Azərbaycanda süni UN BÖHRANI yaratmaqda kimlər maraqlıdır? – REAL VƏZİYYƏT

DogruXeber.az: - Unun qiyməti qalxmaqda davam edir. Mütəxəssislərin rəyinə görə, son 15 gündə bir kisə unun qiyməti 8-10 faiz bahalaşıb.

Taxıl biçinin yenicə başa çatdığı və yerli məhsulun bazar bol şəkildə çıxdığı bir vaxtda unun qiymətindəki bu artım nəylə bağlıdır?

Qeyd edək ki, BMT-nin baş katibi Antonio Quterreş dünən Kiyevdə olarkən bəyan etdi ki, ərzaqlıq buğdanın qiyməti son günlər dünya bazarında 8 faiz ucuzlaşıb”. Və qiymətlərdəki bu eniş qlobal ərzaq bazarlarının stabilləşməyə başladığının əlamətləri kimi qəbul edilir. Onu da əlavə edək ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksi iyul ayında 9% azalıb ki, bu da 2008-ci ildən bəri dünya bazarında qeydə alınan ən böyük azalmadır.

Çox təəssüf ki, dünyada ərzaqlıq buğdanın qiymətinin enməyə başladığı bir vaxtda Azərbaycanda unun qiyməti kəskin bahalaşıb. Ən qəribəsi də odur ki, bu gün Azərbaycanın iri un və çörək istehsalçıları birgə məlumat yayıblar. Yayılan məlumatda ölkə daxilində baş verən qiymət artımını dünyada gedən proseslərlə əlaqələndirirlər. Qəribəsi də odur ki, məlumatı yayanlar fikirlərini 2021-ci ildə baş verən qiymət artımı ilə əsaslandırmağa çalışırlar. Üstəlik, Beynəlxalq qurumların statistikasını təkzib edirlər.

Bəs həqiqət haradadır?

Məsələyə münasibət bildirən tanınmış iqtisadçı-ekspert Akif Nəsirli qeyd edib ki, bu çox məntiqsiz açıqlamalardır:

“Artıq bir neçə həftədir ki, ölkədə məqsədli şəkildə təbliğat aparılır ki, dünyada ərzaqlıq buğdanın qiyməti bahalaşır. Və buna görə də Azərbaycanda unun qiymətinin qalxması qaçılmazdır. Bu tamamilə blefdir, tamamilə dezinformasiyadır. Ona görə də taxıl idxalı həyata keçirən şirkətlərin gətirdikləri arqumentlərin heç bir iqtisadi əsası yoxdur. Əgər dünyada qiymət ucuzlaşırsa, bizdə niyə bahalaşmalıdır?!”

Tanınmış ekspert hesab edir ki, hökümət bu cür çağırışların, məlumatların qarşısını almalıdır:

“Bundan əlavə idxaldan asılığı azaltmaq üçün alternativ variantlar üzərində işi sürətləndirməliyik”.

Qeyd edək ki, Prezident İlham Əliyev Basqal qəsəbəsinə səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibəsində də qeyd edib ki, ölkəmizdə heç bir ərzaq qıtlığından söhbət gedə bilməz. Dünyada gedən iqtisadi böhranlar fonunda Azərbaycan dövləti ciddi təhlükəsizlik tədbirləri görüb və kifayət qədər ehtiyatımız və məhsuldarlığımız mövcuddurr.//Bizim.Media


Oxunub: 171

Son xəbərlər

Qanla yazılan tarix - VİDEO

Bu kənddən savadlı şagird istəməyin... - REPORTAJ

İrəvanın “fındıq” taktikası... - Ohanesyandan şok faktlar

Ruslan Əliyev Mübariz İbrahimovun ev muzeyini ziyarət edib - FOTOLAR

Vilayət Quliyev etimadnaməsini Bosniya və Herseqovina liderinə təqdim edib

Saatlı rayon Polis şöbəsində şəhidlərin xatirəsi anılıb - FOTO

Kim Çen Inın ictimaiyyətdən gizlədiyi qızı var? — VİDEO

Baha benzin kimlərin MARAĞINDADIR? - ARAŞDIRMA

Arıqlama məhsullarında təhlükəli maddə AŞKARLANDI - RƏSMİ

“AzerGold” QSC Vətən müharibəsinə həsr olunmuş silsilə tədbirlər keçirib

"İcra Hakimiyyəti deyir ki, əvəzində sənə ev vermişik..." - Vətəndaş CANA DOYUB

"Türkiyənin daxili işlər naziri istefa verib" - KİV

Firsənd Qurbanov BU İŞİN ALTINDAN NECƏ ÇIXDI? - İLGİNC İDDİALAR...

Polşa səfərbərlikdən qaçan rusları qəbul etməyəcək

"Düşmənin baş qaldırdığını görsək, hərəkətə keçəcəyik" - Prezident

Sabah hava belə olacaq

Vüqar Qurbanov bu xəstəxanaya baş həkim TƏYİN ETDİ

"Qazaxıstan Kremllə təcili danışıqlar aparacaq" - Tokayev

Naxçıvana qarşı ERMƏNİ HƏMLƏSİ... - ARAŞDIRMA

Daha bir sığorta agentinin - LİSENZİYASI LƏĞV EDİLİB

Məktəb direktoru 140 manat maaş alan xadiməyə BELƏ DAĞ ÇƏKDİ - Prezidentə müraciət olundu

Elm və Təhsil Nazirliyinin idarəsi cari təmirə 3,5 milyon manat xərcləyəcək - TENDER

"Paşinyan KTMT-nin baş katibi ilə görüşdən imtina edib" - KİV

Neft yenidən bahalaşdı

Bu mənzillərin satış qaydası müəyyənləşdi - Əli Əsədovdan QƏRAR

“Tarif Şurası, kasıbları öldürməyin başqa yollarını axtarın” - Nura Suri

"Putin bu şəxsi Krım Federal Dairəsinə rəhbər təyin edəcək" - FOTO

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Bu gün Azərbaycanda Anım Günüdür

Bu gün Yupiter 59 ildən sonra Yerə ən yaxın məsafədə olacaq

Bütün xəbərlər