Manat üçün ucuz dövr başlayır? - BÖHRAN QAPIDA

DogruXeber.az: - ABŞ-ın Mərkəzi Bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FED) hakimiyyət orqanları ölkədə inflyasiyanın əhəmiyyətli dərəcədə azalmasını qeydə alana qədər uçot dərəcəsini artırmağa davam etmək niyyətindədir.

Bu barədə FED-in açıq bazar üzrə rəhbər komitəsinin iyulun 26-27-də keçirilən iclası ilə bağlı açıqlanan məlumatda yer alıb:

“İnflyasiya komitənin hədəfindən xeyli yüksək olaraq qaldığı üçün (2% - Red), iclas iştirakçıları belə qənaətə gəliblər ki, faiz dərəcəsini artırmaqda davam etmək lazımdır”.

Sentyabrın 20-21-də keçiriləcək növbəti iclasda uçot dərəcəsinin hansı səviyyəyə qaldırılacağı sənəddə deyilmir. Analitiklər uçot dərəcəsinin 0,5 faiz artacağını gözləyirlər. FED rəhbərliyi bildirib ki, hazırda uçot dərəcəsi “neytral səviyyədə”dir ki, bu da ölkədə iqtisadi fəallığı məhdudlaşdırmır.

Protokollarda vurğulanır ki, maliyyə tənzimləyicisi öz hərəkətlərinin inflyasiyaya təsirini müəyyən edərsə, uçot dərəcəsinin daim artırılmasını dayandırmağa hazırdır:

“İclas iştirakçıları təklif etdilər ki, pul siyasəti daha da sərtləşdikcə, məcmu siyasətə düzəlişlərin iqtisadi aktivliyə və inflyasiyaya təsirini qiymətləndirərkən müəyyən məqamlarda faiz artımının sürətini azaltmaq məqsədəuyğun ola bilər”.

Bundan əvvəl ABŞ Əmək Nazirliyi ölkədə istehlak qiymətlərinin iyul ayında illik ifadədə 8,5% artdığını bildirmişdi. FED inflyasiya ilə mübarizə məqsədilə iyul ayında ardıcıl ikinci dəfə uçot dərəcəsini artırdı. Qeyd edək ki, FED-in uçot dərəcəsi ilə bağlı dəyişikliyi ölkələrin milli valyutalarına təsirsiz ötüşmür. Növbəti dəyişikliklə milli valyutaları, o cümlədən Azərbaycan manatını nə gözləyir?

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cümhuriyət”ə bildirib ki, FED tərəfindən inflyasiya ilə bağlı uçot dərəcəsinin artırılması tam gözlənilədir:

“Ancaq paralel olaraq neftin də qiyməti kifayət qədər yüksəkdir. Son dövrlər neftin qiyməti bir qədər düşüb. Bununla yanaşı, nəzərə alsaq ki, bizim valyuta gəlirlərimiz neftə, qaza görə dollarladır, dollar isə dünyada bahalaşacaq, bunun manata təsiri yoxdur. Bu baxımdan manatın məzənnəsində ən azı bu ilin sonuna kimi heç bir dəyişiklik ola bilməz”.

Ekspert bildirib ki, bu gün ölkəmizin valyuta ehtiyatları kifayət qədər çoxdur:

“Neftin qiymətinin artmasına görə valyuta ehtiyatlarımız xeyli artıb. Bu baxımdan qarşıdakı dövrdə manat üçün təhlükə yoxdur”.


Oxunub: 122

Son xəbərlər

Qanla yazılan tarix - VİDEO

Bu kənddən savadlı şagird istəməyin... - REPORTAJ

İrəvanın “fındıq” taktikası... - Ohanesyandan şok faktlar

Ruslan Əliyev Mübariz İbrahimovun ev muzeyini ziyarət edib - FOTOLAR

Vilayət Quliyev etimadnaməsini Bosniya və Herseqovina liderinə təqdim edib

Saatlı rayon Polis şöbəsində şəhidlərin xatirəsi anılıb - FOTO

Kim Çen Inın ictimaiyyətdən gizlədiyi qızı var? — VİDEO

Baha benzin kimlərin MARAĞINDADIR? - ARAŞDIRMA

Arıqlama məhsullarında təhlükəli maddə AŞKARLANDI - RƏSMİ

“AzerGold” QSC Vətən müharibəsinə həsr olunmuş silsilə tədbirlər keçirib

"İcra Hakimiyyəti deyir ki, əvəzində sənə ev vermişik..." - Vətəndaş CANA DOYUB

"Türkiyənin daxili işlər naziri istefa verib" - KİV

Firsənd Qurbanov BU İŞİN ALTINDAN NECƏ ÇIXDI? - İLGİNC İDDİALAR...

Polşa səfərbərlikdən qaçan rusları qəbul etməyəcək

"Düşmənin baş qaldırdığını görsək, hərəkətə keçəcəyik" - Prezident

Sabah hava belə olacaq

Vüqar Qurbanov bu xəstəxanaya baş həkim TƏYİN ETDİ

"Qazaxıstan Kremllə təcili danışıqlar aparacaq" - Tokayev

Naxçıvana qarşı ERMƏNİ HƏMLƏSİ... - ARAŞDIRMA

Daha bir sığorta agentinin - LİSENZİYASI LƏĞV EDİLİB

Məktəb direktoru 140 manat maaş alan xadiməyə BELƏ DAĞ ÇƏKDİ - Prezidentə müraciət olundu

Elm və Təhsil Nazirliyinin idarəsi cari təmirə 3,5 milyon manat xərcləyəcək - TENDER

"Paşinyan KTMT-nin baş katibi ilə görüşdən imtina edib" - KİV

Neft yenidən bahalaşdı

Bu mənzillərin satış qaydası müəyyənləşdi - Əli Əsədovdan QƏRAR

“Tarif Şurası, kasıbları öldürməyin başqa yollarını axtarın” - Nura Suri

"Putin bu şəxsi Krım Federal Dairəsinə rəhbər təyin edəcək" - FOTO

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Bu gün Azərbaycanda Anım Günüdür

Bu gün Yupiter 59 ildən sonra Yerə ən yaxın məsafədə olacaq

Bütün xəbərlər