Prezidentin Laçından verdiyi mesaj: - Güc və qətiyyətə əsaslanan iradə

DogruXeber.az: - 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan özünün tarixi və dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü təmin edib. İşğalçı Ermənistan döyüş meydanında ağır məğlubiyyətə uğrayaraq kapitulyasiya aktına imza atmağa məcbur olub. Azərbaycanın ortaya qoyduğu qətiyyətli mövqe ilə bölgədə sülhə, təhlükəsizliyə başlıca təhdid yaradan amil aradan qaldırılıb. Sözsüz ki, bundan sonra bu regionda sülhü pozmağa çalışan bütün qüvvələrə qarşı Azərbaycanın güclü iradəsinə əsaslanan sarsılmaz mövqeyi var.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

Millət vəkili Ali Baş Komandan İlham Əliyevin Laçın şəhərində Azərbaycan bayrağını qaldırmasının tarixi hadisə olduğunu bildirib:

“Sözsüz ki, Laçının uzun illər erməni işğalında qalması bizim üçün çox ağrılı idi. 1992-ci ilin mayında Laçın şəhərinin xəyanət yolu ilə düşmən əlinə keçməsi, şəhərin yandırılması Azərbaycan tarixinin ən acı səhifələrindən biri hesab edilir. Vətən müharibəsindəki tarixi qələbədən sonra Laçın kimi strateji şəhərin bir güllə atılmadan, şəhid vermədən azad edilməsi Prezident İlham Əliyevin böyük xidməti və siyasi-diplomatik qələbəsi sayəsində mümkün olub. Bu, tarixi hadisədir”.

Deputat qeyd edib ki, Laçın şəhəri də digər işğaldan azad edilən yaşayış məntəqələrimiz kimi erməni vandalizminə məruz qalıb:

“Ermənistan burada da qanunsuz məskunlaşma aparıb. Azərbaycanlılara məxsus tarixi-mədəni irsin talanmasını, oğurlamasını, mənimsənilməsi həyata keçirib. İşğalçı mahiyyətindən əl çəkməyən erməni tərəfi Laçını tərk edərkən də əraziləri minalayıb".

Aqil Məmmədov 30 il ərazində ATƏT-in Minsk qrupunun həmsədrlərinin Laçın şəhərinin və digər Azərbaycan torpaqlarının erməniləşdirilməsinə göz yumduğunu söyləyib:

“Ona görə də bu gün Azərbaycan cəmiyyətində Minsk qrupu kimi təşkilatların heç bir nüfuzu, hörməti qalmayıb. II Qarabağ müharibəsindən sonra isə bu təşkilat birdəfəlik tarixin arxivinə göndərilib”.

Millət vəkili hesab edir ki, son təxribatlar fonunda Ermənistanın hələ də sülh istəmədiyi açıq görünür:

“Ermənistanda olan revanşist fikirlər müstəvisində bu ölkənin delimitasiya prosesindən mümkün qədər yayındığını da hər kəs görür. Əslində isə bu prosesin uzanması Ermənistan üçün növbəti faciələrə yol açacaq. Ona görə də erməni tərəfi qısa zamanda Azərbaycanla normal müstəvidə sülh prosesinə qayıtmalı, Zəngəzur dəhlizinin açılması istiqamətində ortada olan siyasi mövqeni düzgün qiymətləndirməlidir. Son təxribatlardan aldığı cavab da Ermənistana nəhayət ki, dərs olmalıdır. Bunun əksinə olacaq bütün hallar Ermənistan üçün daha ziyanlı olacaq”.


Oxunub: 88

Son xəbərlər

Qanla yazılan tarix - VİDEO

Bu kənddən savadlı şagird istəməyin... - REPORTAJ

İrəvanın “fındıq” taktikası... - Ohanesyandan şok faktlar

Ruslan Əliyev Mübariz İbrahimovun ev muzeyini ziyarət edib - FOTOLAR

Vilayət Quliyev etimadnaməsini Bosniya və Herseqovina liderinə təqdim edib

Saatlı rayon Polis şöbəsində şəhidlərin xatirəsi anılıb - FOTO

Kim Çen Inın ictimaiyyətdən gizlədiyi qızı var? — VİDEO

Baha benzin kimlərin MARAĞINDADIR? - ARAŞDIRMA

Arıqlama məhsullarında təhlükəli maddə AŞKARLANDI - RƏSMİ

“AzerGold” QSC Vətən müharibəsinə həsr olunmuş silsilə tədbirlər keçirib

"İcra Hakimiyyəti deyir ki, əvəzində sənə ev vermişik..." - Vətəndaş CANA DOYUB

"Türkiyənin daxili işlər naziri istefa verib" - KİV

Firsənd Qurbanov BU İŞİN ALTINDAN NECƏ ÇIXDI? - İLGİNC İDDİALAR...

Polşa səfərbərlikdən qaçan rusları qəbul etməyəcək

"Düşmənin baş qaldırdığını görsək, hərəkətə keçəcəyik" - Prezident

Sabah hava belə olacaq

Vüqar Qurbanov bu xəstəxanaya baş həkim TƏYİN ETDİ

"Qazaxıstan Kremllə təcili danışıqlar aparacaq" - Tokayev

Naxçıvana qarşı ERMƏNİ HƏMLƏSİ... - ARAŞDIRMA

Daha bir sığorta agentinin - LİSENZİYASI LƏĞV EDİLİB

Məktəb direktoru 140 manat maaş alan xadiməyə BELƏ DAĞ ÇƏKDİ - Prezidentə müraciət olundu

Elm və Təhsil Nazirliyinin idarəsi cari təmirə 3,5 milyon manat xərcləyəcək - TENDER

"Paşinyan KTMT-nin baş katibi ilə görüşdən imtina edib" - KİV

Neft yenidən bahalaşdı

Bu mənzillərin satış qaydası müəyyənləşdi - Əli Əsədovdan QƏRAR

“Tarif Şurası, kasıbları öldürməyin başqa yollarını axtarın” - Nura Suri

"Putin bu şəxsi Krım Federal Dairəsinə rəhbər təyin edəcək" - FOTO

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Bu gün Azərbaycanda Anım Günüdür

Bu gün Yupiter 59 ildən sonra Yerə ən yaxın məsafədə olacaq

Bütün xəbərlər