Pozduran Dadaş, “Demirören Holding”, “Scientific Games” və milyonlar…

DogruXeber.az: - Hər şey metro giriş-çıxışlarında, insanların çoxluq təşkil etdiyi küçə və prospektlərdə balaca və köhnə stol ilə astaca başladı. Sonra bu nimdaş stolları və yaşlı dayıları xüsusi dizaynla hazırlanmış səyyar satış arabaları və qismən cavanlar əvəzlədi. Daşına bilən təkərli araba və içindəki milyonlar…

Bu hələ başlanğıcdır… və ya idi.

Kiminsə məharətlə düşündüyü, bəlkə də hansısa ölkədə bahalı istirahətlər zamanı gördüyü milyon manatların cibə daşıya bilən “idea”sı.

ALINDI.

Milyonlar bəlkə də milyardlar su kimi axır. Dəyəri 10 qəpik olan bir parça kağız, bir də pozanı əvəz edən qəpik..

Daha sonra telekanallara, “Azərpoçt”a, bir az da irəli məktəb, uşaq bağçası darvazalarına, ən nəhayət gözləim Azərbaycana yayıldı.

Söhbət “Azərlotoreya” nın qumar oyunları hesab olunan “Poz Qazan” ani lotereyaları – “Qızıl”, “Şans ulduzu”, “Brilliant”dan gedir.

Qumar – bir az ağır səslənir? Yaxşı xoşunuz gəlmirsə adını dəyişək – insanların evini yıxan, külli miqdarda borca salan bir parça kağız. Necədi, xoşunuza gəldi?

İki gün öncə… “Koroğlu” metrosunun çıxışı və böyük izdiham.

Ayaqqabısı nimdaş olsa da cəsarətinə söz olmayan yaşlı nənə 400-500 manat qazanan bəla kağızını satan ağsaqqalı az qala öldürür.

Nə baş verir?

Sən demə nənə öyrənib ki, oğlu hər gün işdən çıxanda bu təkərli ev yıxan masanın üstündəki kağızlardan – “Poz qazan” alır. Səhərdən axşama kimi 20 manata işləyən oğul evə gələrkən qazandıqlarını bu masada qoyur. Üstəlik, satıcı bunu artıq tanıyır deyə borcu da var.

Nənənin əsəbdən qurumuş dodaqları arasından yalnlz bu sözləri eşitmək olur – “Allah evinizi yıxsın, balanızı öldürsün!” …

Qarğışlar insan bağırtısı, ah-naləsi idi. Nənənin satıcıya dediyi bu sözlər metro pramidasının şüşələrinə dəyərək yerə çırpılır. Bəlkə də biz tamaşa edənlərin başına düşür.

Vəssalam!

Ətrafdakılar dodaqlarının altında “ağlı var almasın!” təpkiləri də göstərir. Növbəti təkərli bəla stolunda isə başqa qurbanlar pozmağa davam edir.

Artıq kütlənin təbliğatın necə quluna çevrildiyini asanlıqla görmək olur. Onlar artıq “poz qazan” aludəçisidirlər, sabahın real borcluları, lotoreya almaq üçün öğurluq belə etməyə hazır olanlar.

Davam edin, cənablar!

“Poz Qazan” ani lotereyaları bizi, sizi, övladlarımızı və gəncliyimizi hara aparır sualına cavab tapana kimi davam edin! Bu suala cavab tapanda “poz qazan” aludəçilərinin sayı 10 milyona çatacaq. Axı biz hamımız bunu istəyirik.

“Azərlotereya” ASC…

Uzun illər “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Maqsud Tağıyev olub. Hazırda hökümət “Azərlotereya”nın idarəetmə sistemi türk abilərimizə verib.

Bizimxeber.az təklif edir ki, “Azərlotoreya”nın kimlərə həvalə olunduğuna diqqət edək!

Onları virtual olaraq tanıyaq.

Zafer Reisoğlu – “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin yeni sədri

Özünün dediyinə görə, Zafer Reisoğlu bu ilin may ayına kimi Türkiyədə “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətində çalışıb.

"Azərbaycan Reallığı" xatırladır!

