməyə müraciət etdi

Azərbaycanda polkovnik ürəktutmasından vəfat etdi

Nazirin oğluna vəzifə verildi

Zelenski Donbasa getdi

Vilayət Eyvazovdan yeni rəis TƏYİNATI

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

"Tası dəyişsə də hamam köhnə hamamdı" - Şəmkirin su dərdi bitmir ki, bitmir... //VİDEO

Prezident Maqomed Səidoviç Qurbanova “Şöhrət” ordenini təqdim etdi

Ordumuzun əsgəri özünü güllələyərək ÖLDÜRDÜ

Aktrisa xərçəngdən öldü

Sabah yolları buz bağlayacaq

Putin Qırğızıstana səfər edəcək

Texnoloji nəhəng “Lenovo” Bakıda regional mərkəz yaradır - FOTOLAR

İlham Əliyev Dağıstanın rəhbərini qəbul etdi

"Tərtər işi" üzrə azadlığa buraxılan 19 nəfərin SİYAHISI

İlon Mask və Cef Bezos Bakıya gələ bilər

Dövlət bu borcları silə bilər - VİDEO

Milli Məclisin iclası başladı

Ermənistanda daha bir deputat mandatından istefa verdi

"Tərtər işi" ilə bağlı 10 nəfərə bəraət verildi

Pensiyalar bu tarixdə ödəniləcək

BMT Təhlükəsizlik Şurası yenidən toplanır

Bütün xəbərlər