Ödənilən yüz minlərlə pul və səkkiz ildir tikintisi bitməyən bina: “Beş milyonu versinlər…” - GİLEY

DogruXeber.az: - Ağ Şəhərdə yerləşən “Era Tower” binasının sakinləri səkkiz ildir ki, mənzillərinə köçə bilmirlər.

Bu barədə bina sakinlərinin Oxu.Az-a ünvanladıqları şikayətdə deyilir. Onların sözlərinə görə, 2014-cü ildə inşasına başlanılan 22 mərtəbəli “Era Tower” binasının tikintisi hələ də bitməyib. Səbəb isə bina üçün ayrılan vəsaitin rəhbərlik tərəfindən mənimsənilməsi olub.

Sakinlər bildirirlər ki, hazır olmayan 80 mənzilin 60-ı satılıb və onların 90 faizinin ödənişi tam həyata keçirilib. Ağ Şəhəri güvənli hesab etdikləri üçün oradan ev almaq qərarına gələn şəxslər bu addımı atarkən illərlə evsiz qalacaqlarını düşünməyiblər. “Era Tower” şirkəti güvən qazanmaq üçün hətta onlara kart da verib. Həmin kartların evin ikinci bir şəxsə satılmaması üçün verildiyi deyilib.

Şikayətçilər ərazidə “Era Tower”dən sonra tikintisinə başlanılan binaların artıq sakinlərə təhvil verildiyini vurğulayıblar:

“Dəfələrlə müraciət etməyimizə baxmayaraq, şirkət rəhbərliyi bizimlə görüşmür, dərdimizi dinləmir. O, sakinlərlə binanın tikintisini həyata keçirən “MACAZ Construction” MMC-nin direktoru Rəşad İsmayılov vasitəsilə danışır. Rəşad isə hər dəfə bir həftə sonra tikintinin başlayacağını bildirir. Binada hazırda heç bir iş getmir”.

Qeyd olunur ki, şirkət rəhbərliyi sakinlərə: “Problemi necə istəyirsiniz, elə həll edin”, - deyərək onlarla görüşməyəcəyini bildirib. Problemlə bağlı vətəndaşlar müxtəlif instansiyalara müraciət etsələr də, iş həllini tapmayıb:

“Bina sahibləri onu tikmək üçün pullarının olmadığını söyləyirlər, bəzən isə yalandan cəmi bir həftəyə başlayacaqlarını deyirlər. Bu artıq illərdir ki, belədir, “hər həftə başlayırlar”. Binanın inşası 2019-cu ilin fevral ayından tam dayanıb”.

Sakinlər çıxış yolu tapmaq üçün Bakı Ağ Şəhərin baş ofisinə yaxınlaşaraq rəhbərliklə də görüşüblər:

“Oradan bizə “Era Tower”in onlara beş milyon manat borcu olduğunu və buna görə də binanın tikintisinin dayandırıldığını bildirdilər. Biz şirkət rəhbərliyinin bizə qarşı dələduzluqlarına görə həbs olunmasını istəyirik”.

“MACAZ Construction” MMC-nin direktoru Rəşad İsmayılov isə Oxu.Az-a açıqlamasında maliyyə probleminin həll olunduğunu, gələn həftə Ağ Şəhərə ödəniş edəcəklərini vurğulayıb:

“Binanın inşasına gələn həftədən başlanılacaq. Ağ Şəhərlə bağlı maliyyə problemləri vardı, məsələ artıq öz həllini tapıb. Gələn həftə ödəniş qrafiklərini müəyyənləşdirib tikintiyə başlayacağıq. Təxminən altı-səkkiz ay ərzində də binanı təhvil verəcəyik. İşin səkkiz il yubanma səbəbi maliyyə çətinlikləri ilə əlaqəli idi. Pandemiya oldu, digər problemlər ortaya çıxdı. Amma son bir həftədir, Ağ Şəhər rəhbərliyi ilə müzakirələr aparırıq, müəyyən sənədləşmələr həyata keçiririk, onları bitirdikdən sonra müqavilə bağlanılacaq. Bizim tikintini aparmaq üçün heç bir problemimiz yoxdur, bütün materiallarımız hazırdır”.


Oxunub: 203

Son xəbərlər

Nərimanıv adına NQÇİ-də QOÇƏLİNİN HAVASI... - BU NƏDİ BELƏ?

Masallı fermerləri Rusif Kərimovun 26 milyon ton suyuna həsrətlə baxırlar - YAĞ, EY YAĞIŞ, DURMAGİNƏN...

Qəzənfər Ağayev Astaranı zibilxanaya çevirib... - GİLEY

Azərbaycan öz ərazilərini azad edir - Saakaşvilidən İSMARIC

İqtisadiyyat Nazirliyinin qurumuna rəhbər TƏYİN EDİLDİ - FOTO

Sülhməramlıların ölümünə görə korpus komandiri İŞDƏN ÇIXARILDI

Prezidentin köməkçisindən Yevlax görüşü ilə bağlı AÇIQLAMA

Azərbaycanda orta aylıq əməkhaqqı 980 manata çatacaq

Gələn il pensiya və maaşlar nə qədər artırılacaq?

Bu, qiymətlərin əlavə artımına səbəb ola bilər - Proqnoz

Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini ARTIRIR

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

İlham Əliyev və Putin arasında telefon danışığı oldu

Sülhməramlılar Yevlaxdakı danışıqlarda müsbət münasibət olduğunu bildirdilər

Xankəndidə mülki geyimli silahlı şəxsin görüntüsü - VİDEO

Sülhməramlıların komandanının müavini Qarabağda həlak oldu

Sabah hava necə olacaq?

"Küçədən gələn müxbir Ermənistanı fırladır" - Eks-nazir

"Bəşəriyyət cəhənnəmin qapılarını açıb" - Quterreş

"Azərbaycanın verdiyi siyahıda mən də ola bilərəm" - Seyran Ohanyan

Baş nazir İqtisadi Şuranın iclasını KEÇİRDİ

Ukrayna ABŞ-dən nə istəyir?

"Ermənistan öz öhdəliyini icra etməkdən boyun qaçırıb" - Hikmət Hacıyev

Ərdoğan İlham Əliyevə zəng etdi - Antiterror tədbirləri müzakirə edildi

Qarabağ erməniləri ilə görüşdə Azərbaycanı bu şəxs təmsil edir - FOTO

"İstefa verməyəcəm" - Paşinyan

Moskva aeroportlarında reyslər kütləvi şəkildə ləğv edildi

Qarabağdan təxliyə olunan ermənilərin sayı AÇIQLANDI

Ordumuz 30 il sonra Ağdərənin Çərəkdar kəndinə daxil oldu

“Vaqner” Suriyanı tərk edir

Bütün xəbərlər