Heydər Əliyev Fondunun təşəbbüsü və “AzerGold” QSC-nin dəstəyi ilə  Daşkəsəndə inşa edilən yeni məktəb binası istifadəyə verilib

"DogruXeber.az" xəbər verir ki, Heydər Əliyev Fondunun və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) növbəti birgə irimiqyaslı korporativ sosial məsuliyyət layihəsi çərçivəsində Daşkəsən
rayonunun “Çovdar” yatağının yaxınlığında, dağətəyi Quşçu qəsəbəsində yerləşən Səlmixan İsgəndərov adına tam orta məktəbin yeni inşa edilmiş modul tipli binası
istifadəyə verilib.

Yeni tədris ilində təşkil edilən tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov, Heydər
Əliyev Fondunun nümayəndəsi Şamil Əzizov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayonu üzrə təhsil sektorunun müdiri Elmir Cəfərov, məktəbin
direktoru Elmira Cəlilova və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbirdə 2022-2023-cü tədris ilinin başlanması münasibətilə dövlət himni səsləndirilib. Daha sonra 13-14 sentyabr tarixlərində baş verən növbəti düşmən
təxribatlarının qarşısını alarkən şəhid olmuş hərbçilərin, eləcə də ölkəmizin müdafiəsi uğrunda həlak olmuş bütün vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev yeni məktəb binasında müəllimlərin tədris prosesini həyata keçirməsi, şagird və tələbələrin
yüksək səviyyədə təhsil almaları üçün zəruri şəraitin yaradıldığını qeyd edib. Əhəd Abıyev gələcəyimiz olan yeniyetmə və gənclərin onlar üçün yaradılan bu imkanlardan maksimum faydalanmalarını tövsiyyə edib, layiqli vətəndaş və ixtisaslı kadr kimi yetişərək, gələcəkdə öz bilik və bacarıqlarını ölkəmizin bütün sahələrdə davamlı uğurları üçün səfərbər etmələrini arzulayıb.

Daha sonra çıxış edən Oqtay Məmmədov yeni istifadəyə verilən məktəb binasının müasir təhsil standartlarına cavab verdiyini bildirib. Sədr müavini çıxışında əsası ulu
öndər Heydər Əliyev tərəfindən qoyulan milli təhsil siyasətinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Bunun bariz təzahürü olaraq son illər təhsil sahəsində mühüm islahatların həyata keçirildiyi, paytaxt Bakı və regionlarda yeni məktəb binaları və digər təhsil təyinatlı obyektlərin inşa və əsaslı təmir olunduğu diqqətə çatdırılıb. O.Məmmədov QSC adından sözügedən yeni məktəb binasının tikintisinə və çoxsaylı sosial layihələrin icrasına
göstərdiyi təşəbbüs və dəstəyə görə Heydər Əliyev Fonduna minnətdarlıq edib.
Heydər Əliyev Fondunun Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə konseptual təhsil strategiyasının həyata keçirilməsinə töhfələr verdiyini qeyd edən Şamil Əzizov Fondun yeni məktəblərin tikintisi, əsaslı təmir olunması, maddi-texniki bazasının gücləndirilməsi, zəruri avadanlıqlarla təchiz olunması istiqamətində reallaşdırdığı layihələrdən danışıb, Fond tərəfindən hazırda da bu istiqamətində intensiv fəaliyyət aparıldığını diqqətə çatdırıb.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayonu üzrə təhsil sektorunun müdiri Elmir Cəfərov yeni tədris binasında yaradılmış şəraitin təhsilin
keyfiyyətinin yaxşılaşdırılmasına öz töhfəsini verəcəyinə əmin olduğunu qeyd edib.

Təşəbbüsə və dəstəyə görə Heydər Əliyev Fondu və “AzerGold” QSC-yə təşəkkür edən təhsil ocağının direktoru Elmira Cəlilova hər cür inventar və avadanlıqlarla təmin olunan məktəbdə şagirdlərin yüksək səviyyədə bilik alması üçün bütün imkanlardan səmərəli istifadə ediləcəyini diqqətə çatdırıb.