O, Azərbaycan mətbuatına verdiyi müsahibədə deyir: “Energetika sahəsində, pərakəndə satış, marketinq, turizm kimi bənzər sektorlarda fəaliyyət göstərmişəm. Daha öncə “Total”, “ECE” kimi beynəlxalq şirkətlərdə və Türkiyənin aparıcı qruplarından biri olan “Demirören Holding”də satış, marketinq sahələrində və xüsusi layihələrin idarə edilməsi üzrə rəhbər olaraq çalışmışam. Əmək fəaliyyətimdə qısa müddətlik də olsa, jurnalistika sahəsinə də yer vermişəm. «Yeni Alanya» qəzetində köşə yazarı kimi çıxış etmişəm. 2019-cu ildən şans oyunları sektorunda çalışmağa başlamışam”.

Amma… Google axtarış sistemində Zafer Reisoğlu imzasını axtararkən rast gəldiklərimiz yaınız bunlardır. “Zafer Reisoğlu “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinə yeni sədri oldu” və başqa heç nə yoxdur…

Əcəba o yekəlikdə şirkətlərdə çalışan abimizin fəaliyyətini Google niyə görə bilmir? Düşmənçiliyimi var?

Google sisteminə etibar etmək istəmirik və axtarışları “Demirören Holding”ə məxsus https://www.demiroren.com.tr/ sayt ünvanı üzərindən davam etdirirk. Yenə nəticə “0”.

Heç bir məlumat tapılmadı…

Vətəndaşlarımıza “böyük uduş” vəd edən Zafer Reisoğlunun bu sahədə nə qədər təcrübəli olduğu böyük sual altına düşür. Axı inkişaf təcrübəyə əsaslanır. Elə deyilmi, cənablar?!

Zafer Reisoğlu azərbaycan mətbuatına verdiyi müsahibədə daha sonra deyir: “Azərlotereya” ASC keçən ilin avqustundan Türkiyənin dünyada nüfuzlu «Demirören Şans Oyunları Yatırımları A.Ş.» şirkətinin törəmə müəssisəsi olan «YMT Sans B.V.» şirkətinə 10+5 illik müddətə idarəetməyə verilib”.

«YMT Sans B.V.» şirkəti…

Bu şirkət barədə də aparılan araşdırmanın nəticələri “0”. Google bu şirkəti də tanımır.

Şirkətin adı yalnız Reisoğlnun müsahibəsində keçir. Görünür «YMT Sans B.V.» yeni yaradılıb, bu sahədə heç bir təcrübəyə malik deyil və YMT, B.V. kimlərinsə baş hərfləridir. Orası bizi hələlik abilərimiz demiş ilgiləndirməz…

Daha incə məqam. “Demirören Holding” “Azərlotereya”nı ABŞ şirkəti olan ortağı “Scientific Games” ilə birlikdə işlədir iddiası…

“Demirören Holding”lə Amerikanın “Scientific Games” şirkətinin ortaqlığı 2019-cu ilə dayanır. Bu ortaqlığın mürəkkəb səbəbləri var… İdman müsabiqələri, müştərək oyunlar və sairə…

Bütün bunlardan sonra “Azərlotoreya”nın diğər rəsmi şəxslərini

-Maliyyə üzrə Baş rəhbər — Osman Karakuş

-Əməliyyatlar üzrə Baş rəhbər — Salih Tüfekçi

-Marketinq üzrə Baş rəhbər — Sənan Orucov

-Rəqəmsal üzrə Baş rəhbər — Yılmaz Sonışık

-Müşavir — Mikayıl Nəcəfovun kimliyini araşdırmağa ehtiyac qalmır.

Xüsusilə qeyd edək ki, bu gün “Azərlotoreya”nın fəaliyyətini müdafiə edən, “bütün dünyada var, bizdə niyə olmasın?” deyənlərə məqalənin sonunu oxumağı tövsiyyə edirəm.

Dünyanın bütün ölkələrində fəaliyyət göstərən lotoreya şirkətlərinin dövlət və vətəndaş qarşısında vədləri və öhdəlikləri hansılardır?

