Rəisi və Putin istəməsə də:Türkiyə artıq Qafqazdadır - GƏLİŞMƏ

DogruXeber.az: - İran Prezidenti İbrahim Rəisi və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti dəfə telefon danışığı olub.

Rəisi İranın Qafqazdakı dəyişiklikləri qəbul etməyəcəyini bildirib:

“İran üçün regionda geosiyasi dəyişikliklər qəbuledilməzdir. Tehran sülh və sabitliyin təmin edilməsi, eləcə də Qafqaz regionunun böyüməsi və inkişafı üçün bütün imkanlarından istifadə etməyə hazırdır”.

Rəisinin Qafqazdakı dəyişiklikdən danışarkən nələri nəzərdə tutduğu sirr deyil. Rəsmi Tehran əslində Azərbaycan və Türkiyənin regionda gücünün, nüfuzunun artmasından narahatdır. Lakin reallıq budur ki, İranın istəyindən asılı olmayaraq, Türkiyə regionun aparıcı dövlətlərindən olmağı bacarıb. Qardaş ölkə artıq Qafqazdadır və İranın narahatlığı heç nəyi dəyişmir.

Dünya bunu Vətən müharibəsində Türkiyənin Azərbaycana dəstəyində, Ağdamdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində və “Şuşa Bəyannaməsi”ndə görüb. Dia.az-ın məlumatına görə, siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev Cebhe.info-ya açıqlamasında bildirib ki, Rəisinin kəskin fikirlərinin məhz Soçidə Türkiyə və Rusiya prezidentlərinin görüşündən sonra səslənməsi diqqət çəkir:

“İbrahim Rəisi Nikol Paşinyana təminat vermək istəyir ki, guya İran Qafqazda hər hansısa siyasi dəyişikliyə imkan verməyəcək. Rəsmi Tehran Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrilməsini, regiondakı siyasi dəyişiklikləri və Türkiyənin Qafqazdakı siyasi hadisələrə daha çox yön verməsini qəbul edə bilmir. Maraqlıdır ki, onların narahatlığı Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın görüşündən sonra başlayıb”.

Həmsöhbətimiz vurğulayıb ki, İran illərdir Türkiyənin gücünü həzm edə bilmir:

“Tehran Vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni reallıqları da qəbul edə bilmir. Həmçinin, Azərbaycan-İsrail münasibətləri də onları həddindən artıq narahat edir. İran Türkiyənin Azərbaycanda təkcə siyasi deyil, iqtisadi və hərbi cəhətdən yerləşməsini həzm edə bilmir. Çünki hazırda Ağdamda türk və rus ordusu da birgə monitorinq aparır. Bununla yanaşı, Azərbaycanın birmənalı şəkildə Türkiyənin ordu sistemlərini qəbul etməsi və NATO səviyyəsində ordu yaratması da İranın xoşuna gəlmir. İran rəsmilərinin bütün açıqlamalarının arxasında yenə də məkr, hiylə və şeytanlıq dayanır”.

Politoloq qeyd edib ki, Rəisi sadəcə İranın deyil, həm də Rusiyanın dili ilə danışır:

“Rusiya Ukrayna müharibəsində aldadıldığını çox gözəl başa düşdü. Kreml çox ciddi bir oyuna çəkildi və bu oyun onu bataqlığa saldı. İndi də Rusiya batmaq üzrə olduğuna görə İranın dili ilə bəzi mesajlar verməyə çalışır. Ümumiyyətlə, Rusiya tarix boyu həmişə çoxüzlü siyasət yürüdüb və heç bir zaman imperiya ambisiyalarından əl çəkməyib. Putin Avropada uduzduğunu Qafqazda əvəzləmək və özünü sığortalamaq istəyir. Lakin o da alınmır. Çünki Ərdoğan həddindən artıq ağıllı siyasət yeridib. Nəzərə almaq lazımdır ki, İranın Ermənistandakı keçmiş səfiri də bir sərsəm bəyanat verib. Onun fikrincə, guya İran ona görə Azərbaycana qarşıdır ki, Türkiyə Suriyada döyüşənləri İran sərhədi üzərindən keçirmək istəyirmiş və Tehran buna mane olub. Görünən odur ki, bunlar artıq bütün hədləri keçiblər. Son baş verənlər fonunda İranın bölgədəki mövqeyi də zəifləyib. Eyni zamanda, çox çətin vəziyyətdir. Bu da istər-istəməz ölkə daxilindəki gərginliyi başqa bir müstəviyə keçirir. Putinin Rəisiyə verdiyi tapşırıqlar həm Rusiya, həm də İranın maraqlarına uyğundur. Çünki bölgədə zəifləmiş və yorğun düşmüş Rusiya-İran cütlüyü yenidən mərkəzə qayıtmaq istəyir”.//dia.az


Oxunub: 170

Son xəbərlər

Qanla yazılan tarix - VİDEO

Bu kənddən savadlı şagird istəməyin... - REPORTAJ

İrəvanın “fındıq” taktikası... - Ohanesyandan şok faktlar

Ruslan Əliyev Mübariz İbrahimovun ev muzeyini ziyarət edib - FOTOLAR

Vilayət Quliyev etimadnaməsini Bosniya və Herseqovina liderinə təqdim edib

Saatlı rayon Polis şöbəsində şəhidlərin xatirəsi anılıb - FOTO

Kim Çen Inın ictimaiyyətdən gizlədiyi qızı var? — VİDEO

Baha benzin kimlərin MARAĞINDADIR? - ARAŞDIRMA

Arıqlama məhsullarında təhlükəli maddə AŞKARLANDI - RƏSMİ

“AzerGold” QSC Vətən müharibəsinə həsr olunmuş silsilə tədbirlər keçirib

"İcra Hakimiyyəti deyir ki, əvəzində sənə ev vermişik..." - Vətəndaş CANA DOYUB

"Türkiyənin daxili işlər naziri istefa verib" - KİV

Firsənd Qurbanov BU İŞİN ALTINDAN NECƏ ÇIXDI? - İLGİNC İDDİALAR...

Polşa səfərbərlikdən qaçan rusları qəbul etməyəcək

"Düşmənin baş qaldırdığını görsək, hərəkətə keçəcəyik" - Prezident

Sabah hava belə olacaq

Vüqar Qurbanov bu xəstəxanaya baş həkim TƏYİN ETDİ

"Qazaxıstan Kremllə təcili danışıqlar aparacaq" - Tokayev

Naxçıvana qarşı ERMƏNİ HƏMLƏSİ... - ARAŞDIRMA

Daha bir sığorta agentinin - LİSENZİYASI LƏĞV EDİLİB

Məktəb direktoru 140 manat maaş alan xadiməyə BELƏ DAĞ ÇƏKDİ - Prezidentə müraciət olundu

Elm və Təhsil Nazirliyinin idarəsi cari təmirə 3,5 milyon manat xərcləyəcək - TENDER

"Paşinyan KTMT-nin baş katibi ilə görüşdən imtina edib" - KİV

Neft yenidən bahalaşdı

Bu mənzillərin satış qaydası müəyyənləşdi - Əli Əsədovdan QƏRAR

“Tarif Şurası, kasıbları öldürməyin başqa yollarını axtarın” - Nura Suri

"Putin bu şəxsi Krım Federal Dairəsinə rəhbər təyin edəcək" - FOTO

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Bu gün Azərbaycanda Anım Günüdür

Bu gün Yupiter 59 ildən sonra Yerə ən yaxın məsafədə olacaq

Bütün xəbərlər