gundem / sosial / hadise / Cəmiyyət
22.08.2022, 13:20
Laçında 2 hərbçimiz MİNAYA DÜŞDÜ
Laçında iki hərbçimiz minaya düşüb.
"DogruXeber.az" xəbər verir ki, bu barədə Qubadlı Hərbi Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə bağlı Qubadlı hərbi prokurorluğunda araşdırma aparılır.