– Qazanılan pullarla gənc nəslin tərbiyələndirilməsi üçün Elmi Oyunlar və elmi lotoreyalar hazırlamaq

– Ətraf mühitin qorunması üçün böyük layihələrə dəstək vermək

– Çoxsaylı sosial təbliğat səyləri ilə təhsilin, müxtəlifliyin, psixi sağlamlığın və daha çoxunun yaxşılaşdırılmasına töhfə vermək

– İnsanlara lotoreya ilə davranış qaydalarını, müsbət və mənfi tərəflərini mütəmadi aşılamaq.

Bəs bizdə?

Psixoloji təsir təbliğatı aparılmayan, vətəndaşı məlumatlandırmayan, “pul qazanacaqsız” deyib harda gəldi satışını təşkil etmək?

Yalnız pul qazanmaq?

18 yaşı olmayan məktəbliyə lotoreya satmaq?

Yoxsa “evini sat lotoreya al, çoxlu pul qazanacaqsan” təbliğatını aparmaq?//azerbaycanrealligi.com

Pozduran Dadaş, “Demirören Holding”, “Scientific Games” və milyonlar…

Pozduran Dadaş, “Demirören Holding”, “Scientific Games” və milyonlar…

Pozduran Dadaş, “Demirören Holding”, “Scientific Games” və milyonlar…

Pozduran Dadaş, “Demirören Holding”, “Scientific Games” və milyonlar…

Pozduran Dadaş, “Demirören Holding”, “Scientific Games” və milyonlar…


Oxunub: 180

Son xəbərlər

Qanla yazılan tarix - VİDEO

Bu kənddən savadlı şagird istəməyin... - REPORTAJ

İrəvanın “fındıq” taktikası... - Ohanesyandan şok faktlar

Ruslan Əliyev Mübariz İbrahimovun ev muzeyini ziyarət edib - FOTOLAR

Vilayət Quliyev etimadnaməsini Bosniya və Herseqovina liderinə təqdim edib

Saatlı rayon Polis şöbəsində şəhidlərin xatirəsi anılıb - FOTO

Kim Çen Inın ictimaiyyətdən gizlədiyi qızı var? — VİDEO

Baha benzin kimlərin MARAĞINDADIR? - ARAŞDIRMA

Arıqlama məhsullarında təhlükəli maddə AŞKARLANDI - RƏSMİ

“AzerGold” QSC Vətən müharibəsinə həsr olunmuş silsilə tədbirlər keçirib

"İcra Hakimiyyəti deyir ki, əvəzində sənə ev vermişik..." - Vətəndaş CANA DOYUB

"Türkiyənin daxili işlər naziri istefa verib" - KİV

Firsənd Qurbanov BU İŞİN ALTINDAN NECƏ ÇIXDI? - İLGİNC İDDİALAR...

Polşa səfərbərlikdən qaçan rusları qəbul etməyəcək

"Düşmənin baş qaldırdığını görsək, hərəkətə keçəcəyik" - Prezident

Sabah hava belə olacaq

Vüqar Qurbanov bu xəstəxanaya baş həkim TƏYİN ETDİ

"Qazaxıstan Kremllə təcili danışıqlar aparacaq" - Tokayev

Naxçıvana qarşı ERMƏNİ HƏMLƏSİ... - ARAŞDIRMA

Daha bir sığorta agentinin - LİSENZİYASI LƏĞV EDİLİB

Məktəb direktoru 140 manat maaş alan xadiməyə BELƏ DAĞ ÇƏKDİ - Prezidentə müraciət olundu

Elm və Təhsil Nazirliyinin idarəsi cari təmirə 3,5 milyon manat xərcləyəcək - TENDER

"Paşinyan KTMT-nin baş katibi ilə görüşdən imtina edib" - KİV

Neft yenidən bahalaşdı

Bu mənzillərin satış qaydası müəyyənləşdi - Əli Əsədovdan QƏRAR

“Tarif Şurası, kasıbları öldürməyin başqa yollarını axtarın” - Nura Suri

"Putin bu şəxsi Krım Federal Dairəsinə rəhbər təyin edəcək" - FOTO

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Bu gün Azərbaycanda Anım Günüdür

Bu gün Yupiter 59 ildən sonra Yerə ən yaxın məsafədə olacaq

Bütün xəbərlər