Başlandı! Hakimiyyət 2023-də erkən seçkiyə gedir - sensasion hazırlıq

DogruXeber.az: - Azərbaycanda son parlament seçkilərinin nəticələri hakimiyyətin yeni elitasının ürəyincə olmamışdı. Bunu aşkar büruzə verməsələr də, siyasi kluarlarda gedən müzakirələr, edilən giley-güzar gəlib medianın qulağına çatırdı və məlum olurdu ki, köhnə qvardiya seçkiyə öz təsirlərini kifayət qədər göstərə bilib. Elə təsadüfi deyil ki, parlamentə düşən deputatların 80 nəfəri köhnə üzvlər idi və cəmi 45 yeni mandat sahibi oldu. Bu da təsadüfi deyildi, çünki hakimiyyət daxilində Ramiz Mehdiyev faktoru güclü idi və hələ də proseslərə təsir edə bilirdi. Ona görə Mehdiyev klanı yenə öz bildiyini etmiş, yenə öz adamlarını parlamentə buraxmışdı. Nəticə nə idi - Milli Məclis dəyişmədi, iqtidardan gözləntilər özünü doğrultmadı, parlament yenə nüfuzu olmayan, deputatların çıxışları cəmiyyətdə qıcıq doğuran bir yer olaraq qaldı. O zaman Mehdiyev son akkordlarını vururdu və hakimiyyət içində nəyə qadir olduğunu mesaj verirdi. Amma onun vəzifədən uzaqlaşdırılması, ruspərəst qrupların neytrallaşdırılması, 5-ci kolon şəbəkəsinin xeyli dərəcədə zərərsizləşdirilməsi əvvəlcə Vətən müharibəsini rahat şəkildə aparmağa kömək etdi, ardınca köhnə qvardiyanı son 2 il içində tamamilə silib-süpürüb, təmizləməyə gətirib çıxardı. Anaxeber.info bildirir ki, Mehdiyev erasının tam süqutu hakimiyyətin yeni komandasına və prezidentə indi qalan digər məsələləri də həll etməyə imkan verir. Bu da təbii ki, ilk növbədə parlament dəyişməsidir. Mehdiyevin son seçkiyə kobud müdaxiləsi, adamlarının çoxunu ora təzədən yerləşdirməsi indi onun gedişindən sonra əsas yaradır ki, oxşar təmizləmələr parlamentdə aparılsın. Sadəcə, postmüharibə dövrü, bölgədə gedən bir sıra qaynar proseslər, regiondakı gərginlik, Qarabağla bağlı hələ tam həll olmayan məsələlər, Rusiya ilə münasibətlər, o cümlədən də pandemiya hakimiyyəti gözləməyə məcbur etdi. İqtidar xarici gözlərin bu bölgədə olduğu, həssas dövrdə erkən seçkiyə getməkdən ehtiyat etdi. Əslində, kifayət qədər məntiq də var və ən azı 2 ildən çox gözləmək lazım gəldi. İndisə artıq zaman yetişir və Anaxeber.info-ya mötəbər mənbələrdən gələn məlumatlara görə, hakimiyyət növbədənkənar parlament seçkilərinə gedir. Mənbə seçkinin tarixi ilə bağlı qeyd edir ki, 2023-cü ilə nəzərdə tutulur. Daha konkretləşdirsək, yanvarda seçki təyin oluna, fevralda keçirilə bilər. Buna zərurətin səbəblərini də sadaladıq: Milli Məclisin üzvlərinin çoxunun mehdiyevçilər olması, yeni nazir və başçıların təzə komandaya aid olması kimi parlamentin tərkibinin də oxşar təşkili, deputatların xalqın gözündən düşməsi, Milli Məclisin nüfuzunu özünə qaytarmaq, müxalifətə müəyyən yer vermək deputat sayını artırmaq, proporsional seçki sistemini bərpa etmək və mojaritarla bərabər tətbiq etmək erkən seçkiyə aparan amillərdir. Ümumilikdə ölkədə siyasi sistem dəyişir, hökumət tam yenilənir, köhnələr az-az qalıb ki, onlar da yola salınacaq və beləcə niyə də parlament dəyişməsin?! Ona görə gələn xəbərlərə görə, yeni ilin əvvəlində hakimiyyət erkən seçkiyə hazırlaşır. Nəzərə alaq ki, 8 deputat yeri də boşdur və MSK sədri Məzahir Pənahovun