gundem / Cəmiyyət
13.09.2022, 17:17
Şahin Bağırov generalın yerinə onu TƏYİN ETDİ
Dövlət Gömrük Komitəsində yeni təyinat olub.
"DogruXeber.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun imzaladığı əmrlə Aslanov Fuad Mikayıl oğlu Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi təyin olunub.
Qeyd edək ki, sözügedən idarənin eks-rəisi gömrük xidməti general-mayoru Təmkin Xəlilov bir müddət əvvəl təqaüdə göndərilib.