"Vasif Talıbova teleqram vurdum, dedilər, ya şöbəyə gəl, ya da çox pis olacaq" - Naxçıvanda NARAZILIQ

"DogruXeber.az" xəbər verir ki, Şərur rayon sakini Kazım Qurbanov Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova şikayət teleqramı göndərdikdən dərhal sonra polisə çağrılıb.

Bu barədə “Gündəlik Naxçıvan” Kazım Qurbanovun özü məlumat verib məlumat verib.

Düdəngə kəndindən olan Kazım Qurbanov daha əvvəlki müraciətində əmlakının qanunsuz söküldüyünü iddia edirdi. Onun sözlərinə görə, 30 əvvəl tikilmiş, qanuni sənədləşdirilmiş evinin divarı və hasarının bir hissəsi məhkəmə qərarı olmadan sökülüb.

Şikayətçinin sözlərinə görə, Şərur rayon Polis Şöbəsində onu rəis və prokurorluq işçiləri bir saata yaxın dindiriblər:

“Üzləşdiyim qanunsuzluğun aradan qaldırılması xahişi ilə avqustun 15-də Vasif Talıbova teleqram vurdum. Üstündən bir saat keçməmiş, sahə müvəkkili zəng vurdu ki, izahat üçün polisə gəlməliyəm. Rəsmi çağırış tələb etsəm də, məhəl qoymadı. Dedi ki, ya şöbəyə gəlməliyəm, ya da mənim üçün çox pis olacaq. Məcbur qalıb polis şöbəsinə getdim. Ali Məclisə niyə teleqram vurduğumu soruşdular. Mənə dedilər ki, problemi içtimailəşdirməyim, mətbuata açıqlama verməyim nə mənim üçün, nə də Naxçıvan üçün yaxşıdır. Mən isə haqqımı tələb etdiyimi bildirdim, aramızda mübahisə yarandı. Sonda dedilər ki get, gəlib maraqlanacağıq. Mənimlə təhdidlə danışırdılar”.

Kazım Qurbanov qeyd edib ki, hüquqlarını Naxçıvanda bərpa edə bilməsə, Bakıda Prezident Aparatının qarşısında etiraz aksiyası keçirəcək.


Oxunub: 200

Son xəbərlər

“Rahat” MTK sakinləri ÇƏTİN DURUMA SALIB... - TOTAL NARAZILIQ

"Diktatora ölüm" - İranda etirazlar yenidən başlayıb

"Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar" - Prezident

"Azərbaycan Avropa ölkələri üçün önəm daşıyan ölkədir" - İlham Əliyev

Rusiya lideri Ukraynanı danışıqlara ÇAĞIRDI

Qadın əməyi qadağan olunan iş yerləri azaldılır

Evlərin alqı-satqısına dair prosedur dəyişir

Apteklərdə yod qıtlığının səbəbi AÇIQLANDI

“Qaz sayğacı zədələndikdə abonent nə etməlidir?” — AÇIQLAMA

Bu şəxslər 5 ilədək azadlıqdan məhrum ediləcək

Prezident onlara ali xüsusi rütbələr verdi - SƏRƏNCAM

“Başı keçəldir, elə bilir ki, hər şeyi bilir” — Nazirə SƏRT İTTİHAM

Soydaşlarımız “qaynar qazan”da: ajiotaj, repressiya, ümidsizlik... - İLGİNC GƏLİŞMƏ

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Kriptovalyuta: Azərbaycanda qanuniləşdirilə bilər? - AKTUAL

Sabahdan Bakıda bal yarmarkası başlayır

Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilir

İlham Əliyev və Rumen Radev təkbətək görüşdü - FOTO

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi Balakəndə sakinlərlə görüş keçirib

Göygöl Milli Parkına publik hüquqi şəxs statusu veriləcək

Şəhid adının əbədiləşdirilməsi qaydasına yenidən baxılsın - TƏKLİF

İlham Əliyev Bolqarıstana getdi

Tofiq Yaqublunun saxlanılma səbəbi AÇIQLANDI (YENİLƏNİB)

Milli Məclis bir neçə sazişi təsdiqlədi

Tofiq Yaqublu saxlanıldı

Aliment Fondunun yaradılması təklif olundu

Milli Məclisin payız sessiyasının ilk iclası başladı

Cənubi Qafqaza HİND MÜDAXİLƏSİ... - NƏ ETMƏLİ?

Cənubi Qafqaza HİND MÜDAXİLƏSİ... - NƏ ETMƏLİ?

“Vaşinqtonda sülhdən danışır, Parisdə isə hərbi qarşıdurmaya hazırlanır” - NƏ BAŞ VERİR?

Bütün xəbərlər