"Azəriqaz"la "Azəristiliktəchizat" arasında yeni razılıqlar əldə edilib

SOCAR “Azəriqaz” İstehsalat Birliyi və “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin (ASC) rəhbər şəxsləri arasında görüş keçirilib.

"DogruXeber.az" xəbər verir ki, görüş zamanı bir sıra mühüm məsələlər müzakirə olunub. “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini icra edən İlham Mirzəliyev bəzi proseslərin qarşılıqlı razılaşma yolu ilə icra olunmasına dair çıxış edib. O, cari ayın sərfinin müəyyən olunması üçün sayğac göstəricilərinin növbəti ayın ilk 5 günündə götürülməsi təklifini irəli sürüb. SOCAR “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev bu məsələdə lazımi dəstəyin veriləcəyini diqqətə çatdırıb.

Bundan əlavə, sayğaclar dövlət yoxlamasından keçirilən zaman “Azəristiliktəchizat” ASC-nin nümayəndəsinin də bu prosesdə iştirakının təmin olunması ilə bağlı müraciət olunub. Birlik rəhbəri bunun hər bir istehlakçının hüququ olduğunu qeyd edərək, istənilən müraciətin Birlik tərəfindən təmin edildiyini vurğulayıb.

Ruslan Əliyev son aylarda “Azəristiliktəchizat” tərəfindən ödənişlərdə böyük tendensiyanın olduğunu qeyd edib. Baş direktor SOCAR “Azəriqaz” İB tərəfindən 2022-2023-cü illər üzrə istilik mövsümündə qazanxanaların mavi yanacaqla təmin olunmasında heç bir problemin olmadığını deyib. Sonda hər iki qurumun daxilində yaradılan komissiyaya sual doğuran digər məsələlərin birgə həllinin tapılmasına dair tapşırıq verilib. Eyni zamanda bu cür işçi görüşlərin bundan sonra daha sıx və intensiv şəkildə keçirilməsi ilə bağlı razılığa gəlinib.


Oxunub: 126

Son xəbərlər

“1 manatlıq” taksilər yığışdırılır? — BNA rəsmisi danışdı

DSX-nin Akademiyasının binası YANIR

Xaricdən qanunsuz pul köçürmələri edənlər cəzalandırılacaq

Arzu Rəhimov onları rəis TƏYİN ETDİ

“Qarabağda azərbaycanlı qardaşlarımızla birlikdə olduq” - Ərdoğan

Şəhid Raquf Orucovun xanımına vəzifə verildi

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Zakir Sultanov Ali Məhkəməyə müraciət etdi

Azərbaycanda polkovnik ürəktutmasından vəfat etdi

Nazirin oğluna vəzifə verildi

Zelenski Donbasa getdi

Vilayət Eyvazovdan yeni rəis TƏYİNATI

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

"Tası dəyişsə də hamam köhnə hamamdı" - Şəmkirin su dərdi bitmir ki, bitmir... //VİDEO

Prezident Maqomed Səidoviç Qurbanova “Şöhrət” ordenini təqdim etdi

Ordumuzun əsgəri özünü güllələyərək ÖLDÜRDÜ

Aktrisa xərçəngdən öldü

Sabah yolları buz bağlayacaq

Putin Qırğızıstana səfər edəcək

Texnoloji nəhəng “Lenovo” Bakıda regional mərkəz yaradır - FOTOLAR

İlham Əliyev Dağıstanın rəhbərini qəbul etdi

"Tərtər işi" üzrə azadlığa buraxılan 19 nəfərin SİYAHISI

İlon Mask və Cef Bezos Bakıya gələ bilər

Dövlət bu borcları silə bilər - VİDEO

Milli Məclisin iclası başladı

Ermənistanda daha bir deputat mandatından istefa verdi

"Tərtər işi" ilə bağlı 10 nəfərə bəraət verildi

Pensiyalar bu tarixdə ödəniləcək

BMT Təhlükəsizlik Şurası yenidən toplanır

Bütün xəbərlər