bununla bağlı bir müddət əvvəl açıqlaması olmuşdu. O, boş qalan yerlərə təkrar seçki olacağını açıqlasa da, hələ də 8 yerin seçkisi keçirilmir və deməli, hakimiyyət ümumən seçkiyə getməyə hazırlaşır. Eyni zamanda bu ehtimalları gücləndirən xəbərlər seçki dairələrinin sayının artırılması, azad edilən ərazilər üzrə də yeni məntəqələrin yaradılmasıdır. Əslində, proseslər bir qədər sürətli getsəydi, rəsmi Bakı Xankəndini götürsəydi, parlamentə vətəndaşlığı qəbul edən erməni deputatın da düşməsi istisna deyildi, lakin indi bundan danışmaq tezdir. Bir sözlə, yeni seçki qoxusu gəlir və ölkədə siyasi bir canlanma olacaq. Artıq postmüharibə dövrünün bir sıra riskləri də geridə qalıb, Laçın dəhlizini götürmüşük, Rusiyanın başı Ukraynaya qarışıb və belə stabil zamanda gələn ilə erkən seçk əi keçirmək, parlamentin ən azı 85 faizini yeniləmək mümkündür. Yeri gəlmişkən, referendum müzakirələri də gündəmdədir. Əgər proporsional seçki sistemi tətbiq olunacaqsa, deputat yerlərinin sayı artırılacaqsa, seçkiyə qədər dərhal referendum olmalıdır. Payızda referendum olması da istisna edilmir. Habelə icra hakimiyyətləri və idarəetmə ilə bağlı bir sıra sistematik dəyişikliklər bizi qabaqda gözləyir. Parlamentdə təmsil olunan millət vəkillərinin sayı 125 nəfər majoritar qaydada saxlanılmaqla, proporsional seçki ilə əlavə 50 nəfər artırılacaq. Beləliklə, deputatların sayının qanun layihəsində 175 nəfərə çatdırılması nəzərdə tutulur.Qarabağ müharibəsindən sonra Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, eləcə də seçki və siyasi partiyalarla bağlı bəzi boşluqların olması hökuməti konstitusiyada dəyişiklik aparmağa məcbur edir. Bəzi analitiklər isə hesab edirlər ki, əgər yaxın aylarda Sərsəng, Xocavənd və Xocalı istiqamətlərində hərbi əməliyyatlar olmazsa, payızda Azərbaycanda referendum keçiriləcək və konstitusiyaya dəyişiklik ediləcək. //Anaxeber.info//


Oxunub: 286

Son xəbərlər

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

"Prius"un qiyməti kəskin ucuzlaşdı

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

Pensiya və müavinətlər artırıla bilər - VİDEO

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

İsrail xəstəxanadakı 200 nəfəri edam edib

Bu günə olan valyuta məzənnələri

Azərbaycan nefti bahalaşdı

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar - VİDEO

AMEA-nın professoru vəfat etdi

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib?

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Taksilərdə videokameralar quraşdırılacaq

Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?

Bakıda bu evlər bahalaşıb

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Kreml yeni oyuna başlayır: Hədəf Mərkəzi Asiyadır - ŞƏRH

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Tanınmış iş adamının faciəli şəkildə ölən oğlu məhkəməyə verildi

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir - VİDEO

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Quru sərhədləri Azərbaycan vətəndaşları üçün açılmalıdır - ÇAĞIRIŞ

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Bakıda 17, bölgələrdə 20 dərəcə isti olacaq - HAVA PROQNOZU

Bütün xəbərlər