Sonda çıxış edən Bəhlul İsgəndərov qardaşı şəhid Səlmixan İsgəndərovun adını daşıyan orta məktəbin yeni binasının istifadəyə verilməsinin təhsilin inkişafına böyük
töhfə olmaqla yanaşı, qardaşının ruhuna hörmət və ehtiramın ifadəsi olduğunu bildirib.

Daha sonra qonaqlar modul tipli məktəb binası ilə tanış olub, tədrisin ilk günündə siniflərdə keçirilən dərs prosesini izləyiblər. Qeyd edilib ki, Quşçu qəsəbəsində müəllim və şagirdlərinin istifadəsinə verilən yeni məktəb binası 80 şagird yerlik tədris ocağında 10 sinif otağı, 1 müəllimlər otağı, 1 kitabxana və sanitar qovşaq mövcuddur. Tədris prosesi üçün zəruri avadanlıqlar, internet şəbəkəsi, kompüter, mebel və digər inventarlarla təchiz olunan məktəbdə 55 şagird təhsilini davam etdirəcək.

Xatırladaq ki, “AzerGold” QSC fəaliyyətə başladığı dövrdən etibarən aktiv hasilat həyata keçirdiyi “Çodar” qızıl mədəninin yaxınlığında yerləşən qəsəbə və kəndlərdə
mütəmadi olaraq sosial layihələr reallaşdırır. Bölgədə Heydər Əliyev Fondunun dəstəyi ilə ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq və s. istiqamətlər üzrə çoxsaylı layihələr icra edilir.

Oxunub: 365

Son xəbərlər

Bu günə olan valyuta məzənnələri

Modinin müşaviri Rusiyaya gedir

Yenidən Əlcəzairin prezidenti seçildi

Sabah 34 dərəcə isti olacaq

Prezidentdən hərbi qulluqçulara verilən güzəştli kreditlərlə bağlı FƏRMAN

Ədliyyə Nazirliyi bu səlahiyətini itirdi

Qırğızıstanda KTMT-nin təlimləri başladı, Ermənistan iştirak etmir

Rusiya aldığı raketlərin əvəzinə İrana nə ödəyə bilər? - ISW müəyyənləşdirdi

Türk dünyasının daxili işlər nazirləri gələn il Azərbaycanda toplanacaq

Ermənistan Putinin həbsi ilə bağlı bəyannamədən imzasını geri götürdü

Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş

Əkbər Abbasov hər il Lerikdə eyni şirkətdə yol təmir etdirir

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Bakı merinin xidməti maşını sürücülərin yolunu kəsdi və...

Zamirə Hacıyeva Xəqani Bəşirovlə əlbir olub milyardları necə xaricə axıdıb - FOTO

Avropa ölkələri ilə “yaşıl enerjinin” inkişafı və ötürülməsi layihəsinin Azərbaycana xeyiri nə olacaq?

Yasamal icra Başçısı sakinlərlə görüşdü, sual və müraciətlərinə ətraflı cavablar verdi - FOTO

COP29-a hazırlıq prosesinə dair diplomatik korpusun üzvləri üçün ikinci brifinq keçirilib

İdmançımız Parisdə Azərbaycana 4-cü qızıl medalı qazandırdı

Məşhur bankir Əmanətlərin Sığortalanması Fondunu məhkəməyə verdi

İranın Zəngəzurla bağlı məntiqsiz açıqlamaları: Nə baş verir?

Polkovnik Həziyev haqda yeni qərar

Sabah da külək əsəcək

Ali Radanın binasına PUA hücumu edildi

Dövlət Su Ehtiyatları Agentliyində yeni təyinat oldu

Azərbaycanda toyuq ətinin qiyməti bahalaşdı - VİDEO

Nazirlik "Asfalt Raqib"lə bacarmır, yoxsa şərikdir? - FOTO

Çindən Azərbaycana avtomobil gətirən şirkətlər Rusiya sərhəddindən niyə buraxılmır? - VİDEO

Firon II Ramzesin qılıncı tapıldı

Azərbaycanın amfibiya təyyarəsi İzmir-Berqama istiqamətində meşə yanğınlarına cəlb olundu - VİDEO

Bütün xəbərlər