Bloger İşxan Verdyan məhkəməsində iştirak etmək üçün İstanbuldan Yerevana qayıtmağa hazırdır

Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən Azərbaycanın xeyrinə casusluqda ittiham olunan bloger İşxan Verdyan məhkəmədə təqsirsiz olduğunu sübut etməyə hazırdır, bu barədə ailəsi ilə birlikdə İstanbulda yaşayan Verdyan Turan Agentliyinə müsahibəsində bildirib.

"Mən ictimai çıxışlarımda, heç bir postumda Ermənistan qanunvericiliyini bir dəfə belə pozmamışam, Azərbaycan qanunvericiliyini də, məhkəmədə təqsirsiz olduğumu sübut etməyə hazıram. Hakim məni, tutaq ki, beş illik birnəfərlik kameraya göndərsə də orada beş kitab yazaram, indi olduğu kimi zavodda işləyərək ailəmi dolandırmaq məcburiyyətində qalmaram", deyə İ.Verdyan bildirib.

Bloger ötən ilə qədər Yerevanda yaşayırdı, amma müalicəsi üçün Ermənistanda pul qazanmağın qeyri-mümkün olduğu xəstəliyi ilə əlaqədar ailəsi ilə birlikdə İstanbula köçməli olub. Burada o, fabrikdə işləyir.

"Bu ittihamlarda mənim tam adım yoxdur, İ.V. inisialları yazılıb, mənim fotoşəklim yoxdur və təqsirləndirilən şəxsin İstanbulda yaşadığı, azərbaycanlılarla ünsiyyətdə olduğu və siyasi sığınacaq istədiyi deyilir. Hüquqi olaraq ittiham mətnində mənim adım çəkilmir ki, ittiham tərəfi geri addım ata bilsin və başqa adamı nəzərdə tutduğunu deyə bilsin. Amma onlar dediklərində israr edəcək qədər axmaqdırlarsa, mən bunun sırf siyasi təqib olduğunu sübut edəcəyəm. Dövlət mənim həyatım üçün zəmanət verirsə, söz verirəm ki, məhkəməmdə iştirak etmək üçün Ermənistana gələcəyəm və sübut edəcəyəm ki, CM-də mənim düşmən tərəfinə keçdiyimi göstərən heç bir maddə yoxdur", deyə İ.Verdyan izah edib.

"Mənim məqalələrimdə qanunazidd heç nə tapmaq olmaz. Onlar real olaraq siyasi təqibə əl atır və hakim ələ alınmış olsa belə, bunu məhkəmədə sübut etmək olar. Bu məhkəmə prosesi tarixdə qalacaq", deyə Yerevanın təqib etdiyi bloger əlavə edib.

İki Ermənistan vətəndaşına qarşı dövlətə xəyanət və casusluq ittihamı ilə cinayət işləri açılıb. Təqsirləndirilənlərdən biri bir müddət əvvəl Gürcüstana qaçıb və Azərbaycandan sığınacaq istəyib, digəri isə Türkiyəyə qaçıb, bu barədə avqustun 12-də Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Onlardan biri məşhur bloger İşxan Verdyandır, digəri isə Vaqe Qambaryan adlı şəxsdir. Ermənistan prokurorluğu Qambaryanın 2017-ci ildə Azərbaycan kəşfiyyatı tərəfindən "erməni dövlətinə qarşı təxribatçılıq fəaliyyəti həyata keçirmək üçün cəlb edildiyini və daim Azərbaycanın Gürcüstandakı səfirliyi ilə əlaqədə olduğunu" bildirib.

Bu ilin iyununda o, Gürcüstan ərazisinə keçib, avqustun əvvəlində isə videomüraciət yayaraq, Ermənistan vətəndaşlığından imtina edib və ona Azərbaycan vətəndaşlığı verilməsini xahiş edib.

İşxan Verdyana gəlincə, o, Türkiyədə, İstanbulda yaşayırdı, Ermənistan prokurorluğunun iddiasına görə, o da xarici kəşfiyyat tərəfindən cəlb olunub. O da Azərbaycan vətəndaşlığı verilməsini xahiş edib və Xankəndində yaşamaq istəyib.

"Hər iki epizod üzrə Milli Təhlükəsizlik Xidmətinin istintaq departamentində cinayət işləri açılıb", deyə məlumatda bildirilir.


Oxunub: 135

Son xəbərlər

Qanla yazılan tarix - VİDEO

Bu kənddən savadlı şagird istəməyin... - REPORTAJ

İrəvanın “fındıq” taktikası... - Ohanesyandan şok faktlar

Ruslan Əliyev Mübariz İbrahimovun ev muzeyini ziyarət edib - FOTOLAR

Vilayət Quliyev etimadnaməsini Bosniya və Herseqovina liderinə təqdim edib

Saatlı rayon Polis şöbəsində şəhidlərin xatirəsi anılıb - FOTO

Kim Çen Inın ictimaiyyətdən gizlədiyi qızı var? — VİDEO

Baha benzin kimlərin MARAĞINDADIR? - ARAŞDIRMA

Arıqlama məhsullarında təhlükəli maddə AŞKARLANDI - RƏSMİ

“AzerGold” QSC Vətən müharibəsinə həsr olunmuş silsilə tədbirlər keçirib

"İcra Hakimiyyəti deyir ki, əvəzində sənə ev vermişik..." - Vətəndaş CANA DOYUB

"Türkiyənin daxili işlər naziri istefa verib" - KİV

Firsənd Qurbanov BU İŞİN ALTINDAN NECƏ ÇIXDI? - İLGİNC İDDİALAR...

Polşa səfərbərlikdən qaçan rusları qəbul etməyəcək

"Düşmənin baş qaldırdığını görsək, hərəkətə keçəcəyik" - Prezident

Sabah hava belə olacaq

Vüqar Qurbanov bu xəstəxanaya baş həkim TƏYİN ETDİ

"Qazaxıstan Kremllə təcili danışıqlar aparacaq" - Tokayev

Naxçıvana qarşı ERMƏNİ HƏMLƏSİ... - ARAŞDIRMA

Daha bir sığorta agentinin - LİSENZİYASI LƏĞV EDİLİB

Məktəb direktoru 140 manat maaş alan xadiməyə BELƏ DAĞ ÇƏKDİ - Prezidentə müraciət olundu

Elm və Təhsil Nazirliyinin idarəsi cari təmirə 3,5 milyon manat xərcləyəcək - TENDER

"Paşinyan KTMT-nin baş katibi ilə görüşdən imtina edib" - KİV

Neft yenidən bahalaşdı

Bu mənzillərin satış qaydası müəyyənləşdi - Əli Əsədovdan QƏRAR

“Tarif Şurası, kasıbları öldürməyin başqa yollarını axtarın” - Nura Suri

"Putin bu şəxsi Krım Federal Dairəsinə rəhbər təyin edəcək" - FOTO

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Bu gün Azərbaycanda Anım Günüdür

Bu gün Yupiter 59 ildən sonra Yerə ən yaxın məsafədə olacaq

Bütün xəbərlər