Azərbaycan komandası 1 qızıl və 1 bürünc medal qazandı

Rumıniyada keçirilən 28 avqust-3 sentyabrda Yeniyetmələrin Balkan İnformatika Olimpiadasında (JBOI 2022) ölkənin aparıcı mobil operatoru "Azercell Telekom" MMC-nin dəstəklədiyi Azərbaycan komandası yüksək nəticə nümayiş etdirib.

"DogruXeber.az" xəbər verir ki, bu beynəlxalq bilik yarışmasında ilk dəfə çıxış edən məktəblilərimiz 1 qızıl və 1 bürünc medal, əlavə olaraq 2 həvəsləndirici mükafat qazanıblar.

JBOI 2022 olimpiadasında qızıl medala Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 10-cu sinif şagirdi Fuad Qarayev, bürünc medala isə “Ankara məktəbi” məktəb-lisey kompleksinin 9-cu sinif şagirdi Əli Əliyev sahibləniblər. Quba Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 10-cu sinif şagirdi Fərid Tarıverdiyev və Fizika riyaziyyat və informatika təmayüllü respublika liseyinin 10-cu sinif şagirdi Şahin Ələkbərli isə yarışmanın həvəsləndirici mükafatına layiq görülüblər.

Qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq yarışlara hazırlıq prosesi "Azercell Telekom"un Elm və Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində ölkəmizi təmsil edən istedadlı məktəblilərimiz müxtəlif miqyaslı beynəlxalq olimpiadalarda uğurla çıxış edərək 2 qızıl, 10 gümüş, 25 bürünc olmaqla, ümumilikdə 37 medal qazanıblar. Azercell şirkəti Azərbaycanda təhsilin inkişafına və gənclərin potensialının üzə çıxarılmasına xidmət edən layihələri dəstəkləməkdə davam edəcək.


Oxunub: 155

Son xəbərlər

Naxçıvanın məşhur daxili işlər naziri azadlığa buraxıldı

"Jurnalistlər qonaq deyil" - Sahibə Qafarova

Bakıda sahilə yaxın ərazidəki qurğu yanır

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi

“Nar” NETTY 2022 milli internet mükafatının əsas tərəfdaşıdır

Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq

"Azərpoçt” MMC karqo xidmətini istifadəyə verdi

NATO Baş katibi İrana xəbərdarlıq etdi

"Təəssüf ki, bu gün siyasi partiyalardan danışanda..." - Komitə sədri

Ermənistanda iki deputat mantadından istefa verdi

Ev alanlara ƏDV necə qaytarılacaq? - AÇIQLAMA

"Dərsə gəlməmək 10 manatdır" - Daha bir direktorun SƏS YAZISI

Naxçıvan Baş Gömrük İdarəsinə rəis vəzifəsi ona həvalə olundu

“Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirə olunur

Bu dövlət rüsumu ləğv edilir

Rusiyada Hesablama Palatasının rəhbəri istefa verdi

Qanunsuz ov edənlər cəzalandırıldı

İlham Əliyev tatarıstanlı həmkarı ilə görüşdü

Əcnəbi tələbələr universitetdən QOVULDU - SƏBƏB

Düşmən Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalıdakı mövqelərimizi ATƏŞƏ TUTDU

İlham Əliyev ərəb naziri qəbul etdi

Yelena Zelenski Rişi Sunakın xanımı ilə görüşdü

Kərim Vəliyev Pentaqon rəsmisi ilə görüşdü

DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı

Azərbaycan nefti ucuzlaşdı

Həbsdə olan general müalicə müəssisəsinə yerləşdirildi

"Mənə iş və pay torpağı vermək üçün məndən rüşvət istəyirlər" - Müharibə veteranı canlı efirdə belə dedi // VİDEO

Rusiya hərbi peyk buraxdı

İran Rusiya ilə 300 milyonluq müqavilə imzaladı

Bütün xəbərlər