GEM-in direktoru Sara Həsənovanın arxasında hansı icra başçısı dayanır..? – Sara Həsənova barəsində “KİRPİ” yazsaydı…

DogruXeber.az: - Artıq medianın yazdığı ən kəskin, ən sərt yazılar belə hədəfdən yan keçir.

Atalar demişkən, dəyirman bildiyini eləyir, çaxçax başını ağrıdır.

Bəlkə də çoxlarına qəribə gələcək. Amma gəlin bəyənmədiyimiz sovet mediası ilə müstəqil mediamızı müqayisə edək.

Sovet dönəmində hansı məmurun adı Kirpi, ya da Mozalan jurnalına düşsəydi, onun ya partbileti əlindən alınardı, ya da ən yaxşı halda vəzifədən çıxarılmaqla canını qurtarmış olardı.

Bu gün isə müstəqil, azad mediamız hansısa məmur haqqında aylarla, bəzən illərlə faktlara söykənən yazılar dərc etsə də…

Nə medianı çağırıb soruşan olmur ki, nə yazırsan, nə də haqqında tənqidi yazılar dərc olunan məmur barəsində ölçü götürülmür.

Sözümüzün canı odur ki, medianın yazdıqları nəinki araşdırılmır, hətta medianın yazdıqları öz əleyhinə işə düşür.

Belə ki, media ya reket elean edilir, ya məhkəməyə verilir, ya da media rəhbəri həbs edilir.

Heç sovet dövründə eşitmişdinizmi, Kirpi, ya da Mozalan jurnalını hansısa məmur məhkəməyə versin..?

Sözün qısası, azadlıq, müstəqillik istədiyini yazmaq demək deyil. Əgər medianın yazdıqlarına dövlət qurumları heç bir reaksiya vermirsə, onda biz nə etməliyik?

Bu mənada, yəni təsir etmə mənasında tam əminliklə deyə bilərik ki, Kirpi jurnalı müstəqil mediamızdan daha azad idi. Bir daha deyirik ki, təsirinə görə…
Təsəvvür edirsiniz, az qala nazir səlahiyyətində olan şəxs, yəni Sara Həsənova barəsində dövrü mətbuat dayanmadan yazır. Onun barəsində yazılanları internet üzərindən toplayıb dərc etsələr 5 cildlik roman alınar. Amma bu boyda yazılanlara 1 cümləlik reaksiya varmı..?

Söhbət Səhiyyə Nazirliyinin tabeçiliyində olan Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktoru Sara Həsənovadan gedir.

Bir daha deyirik ki, bu adamın vəzifəsi səlahiyyətlərinə və təsir imkanlarına görə nazirdən, komitə sədrindən geri qalmır.

El arasında bir söz var ee…Nikolayı taxtda görüb, Lenini qundaxda…

Bəli, Sara Həsənova sabiq səhiyyə nazirləri Əli İnsanovu, Oqtay Şirəliyevi yola salıb, indi də yeni səhiyyə naziri Teymur Musayevi yola salmağa hazırlaşır.

Bəli, Sara Həsənova Əli İnsanovun yaxın adamı olub və onun dövründə Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin ( GEM ) direktoru olub.

Sonradan səhiyyə naziri Oqtay Şirəliyevin sevimlisinə çevrilib daha böyük vəzifəyə – Respublika Sanitar-Karantin Müfəttişliyinin ( SKM ) rəisi vəzifəsinə təyin olunub.

Hazırda isə Səhiyyə nazirliyinin tabeçiliyində olan Respublika Sanitar və Epidemiologiya Mərkəzinin direktorudur.

Sara Həsənovanın rəhbəri olduğu hər 3 dövlət qurumu ən böyük rüşvət və korrupsiya yuvası olub.

Qısaca qeyd edək ki, respublikaya gətirilən məhsullara setrifikatı Sara xanım verib, binaların tikintisində istifadə olunan materilların sanitar normalarına görə icazəni Sara xanım verib, biznesmenlərin gömrükdən keçməsi üçün yaşıl işığı Sara xanım yandırıb, dəyəri milyonlarla ölçülən saxta tenderlərə icazəni Sara xanım verib, avtomobil hissələrinin, yanacağın alınmasına Sara xanım icazə verib və nəticədə…

Sara Həsənova milyonlara sahib olub, övladını Avropada ən bahalı universitetdə oxutdurur, Avropada mülkləri, villaları, bahalı avtomobilləri və s.

Sara Həsənovanın ən həssas yeri isə bahalı içkilərdir.

Hətta deyilənə görə, yeni nazir əvəzi Teymur Musayev bu barədə ona xəbərdarlıq da edib.

Sara Həsənovanın keçirdiyi və milyonlar qazandığı saxta tenderlərin uzun siyahısını dərc etməyi artıq hesab edirik.

Hətta Sara Həsənovanın qurumun qaraj müdiri Yaşar müəllimlə bağlı məsələsini isə hüquq-mühafizə orqanlarının üzərinə buraxırıq.

Onu da qeyd edək ki, Sara Həsənova uzun illər ona mane olmaq istəyənləri zəhmli məmurla hədələyib.

Bu gün isə mətbuata daxil olan məlumatdan bəlli olur ki, Sara Həsənovanın arxasında bərk gedən icra başçılarından biri dayanır.

Həmin icra başçısının kimliyi və Sara Həsənovanı necə müdafiə etməsi barədə növbəti yazıda bəhs edəcəyik.

Bizi izləyin.//Gündəlik Bakı


Oxunub: 813

Son xəbərlər

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Azərbaycanda “Qidam” portalı yaradılacaq

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Tayvanda son sutkada 200-dən çox zəlzələ oldu

Deputat Kamaləddin Qafarovun MİLYONLUQ şirkəti CƏRİMƏLƏNDİ - SƏBƏB

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Orucovların 4 şirkəti bağlandı

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

9 və 28 mayda ardıcıl qeyri iş günləri olacaq? — Əmək Məcəlləsi nə deyir?

Kiyev işğal olunsa...

Kreml: Rusiya və Azərbaycan arasında ticari-iqtisadi potensialı genişləndirmək imkanları var

Rusiya klubunun futbolçusu fırıldaqçıların qurbanı olub

Latviya Ukraynaya qısamənzilli hava hücumundan müdafiə sistemləri göndərəcək

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub

Putin daha altı il qazandı: amma bu, nəyisə dəyişəcəkmi?

Bakıdakı 157 məktəbdə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq

Erməni istehkamçılar Aşağı Əskipara kəndində mina təmizləmə işlərinə başlayıblar

Azərbaycan Rusiya ilə dağ turizmi çərçivəsində əməkdaşlıq edəcək

Həqiqətənmi Gürcüstana təhdid var?..

"Azərbaycanın yaşayış məntəqələri uğrunda döyüşməyə hazırsız?" - Paşinyanın ofisi

Sabah yağış yağacaq, külək əsəcək

Sümbülə Əliyeva hakimlərdən sonra dövlət ittihamçısına da etiraz etdi

Paşinyan demarkasiya komissiyanın nəzdində yeni işçi qrup yaratdı

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Bütün xəbərlər