“Filizçay” polimetal yatağının təsdiqlənmiş filiz ehtiyatlarının həcmi artırılıb

"DogruXeber.az" bildirir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ən irihəcmli layihələrindən biri olan “Filizçay” polimetal yatağının yerin təkindəki resurslarının hesablanmış miqdarı
artırılıb.
Belə ki, yatağın Cəmiyyət tərəfindən istismara cəlb edilməsi prosesi çərçivəsində mineroloji tədqiqatların aparılması üçün filiz nümunələri Böyük Britaniyanın nüfuzlu
"Petrolab" şirkətinin laboratoriyasında tədqiq edilib. Yatağın beynəlxalq standartların tələblərinə uyğun qaydada yenidən qiymətləndirilməsinin həyata keçirilməsi məqsədilə ümumi dərinliyi 19 595 metr olan 67 ədəd quyu qazılaraq nəticələri ətraflı təhlil edilib.

“Filizçay” polimetal yatağının təsdiqlənmiş filiz ehtiyatlarının həcmi artırılıb

“Filizçay”ın resursları faydalı qazıntı yataqlarının iqtisadi qiymətləndirilməsi üçün təyin edilmiş beynəlxalq təsnifat sistemi olan JORC (Joint Ore Reserves Committee)
standartlarının tələblərinə uyğun olaraq hesablanıb. Hesablamanın nəticəsi olaraq, 1983-cü ildə SSRİ dövründə dövlət balansına daxil edilmiş nəticələrlə müqayisədə 20%, 2018-ci ildə “SRK Consulting” şirkətinin ABŞ nümayəndəliyi tərəfindən aparılmış audit hesablamaların nəticələri ilə müqayisədə isə filiz resurslarında 88% artım qeydə alınıb.
Nəticədə “Filizçay” üzrə yerin təkindəki filiz resurslarının hesablanmış miqdarının 112.71 milyon ton olması təsdiqlənib. Hazırda yatağın filizlərinin optimal zənginləşdirilmə sxemlərinin hazırlanması məqsədilə metallurji tədqiqatlar aparılır.
Məlumat üçün qeyd edək ki, 1959-cu ildə kəşf edilmiş “Filizçay” Balakən rayonunun inzibati ərazisində yerləşir və regionun ən böyük polimetal yatağıdır. Bununla
yanaşı, tərkibində olan filiz ehtiyatlarının həcminə görə “Filizçay” Avropanın və dünyanın ən iri polimetal yataqları siyahısında öncül yerlərdə qərarlaşıb. Yataqda mis, sink, qızıl, gümüş və qurğuşun kimi qiymətli və əlvan metallar mövcuddur. Yerin təkində mövcud olan metalların ilkin ehtimal edilən həcmi təqribən 3 milyon unsiya qızıl ekvivalentində dəyərləndirilir. Qeyd edilən metal həcminin çıxarılabilən və iqtisadi cəhətən səmərəli hissəsinin müəyyən edilməsi istiqamətində müvafiq tədqiqatlar davam etdirilir.
Xatırladaq ki, hər bir yatağın istismara verilməsi geoloji kəşfiyyat, texniki-iqtisadi əsaslandırmanın hazırlanması, tikinti-quraşdırma işlərinin aparılması və digər bu kimi bir neçə uzunmüddətli mərhələninin icrasını tələb edir. Layihədən asılı olaraq bilavasitə hasilat işlərinə başlamazdan öncə bu mərhələlərin icrasına orta hesabla 5-8 il vaxt tələb olunur. Bütün bunlar nəzərə alınaraq, təhlil və tədqiqatların nəticələri gözləntiləri qarşılayacağı və iqtisadi cəhətədən səmərəliliyi təsdiqlənəcəyi təqdirdə, layihə üzrə işlərin paralel və optimal icrası nəticəsində istismar işlərinə planlaşdırılan müddətdən daha tez başlanılması ehtimal olunur. Belə ki, yataqda hasilat işlərinə 2025-ci ildə sınaq rejimdə start verilməsi, növbəti illərdə isə sənaye miqyaslı emal müəssisənin işə salınması planlaşdırılır.
"Filizçay" yatağının proqnozlaşdırılan istismar dövrü ərzində ölkə iqtisadiyyatına milyardlarla vəsaitin cəlb edilməsi hədəf olaraq müəyyən edilib. Bundan əlavə, yatağın istismara verilməsi 1000-dən çox yeni iş yerinin açılması ilə məşğulluğun artırılmasına və ümumilikdə Şəki-Zaqatala iqtisadi rayonunun sosial-iqtisadi inkişafına öz əhəmiyyətli töhfəsini verəcək.


Oxunub: 109

Son xəbərlər

Qanla yazılan tarix - VİDEO

Bu kənddən savadlı şagird istəməyin... - REPORTAJ

İrəvanın “fındıq” taktikası... - Ohanesyandan şok faktlar

Ruslan Əliyev Mübariz İbrahimovun ev muzeyini ziyarət edib - FOTOLAR

Vilayət Quliyev etimadnaməsini Bosniya və Herseqovina liderinə təqdim edib

Saatlı rayon Polis şöbəsində şəhidlərin xatirəsi anılıb - FOTO

Kim Çen Inın ictimaiyyətdən gizlədiyi qızı var? — VİDEO

Baha benzin kimlərin MARAĞINDADIR? - ARAŞDIRMA

Arıqlama məhsullarında təhlükəli maddə AŞKARLANDI - RƏSMİ

“AzerGold” QSC Vətən müharibəsinə həsr olunmuş silsilə tədbirlər keçirib

"İcra Hakimiyyəti deyir ki, əvəzində sənə ev vermişik..." - Vətəndaş CANA DOYUB

"Türkiyənin daxili işlər naziri istefa verib" - KİV

Firsənd Qurbanov BU İŞİN ALTINDAN NECƏ ÇIXDI? - İLGİNC İDDİALAR...

Polşa səfərbərlikdən qaçan rusları qəbul etməyəcək

"Düşmənin baş qaldırdığını görsək, hərəkətə keçəcəyik" - Prezident

Sabah hava belə olacaq

Vüqar Qurbanov bu xəstəxanaya baş həkim TƏYİN ETDİ

"Qazaxıstan Kremllə təcili danışıqlar aparacaq" - Tokayev

Naxçıvana qarşı ERMƏNİ HƏMLƏSİ... - ARAŞDIRMA

Daha bir sığorta agentinin - LİSENZİYASI LƏĞV EDİLİB

Məktəb direktoru 140 manat maaş alan xadiməyə BELƏ DAĞ ÇƏKDİ - Prezidentə müraciət olundu

Elm və Təhsil Nazirliyinin idarəsi cari təmirə 3,5 milyon manat xərcləyəcək - TENDER

"Paşinyan KTMT-nin baş katibi ilə görüşdən imtina edib" - KİV

Neft yenidən bahalaşdı

Bu mənzillərin satış qaydası müəyyənləşdi - Əli Əsədovdan QƏRAR

“Tarif Şurası, kasıbları öldürməyin başqa yollarını axtarın” - Nura Suri

"Putin bu şəxsi Krım Federal Dairəsinə rəhbər təyin edəcək" - FOTO

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Bu gün Azərbaycanda Anım Günüdür

Bu gün Yupiter 59 ildən sonra Yerə ən yaxın məsafədə olacaq

Bütün xəbərlər