Kənd Təsərrüfatı Nazirliyinə meydan oxudu: - "Nazirliyin əməkdaşlarına dərs keçmişəm,arpa və buğdanın fərqini bilməyən..."

DogruXeber.az: - Kənd Təsərrüfatı Nazirliyi Aqrar Xidmətlər Agentliyinin işdən çıxarılan əməkdaşı Həsənov Naməddin Tofiq oğlu başda nazir İnam Kərimov olmaqla nazirlik əməkdaşlarına meydan oxuyur.

Faktinfo.az saytına pdf formasında göndərdiyi məktubunda Naməddin Həsənov Aqrar Xidmətlər Agentliyinin rəhbəri Rəşad Vahabzadənin ondan 25 min,Tərtər rayonunda isə sahibkara ayrılmış subsidiyanın 58 min manatını istəməkdə ittiham edir.Naməddin Həsənov irəli gedərək peşəkar mütəxəssislərin işdən çıxarıldığını,qeyri-peşəkarların Kənd Təsərrüfatı Nazirliyinin strukturlarına yerləşdirildiyini,nazirlik və onun tabeli qurumlarında rüşvət və korrupsiya hallarının baş alıb getdiyini,milyonların mənimsənildiyini,bu barədə dövlət qurumlarına,Respublika Baş Prokurorluğuna və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə yazdığını da qeyd edir.

Naməddin Həsənov:"Cəsarətlə bildirirəm ki,Respubilkada ən savadlı və peşəkar olan mütəxəssisəm.İxtisasım alim-aqranomdur,Bakı şəhərində Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına dərs keçmişəm.Savadsız,arpa və buğdanın fərqini bilməyən,ispanaqla çuğunduru bir-birindən fərqləndirməyən,Rəşad Vahabzadənin istədiyi 25 min manat rüşvəti verə bilmədiyimə görə,məni işdən çıxartdı.Hazırda Aqrar Xidmətlər Agentliyinə ixtisasca nefçi olan bu şəxs rəhbərlik edir."

Məktub dövlət orqanlarına,ölkə rəhbərliyinə,bir sıra deputatlara vəs. ünvanlandığından hələlik əhatəli şəkildə yazmırıq.
Qeyd edək ki,Aqrar Xidmətlər Agentliyinin işdən çıxarılan əməkdaşı Həsənov Naməddin Tofiq oğlu Tovuz rayonu Vahidli kənd sakinidir.Onun bir qardaşı Qarabağ uğrunda döyüşlərdə şəhid olub,digər qardaşı Qarabağ müharibəsi veteranıdır. Xəstə anasının və ailəsinin dolanışığını Aqrar Xidmətlər Agentliyindən aldığı 400 manat civarında məvaciblə təmin edirmiş.Hazırda işsizdir.
Faktinfo.az Naməddin Həsənovun sayta göndərdiyi videonu da xəbərə əlavə edir.Videoxəbər şikayətçi tərəfindən Xural Tv-yə göndərilmiş məktub əsasında hazırlanıb.


Oxunub: 137

Son xəbərlər

“Rahat” MTK sakinləri ÇƏTİN DURUMA SALIB... - TOTAL NARAZILIQ

"Diktatora ölüm" - İranda etirazlar yenidən başlayıb

"Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar" - Prezident

"Azərbaycan Avropa ölkələri üçün önəm daşıyan ölkədir" - İlham Əliyev

Rusiya lideri Ukraynanı danışıqlara ÇAĞIRDI

Qadın əməyi qadağan olunan iş yerləri azaldılır

Evlərin alqı-satqısına dair prosedur dəyişir

Apteklərdə yod qıtlığının səbəbi AÇIQLANDI

“Qaz sayğacı zədələndikdə abonent nə etməlidir?” — AÇIQLAMA

Bu şəxslər 5 ilədək azadlıqdan məhrum ediləcək

Prezident onlara ali xüsusi rütbələr verdi - SƏRƏNCAM

“Başı keçəldir, elə bilir ki, hər şeyi bilir” — Nazirə SƏRT İTTİHAM

Soydaşlarımız “qaynar qazan”da: ajiotaj, repressiya, ümidsizlik... - İLGİNC GƏLİŞMƏ

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Kriptovalyuta: Azərbaycanda qanuniləşdirilə bilər? - AKTUAL

Sabahdan Bakıda bal yarmarkası başlayır

Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilir

İlham Əliyev və Rumen Radev təkbətək görüşdü - FOTO

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi Balakəndə sakinlərlə görüş keçirib

Göygöl Milli Parkına publik hüquqi şəxs statusu veriləcək

Şəhid adının əbədiləşdirilməsi qaydasına yenidən baxılsın - TƏKLİF

İlham Əliyev Bolqarıstana getdi

Tofiq Yaqublunun saxlanılma səbəbi AÇIQLANDI (YENİLƏNİB)

Milli Məclis bir neçə sazişi təsdiqlədi

Tofiq Yaqublu saxlanıldı

Aliment Fondunun yaradılması təklif olundu

Milli Məclisin payız sessiyasının ilk iclası başladı

Cənubi Qafqaza HİND MÜDAXİLƏSİ... - NƏ ETMƏLİ?

Cənubi Qafqaza HİND MÜDAXİLƏSİ... - NƏ ETMƏLİ?

“Vaşinqtonda sülhdən danışır, Parisdə isə hərbi qarşıdurmaya hazırlanır” - NƏ BAŞ VERİR?

Bütün xəbərlər